среда, 12 декабря 2018 г.

https://bakimektebleri.edu.az/74/az/news/read/70125?fbclid=IwAR0KgmojfDzbNmBzkme9wJD2OIzMgentmMkgGfivMs6nf-3OfQEKi2nDeJ8
                        ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN XATİRƏSİ

Dekabrın 12-də 74 nömrəli tam orta məktəbdə Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirildi. Tədbiri məktəbin ibtidai sinif müəllimi İradə Məlikova birincilərlə təşkil etmişdir. Tədbirdə məktəblilərə Heydər Əliyevin həyat yolu və dövlət quruculuğunda fəaliyyəti barədə məlumat verildi. Şagirdlər Ümummilli Liderin əziz xatirəsinə həsr olunmuş şeirlər söyləyiblər. Tədbirdə ümummilli lider Heydər Əliyevin keçdiyi nümunəvi həyat yolu, Azərbaycan Respublikasının qurucusu, müasir Azərbaycan tarixinin yaradıcısı kimi gördüyü işlər və onun siyasi fəaliyyətini özündə əks etdirən qısa videoçarxlar nümayiş etdirildi.








вторник, 11 декабря 2018 г.

Tarixə yazılan epoxa, tarixə çevrilən şəxsiyyət...

Tarixə yazılan epoxa, tarixə çevrilən şəxsiyyət...: Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider olan Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi.  Bir insan epoxaya və zamana təsir edə bilərmi? Tarixin gedişinə təsir etmək mümkündürmü? XX əsrin sonu–XXI əsrin əvvəlində Azərbaycanda baş verən hadisələr bu sualları müsbət cavablandırmaq imkanı verdi. Bəli, bu şəxsiyyət qeyri-adi olmalı, bənzərsiz xüsusiyyətləri özündə cəmləşdirməlidir. Bəşəriyyətin minilliklərə bərabər tarixində görkəmli siyasətçilər, ictimai xadimlər ölkəni və hətta sivilizasiyanı yeni inkişaf mərhələsinə apara biliblər.