вторник, 11 декабря 2018 г.

Tarixə yazılan epoxa, tarixə çevrilən şəxsiyyət...

Tarixə yazılan epoxa, tarixə çevrilən şəxsiyyət...: Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider olan Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi.  Bir insan epoxaya və zamana təsir edə bilərmi? Tarixin gedişinə təsir etmək mümkündürmü? XX əsrin sonu–XXI əsrin əvvəlində Azərbaycanda baş verən hadisələr bu sualları müsbət cavablandırmaq imkanı verdi. Bəli, bu şəxsiyyət qeyri-adi olmalı, bənzərsiz xüsusiyyətləri özündə cəmləşdirməlidir. Bəşəriyyətin minilliklərə bərabər tarixində görkəmli siyasətçilər, ictimai xadimlər ölkəni və hətta sivilizasiyanı yeni inkişaf mərhələsinə apara biliblər.

Комментариев нет:

Отправить комментарий