S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın ibtidai sinif müəllimi MƏLİKOVA İRADƏNİN METODİK BLOKU
четверг, 19 ноября 2015 г.
вторник, 17 ноября 2015 г.
Məlikova İradə Telman qızı
1966-cı ildə Bakı şəhərində dünyaya göz açıb. N. Tusi adına ADPU-nin ibtidai təlimin pedaqogikası və metodikası fakultəsini 1987-ci ildə fərqlənmə diplomu ilə bitirib.
İradə xanım pedaqoji fəaliyyətə 1987-ci ildə Xəzər rayonu 234 saylı orta məktəbdə ibtidai sinif müəllimi kimi başlayıb. 1992-ci ildə köçürmə yolu ilə S. Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyaya ibtidai sinif müəllimi təyin olunub. Bu günədək gimnaziyada ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir.
Gimnaziyada işlədiyi müddət ərzində İradə müəllim həm pedaqoji, həm də şagird və valideyn kollektivinin dərin hörmətini qazanmışdır. O hər zaman yeniliklərlə maraqlanan, öz üzərində çalışan, daim öyrənən novator müəllimdir. Təkmilləşdirmə kurslarında fəal iştirak edən İradə müəllim kurikulumun tələblərinə uyğun müxtəlif yeni metodikalara, bilik və bacarıqlara mükəmməl yiyələnərək, əldə etdiyi yenilikləri hər zaman gündəlik dərslərində tətbiq edir.
Onun yetirmələrinin xoş sədaları ən yaxşı ali təhsil ocaqlarından gəlir. Nümunəvi dərslərin, tədbirlərin mahiyyətinə görə İradə müəllim həmkarlarına bir örnəkdir. O hər zaman öz iş usulu və əldə etdiyi yeni bilikləri müəllim yoldaşları ilə paylaşır, bu yolda çətinlik çəkən gənc kadrlardan öz yardımlarını əsirgəmir. O, dərslərində həmişə İKT-dən istifadə edir və bu dərslər şagirdlərdə daha çox maraq oyadır, müəllim məqsədinə daha tez çatır. Fəal (interaktiv) və Konstruktiv təlim texnologiyalarına mükəmməl formada yiyələnən İradə müəllim dərslərini Milli Kurikulum standartları əsasında qurur, İKT-dən yerində və bacarıqla, pedaqoji vasitələrdən isə çox böyük ustalıqla istifadə edir. Şagirdlərini yeni texnologiyanın vasitəsi ilə fikirləşməyə, təhlil və tətbiq etməyə, fikir mübadiləsinə, əməkdaşlığa və yaradıcılığa həvəsləndirir. Onlarda dərsə necə maraq oyatmaq üsullarını çox gözəl bilir və yetirmələrinin daha dərin bilik əldə etməsinə məharətlə nail olur.
İradə müəllim ailə ilə məktəb arasında vahid tərbiyəvi bir mühit yaratmağı bacarır, pedaqoji fəaliyyətində müəllim-şagird, valideyn- müəllim münasibətlərini yeni tələblərə uyğun səviyyədə qurur. O həm də kurikulum üzrə təlimçidir. Artıq neçə illərdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi “İnkişaf “ Elmi Mərkəzi və “Mədəd Azərbaycan” MMC ilə bağlanmış xidmət müqaviləsi əsasında Bakı şəhəri və onun rayonlarında “İbtidai təhsildə dərs deyəcək və təlimə ehtiyacı olan müəllimlər üçün yeni kurikulum” və “Fəal təlim” üzrə təlimlərdə təlimçi kimi fəaliyyət göstərir.
İradə müəllim iki dəfə “Ən yaxşı müəllim” müsabiqəsinin (2009,2015) qalibi olmuş və Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2009-cu il tarixli sərəncamı ilə dövlət mükafatı almışdır. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 30 sentyabr tarixli 757 nömrəli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir. Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 25.02.2015-ci il tarixli 17 nömrəli sərəncamı ilə rayonun ictimai həyatında fəal iştirakına görə fəxri fərmanla təltif olunmuşdur. Gənc nəslin təlim-tərbiyəsində səmərəli pedaqoji fəaliyyətinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilmişdir.
