суббота, 30 апреля 2016 г.

                                    Birinci sinif şagirdlərinin məktəbə 
                                         adaptasiya olunması
Məktəbdə tədrisin ilk ili uşağın həyatında çox mürəkkəb və mühüm dövrdür.
Təhsilin ilk pilləsinə qədəm qoyan balacalar onlar üçün yeni olan bu həyata çox sevinclə atılırlar.Balacaların çox böyük hissəsi təhsil almaq, məktəbə getmək arzusundadır. Lakin uşaqlar onlar üçün açılmış bu yeni dünyada qarşılarına çıxan yeni təlim-tərbiyə prosesinə qoşularkən adaptasiya müddəti onlar üçün çox çətin olur. Onlar psixiki gərginliklər keçirirlər: Məktəb həyatında qarşıya çıxan qeyri-müəyyənlik effekti şagirddə həyəcan və diskomfort yaradır.Onların həyat təcrübəsi


çox azdır. Hətta ciddi rejimdə gözəl tərbiyə alan, qayda- qanunlara riayət edən uşağın davranışlarında ciddi dəyişikliklər hiss olunur. Bəzi uşaqlarda əsəb gərginliyi, qıcıqlanma halları baş verir. 
Həddindəartıq yüklənmə uşağıiş qabiliyyətini aşağı salır və onu tez yorur. İş qabiliyyətini inkişaf etdirmənin bir çox faktorları var. Burada mütləq uşağa tapşırılmış işə göstərəcək emosional marağı və alacağı nəticədir.Yorğunluq tapşırığı yerinə yetirmək həvəsini öldürür. Əgər çətinliklə qarşılaşırsa o ruhdan düşür və narahat olmağa, ağlamağa başlayır. Adapta siya zamanı uşaqlar müəllimin xüsusi diqqətinin, onun sevgisinin əhatəsində olmalıdırlar. Müəllim daim o uşaqların  ruh yüksəkliyini qaldırmalı,onların da mütləq başqa uşaqlar kimi yaxşı oxuyacaqlarını, çətinliklərin arxada qalacağını əmin etməlidir. Sinifdə proqram materialını gec qavrayan, çətinliklə tapşırıqları yerinə yetirən uşaqlar da var. Lakin bəzi müəllimlər belə uşaqları ləng olduqlarına görə danlayır, onlara acıqlanır, nümunəvi şagirdi onlara nümunə göstərirlər. Müəllim çətin məqamlarda mütləq bu şagirdlərin yanında olmalı, onlara bu çətinlikləri dəf etməyə kömək etməlidir. Uzun müddətli təcrübəm və müəllim yoldaşlarımın dərslərini dinləyərkən etdiyim müşahidələr onu göstərir ki, bir çox üsulların köməyi ilə qısa zamanda müvəffəqiyyət əldə edə bilərik: Şagirdi, ayrı-ayrı yaradılmış qrupu,  mükafatlandırmaq. Bunu siz parta arxasında düzgün oturmağı, səliqəli yazını, üzündən oxumağı və s nəzərdə tutaraq mükafatlandıra bilərsiniz. Bunu siz dərs prosesində xüsusi zaman ayırmadan edə bilərsiniz. Bu zaman uşaqların reaksiyası çox müsbət olacaq, onlar da nəzərə çarpmağa çalışmayaraq bu prinsipləri böyük həvəs və maraqla yerinə yetirməyə çalışacaqlar. Mən uşaqlara deyirəm: Mən indi baxacağam görüm, sizlərdən kim dərsliyini səssiz və tez açacaq? Müəllim stolumun üzərində olan bayraq və yaxud başqa bir əşya seçilən şagirdin partası- nın üzərinə qoyulur.  Mükafatlanma ən çox keçirdiyimiz oyunlar zamanı olur. Oyunlar uşaqlarda stimul yaradır,onlara xoş əhval ,nizam-intizama riayət etməyə sövq edir.Uşaqların emosional əhval-ruhiyəsindən asılı olaraq mən dərs prosesin- də daim musiqidən, idman dəqiqələrini ritmik gimnastika, rəqs elementlərindən istifadə edirəm. Musiqi şagirdin gərgin- liyini, zehni yorğunluğunu aradan götürür, uşaq özünü sər-
bəst hiss edir. Musiqidən əlavə mən dərs prosesində yanılt- maclardan, atalar sözlərindən , lətifələrdən tez-tez istifadə edirəm.Bu üsulların hamısı ayrı-ayrılıqda şagirdin adaptasiya müddətinin müsbət keçməsinə zəmin yaradır.Uşaqların adaptasiya olunma dərəcəsinə görə şərti olaraq üç qrupa ayırmaq olar.Birinciqrup uşaqlar təhsilin ilk iki ayı ərzində adaptasiya olunurlar.Bu uşaqlar kollektivlə nisbətən tez qaynayıb-qarışırlar,məktəbə alışır,yeni dostlar qazanırlar.Onların demək olar ki,həmişə əhval-ruhiyyələri yaxşı olur,sakit,xeyirxah,vicdanlı olurlar və müəllimin bütün tələblərini zahiri gərginlik olmadan yerinə yetirirlər.Bəzən onlarda çox az hallardauşaqlarla əlaqədə,ya da müəllimlə münasibətdə çətinliklər müşahidə olunur,çünki bütün davranış qaydalarının tələblərinə riayət etmək onlar üçün hələ çətindir.Lakin oktyabrın  sonlarına yaxın bu uşaqların bütün çətinlikləri,bir qayda olaraq,aradan qalxır,uşaq yeni şagird statuslarına,yeni tələblərə və yeni rejimə tamamilə öyrəşir.Məktəbin birinci sinif uşaqların həyatında ən ağır dövrlərdən biridir.Məktəbə gələn zaman sinif kollektivi, müəllimin şəxsiyyəti,rejimin dəyişməsi ,hərəkət fəaliyyətinin uzun müddət məhdudlaşması və yeni öhdəliklərin yaranması uşağa öz təsirini göstərir.Məktəbə uyğunlaşaraq uşağın orqanizmi bütün qüvvəsini sərbəst edir.Lakin nəzərə almaq lazımdır ki,adaptasiyanın dərəcəsi və sürəti hər kəs üçün fərqlidir,buna görə də hər bir uşağa onu əhatə edən böyükləri tərəfindən kömək və böyük səbir göstərilməlidir. Valideynlər
 övladlarının müvəffəqiyyətlərini səbirlə gözləməlidirlər. Lakin valideyn uşağa təkcə o, yaxşı oxuduğuna görə yox,öz övladı olduğuna görə sevməli, heç nəyə baxmayaraq ona dəyər verdiyini göstərməlidir.