S. Bəhlulzadə adına Xarici
Dillər Təmayüllü Gimnaziyanın
4b sinfinin ibtidai siniflə buraxılış gecəsindən...
"Evdən bağçaya, ordan da məktəbə qədəm qoyub böyüyə-böyüyə arzularımızı çiçəklən- dirən balaca fidanlar bu gün artıq 4-cü sinfi - ibtidai sinfi bitirib yeniyetməlik
dövrünə qədəm qoyurlar. 4 il nə tez gəlib keçdi....Bu illər ərzində birlikdə oxuduq, öyrəndik,
birlikdə çalışdıq. Sizin hərtərəfli şəxsiyyət kimi yetişməniz üçün bilikli,
qabiliyyətli, əməksevər olmanız üçün əlimdən gələni əsirgəmədim. Buna nə dərəcədə nail
olduğumu yuxarı siniflərdəki nailiyyətləriniz göstərəcək. Hamınıza qarşıdakı təhsil
pillələrində uğurlar arzulayıram.
Harda
oluramsa olum, Sizin xoş sədalarınızı eşidib hər zaman Sizlərlə fəxr edəcəyəm.Hər
birinizi bir-bir bağrıma basıram. İnsanın bütün uğurları məktəb yollarından
başlanır.Odur ki, bu yollarda Sizə həmişə mətin addımlarla irəliləməyi
arzulayıram.Yolunuz açıq,
zehniniz iti olsun!..
Sizi çox sevən ilk müəlliminiz İradə Məlikova.
Sizi çox sevən ilk müəlliminiz İradə Məlikova.