İradə müəllimə 2011 -ci ildə keçirilən Azərbaycan Respublikası Təhsil Nazirliyinin “ELEKTRON TƏHSİL” respublika müsabiqəsində “Su – həyatdır” adlı elektron dərsi, 2012- ci ildə “Gəlin birlikdə öyrənək” adlı Flaş-8 multimedia ilə hazırladığı elektron resurs ilə, 2013- cü ildə “G səsi və hərfi” elektron dərsi ilə, 2014-cü ildə “Heca” MİMİO XP elektron lövhə ilə hazırladığı elektron dərsi ilə, 2013- cü ildə 1-ci sinif Azərbaycan dili dərsi üçün “Dovşan” elektron dərsi ilə iştirak etmişdir. İki dəfə fərqlənərək müsabiqənin nominantı olmuşdur.
O, öz üzərində işləyən müəllimdir.Təcrübə mübadiləsi məqsədilə digər ölkələrdə təşkil edilmiş müvafiq konfrans və layihələrdə iştirak edərək daima öz təcrübəsini artırır. “eTwinning plus” layihəsi üzrə təcrübə mübadiləsi məqsədilə 2 projedə: “de la météo vers le mode de vie des élèves” (Fransa, İtaliya, Türkiyə) “ və „Developing creativity in after – school activities in primary classes“ (Portuqaliya, Litva) layihələrində 1 il ərzində iştirak edərək keyfiyyət sertifikatı almışdır. (11 noyabr 2014 – 31 may 2015-ci il )
Təcrübə mübadiləsi məqsədilə digər ölkələrdə təşkil edilmiş konfrans və layihələrdə iştirak edərək daima öz təcrübəmi artırmağa çalışır. 5-7 noyabr 2015-ci ildə Türkiyənin Amasya şəhərində Amasya Universitetində “İDEAL-2015” II Dinamik Beynəlxalq Elmi - Yaradıcılıq konfransında “İnsanın təhsil modeli” adlı elmi məruzə ilə çıxış etmişdir. Məruzəsi dinləyicilər tərəfindən maraqla qarşılanmış, beynəlxalq mətbuatda dərc olunmuşdur. 21-22 dekabr 2013-cü ildə Morfo Gelişim Akademisi xətti ilə “Liderlik və innovativ öyretmənlər üçün seminar”da, 2-3 may 2015-ci ildə Azərbaycan -Türkiyə Yeni Ortaq Egitim Projesi üzrə "Konstruktiv təlim Flipped Classroomda" beynəlxalq treninqdə iştirak edərək sertifikat almışdır.
6-7 mart 2015-ci il-ci ildə Azərbaycan Təhsil Şurası Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən- hazırlanma İnstitutunda (BPKİYİ) bu elm ocağı ilə birlikdə “Qarabağ həqiqətlərinin böyüyən nəslə çatdırılmasının elmi-metodiki və praktik məsələləri” mövzusunda beynəlxalq elmi-praktik konfransda “Şagirdlərə Qarabağda törədilən faciələrin mahiyyətinin öyrədilməsi –Xocalı faciəsi”adlı məruzəsi ilə çıxış etmişdir.
4- 5 dekabr 2014-cü ildə Təhsil Texnologiya Mərkəzinin təşkil etdiyi “Təhsil prosesində şəxsiyyətyönümlü-humanist yanaşmanın əsasları” mövzusunda keçirilən 3 günlük seminarda iştirak etmişdir. Seminarda Rusiya Təhsil Akademiyasının akademiki, Psixologiya elmləri doktoru, Beynəlxalq Humanist Pedaqogika mərkəzinin prezidenti yazıçı, psixoloq “Basti-Bubu” uşaq bağçasının elmi rəhbəri, professor Şalva Aleksandroviç Amonaşvilinin humanist pedaqogika hansı üstünlüklərə malikdir və şagirdlərə şəxsiyyətyönümlü-humanist yanaşma, yeni nəslin formalaşmasında bu yanaşmanın rolu haqqında maraqlı təcrübi fikirlərini öyrənərək təlim-tərbiyə işində tətbiq etməyə çalışır.
1-4 iyul 2015-ci il-ci ildə Pedaqoji kadrların peşəkarlığının yüksəldilməsi üçün ARTPİ-nin təşkil etdiyi “Mənəvi dəyərlərə əsaslanan təhsil” mövzusunda 4 günlük beynəlxalq seminarın iştirakçısı olmuşdur.
