20
YANVAR FACİƏSİ TARİXİMİZİN ŞƏRƏF VƏ QƏHRƏMANLIQ
SƏHİFƏSİDİR.
Əsrlər boyu
xalqımıza qarşı zaman-zaman törədilən düşünülmüş növbəti faciə -1990-cı il 20 Yanvar faciəsi....
Azərbaycan
xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar
hadisələrindən artıq iyirmi səkkiz il keçir.
Sovet imperiyasının həmin gün Azərbaycan
xalqına qarşı həyata keçirdiyi vəhşilik insanlığa qarşı törədilmiş ən ağır
cinayətlərdən biri kimi yaddaşlarda qalacaqdır. Milli azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhalinin qətlə
yetirilməsi sovet rejiminin cinayətkar simasını
bütün dünyaya bir daha nümayiş etdirdi.
13
yanvardan başlayaraq Sovet Ordusunun xüsusi təyinatlı qoşunları Bakıya yeridildi.
Guya Bakıya qoşun hərbi qulluqçuların ailələrini qorumaq, hakimiyyətin
zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün idi. Əslində isə bu hiylə -
düşünülmüş plan idi.Azərbaycan həmin
dövrdə qonşu Ermənistanın təcavüzünə də məruz qalmışdı. Belə bir şəraitdə sovet
rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə,
Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə xüsusi təlim keçmiş erməni əsgər
və zabitləri daxil edilmişdi.
Ermənistanın
təcavüzkar siyasəti və keçmiş SSRİ rəhbərliyinin onlara himayədarlığına öz qəti
etirazını bildirən xalqa qarşı sovet ordusu 1990-cı il yanvarın 19-dan 20-nə
keçən gecə qanlı faciə törətdi.
Yanvarın
19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji bloku partladıldı,
respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun şəhərə daxil
oldu və dinc əhaliyə amansız divan tutuldu. 131 insan öldürülmüş: onlardan
117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar; 744 adam ağır xəsarət
almış; 4-şəxs itkin düşmüş; 400 nəfər isə həbs edilmişdir Neftçala və Lənkəranda
25-26 nəfər öldürülmüşdü.
1990-cı ildə Bakıda baş verən qırğına şəxsən qol çəkmiş
M.Qorbaçov həmin il Beynəlxalq Nobel Sülh mükafatına layiq görüldü. 1995-ci
ilin aprelin 27-də Türkiyədə səfərdə
olan keçmiş SSRİ prezidenti Mixail Qorbaçov
İstambulun Çırağan sarayında onun şərəfinə verilən ziyafətdə çıxış edərkən
öz siyasi bioqrafiyasının bəzi məqamlarına toxunmuş və 1990-cı il 20 yanvar
hadisələrindən danışarkən öz günahını acizanə şəkildə etiraf edərək
bildirmişdi: “Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim
siyasi həyatımın ən böyük səhvi idi”.
Sovet İttifaqının 1990-cı ilin yanvarındakı cinayətkar
hərəkəti Azərbaycan xalqının SSRİ-dən müstəqillik əldə etmək cəhdlərinin
qarşısını almağa yönəlmişdi.
Azərbaycan 18
oktyabr 1991-ci ildə öz müstəqilliyini bərpa edib.
Hər il yanvarın
19-20-də Azərbaycan vətəndaşları vətəni uğrunda canlarından keçən ŞƏHİDLƏRİ xatırlayır.
O zaman yalnız
umummilli liderimiz Heydər Əliyev Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və
SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etmişdir.
Yalnız Heydər
Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin qanlı Yanvar
faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.
1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da,
Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları
Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi
üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı faciə KİMİ HƏKK OLUNAN 20
yanvar 1990-cı il xalqımızın şərəf və qəhrəmanlıq səhifəsidir.
Hər il olduğu kimi şagirdlərimin hazırladıqları təqdimatları....













Mahire Nerimanqızı Mahi
“UNUTMAYAQ”
Bakını qanına qəltan etdilər,
Qara asfaltları
al-qan etdilər,
Qocanı,cavanı
candan etdilər–
Vəhşilik bəşəri
heyrətə saldı,
O sabah Bakımız
yüz il qocaldı.
Xəzri ağı dedi
Gilavarla bir,
Küçələr cəsədlə,qan
bulvarla bir,
Xəzərin göz yaşı
dalğalarla bir–
Vəhşilik bəşəri
heyrətə saldı,
O sabah Bakımız
yüz il qocaldı.
Sahildə qıy çəkdi
ağ qağayılar,
Qara bayraq oldu kəlağayılar,
Yaddan çıxdı bu
gün bütün qayğılar–
Vəhşilik bəşəri
heyrətə saldı,
O sabah Bakımız
yüz il qocaldı.
Dan yeri qızardı şəhid
qanından,
Onlarla günahsız
oldu canından,
Hər kəs ağı
dedi,gözlər tökdü qan,
Vəhşilik bəşəri
heyrətə saldı,
O sabah Bakımız
yüz il qocaldı.