20 yanvar 1990-cı il


20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir.






20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir.
Məhz 20 Yanvardan başlayaraq Azərbaycan
xalqı SSRİ-nin tərkibində ədaləti bərpa etməyin qeyri-mümkünlüyü və milli
haqlarımıza obyektiv yanaşma nümayiş olunacağına öz inamını birdəfəlik itirdi.
Hakimiyyətin
mənbəyi sayılan və öz hüquqları uğrunda düşüncəsi, fikri, sözü, həmrəyliyi
ilə mübarizəyə qalxmış bir xalq 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə
öz zəhmli ordusunun tankları, işıq saçan zəhərli güllələri, xüsusi təyinatlı
hərbi dəstələri təşkil edən çevik qrupları ilə üzləşdi.
|
Görünməmiş qəddarlıqla keçirilən cəza tədbirləri nəticəsində heç bir
günahı olmayan 133 dinc sakin öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər
qanunsuz həbs olundu. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar
olmuşdur. Bu hadisə sovet rejiminin törətdiyi ən qanlı faciələrdən biri və dinc
əhaliyə qarşı yönəlmiş vəhşi bir cinayət hadisəsi idi.
Bakı şəhərinin ən hündür yerində yerləşən Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı
uğrunda mübarizədə şəhid olanların xatirəsinə ucaldılmış möhtəşəm “Əbədi məşəl”
abidə-kompleksi də ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə tikilmişdir.
Azərbaycan Prezidentinin 2000-ci il, yanvarın 17-də imzaladığı Fərmanla 1990-cı
il 20 Yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar Şəhidi” fəxri adı
verilmişdir.
Azərbaycan xalqı azadlıq uğrunda
canlarını qurban edən şəhidlərimizin və cəsur Vətən övladlarının qəhrəmanlıq
mübarizəsini çox böyük hörmət və ehtiramla əziz tutur, onların igidliyini
yüksək qiymətləndirir. Şəhidlərimizin qanı bahasına qazanılan
müstəqilliyimizi qanımızla və canımızla qorumalı, ümummilli liderimiz Heydər
Əliyevin dediyi kimi, onu daimi, əbədi və dönməz etməliyik.
|

Bakıda fövqəladə
vəziyyət tətbiq edilməsinə baxmayaraq, yanvarın 22-də Azərbaycan xalqı şəhidləri
ilə vidalaşdı. Paytaxt matəm libası geyinmişdi. Respublikada 3 gün matəm elan
olunmuş
du. Azərbaycanın bütün rayonlarında və Bakıda izdihamlı matəm mitinqləri
keçirildi. Bakıda keçirilən matəm mərasimində bir milyondan çox insan iştirak
edirdi. Bu, Azərbaycan xalqının azadlıq səsi, haqq, ədalət, demokratiya və
müstəqillik uğrunda mübarizə əzmi idi.
20 Yanvar
faciəsi törədilən zaman Azərbaycan xalqı ağır iflic vəziyyətinə və informasiya
blokadasına salınmışdı, radio, televiziya susdurulmuş, onun enerji bloku
silahlı hərbiçilər tərəfindən vəhşicəsinə partladılmış, mətbuatın nəşrinə
qadağa qoyulmuşdu. Azərbaycan sakit və ölü bir dənizə bənzəyirdi. Xalq ağır və
dəhşətli faciədən xəbərsiz idi. Bu hadisə sovet rejiminin törətdiyi ən qanlı
faciələrdən biri və dinc əhaliyə qarşı yönəlmiş vəhşi bir cinayət hadisəsi idi.
Xalqın bu ağır günlərində, yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı
daimi nümayəndəliyinə gələrək, təşkil olunmuş yığıncaqda çıxış edərə,
xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun
hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və o zamankı
respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu
göstərdi. Bu tarixi çıxışın mətni dünyaya, respublikaya geniş yayıldı. Xalqın
qəlbində ümid çırağı yandı.
1993-cü ildə ulu
öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar
faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin
məsuliyyətə cəlb olunması məsələsi istiqamətində mühüm addımlar atıldı. 20
Yanvar faciəsinin xalqımızın tarixində yeri və rolu, bu faciənin
əbədiləşdirilməsi və bütün dünya ictimaiyyətinə çatdırılması yönündə mühüm
işlər görülmüşdür.
Ümummilli
liderin 1994-cü il yanvarın 5-də 20 Yanvar faciəsinin 4-cü ildönümünün
keçirilməsi ilə bağlı verdiyi Fərmanda Azərbaycan Respublikasının Milli
Məclisinə faciəyə tam və əsaslandırılmış siyasi-hüquqi qiymət verilməsi tövsiyə
olundu. Milli Məclis 1994-cü il martın 29-da 1990-cı il yanvarın 20-də Bakıda
törədilmiş faciəli hadisələr haqqında qərar qəbul etdi. Bununla da Prezident
Heydər Əliyevin təşəbbüsü və təkidi nəticəsində 20 Yanvar faciəsinə dövlət
səviyyəsində hüquqi-siyasi qiymət verildi.
Bakı şəhərinin
ən hündür yerində yerləşən Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı uğrunda
mübarizədə şəhid olanların xatirəsinə ucaldılmış möhtəşəm “Əbədi məşəl”
abidə-kompleksi də ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə tikilmişdir.
Azərbaycan Prezidentinin 2000-ci il, yanvarın 17-də imzaladığı Fərmanla 1990-cı
il 20 Yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar Şəhidi” fəxri adı
verilmişdir.
Bu gün Azərbaycan xalqı azadlıq uğrunda
canlarını qurban edən şəhidlərimizin və cəsur Vətən övladlarının qəhrəmanlıq
mübarizəsini çox böyük hörmət və ehtiramla əziz tutur, onların igidliyini
yüksək qiymətləndirir. Şəhidlərimizin qanı bahasına qazanılan müstəqilliyimizi
qanımızla və canımızla qorumalı, ümummilli liderimiz Heydər Əliyevin dediyi
kimi, onu daimi, əbədi və dönməz etməliyik.



Комментариев нет:
Отправить комментарий