Daim axtarışlarda olan İradə Məlikova mətbuatda və internet səhifələrində öz iş təcrübələri ilə paylaşır, pedaqoji qəzet və jurnallarla əməkdaşlıq edir, maraqlı rəy və məqalələrlə çıxış edir. İradə Məlikova yaradıcı müəllim kimi elmi məqalələri ilə dövri mətbuatda da mütəmadi çıxış edir:
“Kurikulum əsasında hazırlanmış I sinif “Ana dili” dərsliyi və onun üstünlükləri” (“Azərbaycan məllimi” qəzeti. 2012. №1);
“Fəal təlimdə didaktik oyunların yeri”. (“Kurikulum”jurnalı 2012№1),
“Fəal təlim texnologiyalarını necə tətbiq edirəm” (Milli pedaqogika məktəbi” jurnalı – 2013):
“Yazılışı çətin sözlər üzərində iş” (“Kurikulum” jurnalı 2013);
“Fəal dərsin üstünlükləri”. (“Təhsil və zaman” qəzeti-21 may 2013);
“Azərbaycanı tərənnüm edən görkəmli rəssam S. Bəhlulzadə haqqında pedaqoji düşüncələrim” ;
“Didaktik oyunların keçirilməsi təcrübəsindən “ (“Kurikulum jurnalı-2013);
“ Üç müdrik sənəti özündə birləşdirən böyük sənətkar”. (“Milli pedaqogika məktəbi” jurnalı -2014);
“Müasir dərs necə olmalıdır?. (“Təhsil” jurnalı – 2015).
Azərbaycan təşkilatı və Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən “Həmkara Dəstək” layihəsi çərçivəsində” Mentorluq fəaliyyətinin təşkili və həyata keçirilməsi”ilə bağlı 5 günlük təlimin iştirakçısı olmuş, imtahan verərək mentor adını almışdır.
Təlim modelləri əsasında “Yaradıcı müəllim – Yaradıcı rəhbər” – Lider müəllimlər akademiyası çərçivəsində keçilən təlim kursunu keçmiş, sertifikat almışdır.
“ ELEKTRON məktəb üçün ELEKTRON müəllim”(30 saat), “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”na Dəstək Proqramı əsasında Pedaqoji kadrların metodiki, elmi-nəzəri və təcrübi hazırlığının təkmilləşdirilməsi məqsədi ilə həyata keçirilən “Öyrədənlərin öyrədilməsi” layihəsi əsasında “Elektron tədris resurslarının hazırlanması və tətbiqi qaydaları” üzrə təlimin iştirakçısı olub. (6 – 8 yanvar 2014-cü il). “VEB 2.0 PASSİV TƏHSİLDƏN AKTİV TƏHSİLƏ DOGRU” (09-11 noyabr 2013), “VEB 3.0 PASSİV TƏHSİLDƏN AKTİV TƏHSİLƏ DOGRU “ (20-23 mart 2015 –ci il), “İKT bacarıqlarının təkmilləşdirilmsi” adlı layihə çərçivəsində MS Power Point. İspring Pro, Easy Gif Animator proqramları üzrə tam kurs. (3- 6 iyun 2013-cü il). “Elektron tədris resurslarının hazırlanması” istiqamətində Macromedia Flash Player 8 proqramının öyrənilməsi üzrə təlimin (6-9 iyun 2013) iştirakçısı olmuşdur. “MİMİO Xİ İnteraktiv lövhə ilə tədris” təliminin, (6-9 iyun 2009), “İNTEL” Gələcək üçün Təhsul Proqramının 64 saatlıq kursunu 17 sentyabr 2008-ci ildə fərqlənmə sertifikatı ilə bitirmişdir.
Bu təlim və treninqlərdə öyrəndiklərini bir ibtidai sinif müəllimi kimi təhsilimizdəki yenilikləri, kurikulumun tələblərinə cavab verən meyarları pedaqoji fəaliyyətinə tətbiq etməyə ona geniş imkan verir. Gimnaziyanın ictimai işlərində fəal iştirak etməklə bərabər, gimnaziyada fəaliyyət göstərən “Günəş”radio qovşağının aparıcı rəhbəri, eyni zamanda ibtidai siniflər üzrə metodbirləşmənin sədridir. İradə Məlikova Təhsil Nazirliyi, Suraxanı rayon İcra Hakimiyyəti və gimnaziya rəhbərliyi tərəfindən dəfələrlə rəğbətləndirilmişdir.
Подписаться на:
Сообщения (Atom)