среда, 27 января 2021 г.

"20 Yanvar" faciəsinə həsr olunmuş anım dərsi

 https://bakimektebleri.edu.az/74/az/news/read/106055?fbclid=IwAR2hwjr-AxLNEPIBRLcBJpaqCJsa9b2LwabUquFgtx3O4DXFH-wV4Jk4mM4

https://bakimektebleri.edu.az/74/az/news/read/117306

74 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi İradə Məlikova rəhbəri olduğu  2 "ç" sinif şagirdləri  ilə birlikdə "20 Yanvar" faciəsinə həsr olunmuş anım dərsi təşkil etdi. Müstəqilliyə gedən yolda böyük bir çıraq olan yanvar şəhidləri bu tədbirdə yad olundu. Şagirdlər o gecənin hüznünü ifadə edən musiqi sədaları altında vətənimizin qanlı-qadalı tarixinin əks olunduğu şeirlər səsləndirdilər. Bu şeirdə anılan şəhidlərimiz də hörmətlə yad edildi. İradə Məlikova Azərbaycan xalqının tarixinə qanlı hərflərlə yazılmış bu tarixin acı həqiqətlərindən bəhs edərək şagirdləri məlumatlandırdı.


                                          

пятница, 15 января 2021 г.

SORUMLUYUZ WE ARE RESPONSIBLE

https://bakimektebleri.edu.az/74/az/news/read/116826

SOR U MLUYUZ BİZ MƏSULİYYƏT

              

        Məktəbimizin 3ç sinif müəllimi İradə Məlikova 17 nəfər müəllim, 67 nəfər tələbə qatıldığı "SORUMLUYUZ" (Cavabdehik) eTwinning layihəsində öz şagirdləri ilə iştirak edir. Layihənin yaradıcıları Türkiyədən Ebru NADİR və  Havva ELMAS KAŞKA.

       Layihənin əsas məqsədi   kiçik yaşlarından şagirdlərə təbiət sevgisi qazandırmaq və təbiət, ətraf mühit haqqında bilgiləri inkişaf etdirmək, təbiət hörmətini və  sevgilərini artırmaq, məsuliyyət hisslərini inkişaf etdirmək, Gələcək nəsillərə daha bir dünya Yaşıl buraxmaq üçün könüllü olmaq.

Layihə iştirakçı tələbələrimizi fərqli ölkələrdən olan məktəbliləri tanımalarına yardımçı olur.

Koronavirus pandemiyası dövründə bu layihə üçün onlayn şəraitdə işləyir, müəllimlərin, məktəblilərin evdə qalaraq asudə vaxtlarının qorunmasını təmin edir.



 


пятница, 1 января 2021 г.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Zəfər bayramı

https://bakimektebleri.edu.az/74/az/news/read/116477

DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜNƏ HƏSR EDİLMİŞ ONLAYN TƏDBİR KEÇİRİLİB


Dekabrın-30 da məktəbin ibtidai sinif müəllimi Məlikova İradənin təşkilatçılığı və rəhbərlik etdiyi 3"Ç" sinif şagirdlərinin iştirakı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Zəfər bayramına həsr edilmiş tədbir keçirilib.

 Tədbirdə Təhsil Şurası İdarə Heyətinin üzvü Böyükağa Mikayıllı, məktəbin direktoru Murad Zeynalov, direktor müavinləri və digər qonaqlar iştirak edib. Onlayn tədbirdə məktəblilərə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi və əhəmiyyəti barədə ətraflı məlumat verilib. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün respublikamızda və müxtəlif ölkələrdə geniş qeyd olunduğu vurğulanıb. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən ulu öndərin bu sahədəki irsinin daim diqqət mərkəzində saxlanıldığı nəzərə çatdırılıb.

 Tədbirdə Azərbaycan ordusunun şanlı qələbəsi ilə Ermənistanın işğalçılıq siyasətinə son qoyulduğu barədə məlumat verildi. Bu qələbənin oğlu ilə əlaqəli Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin məqsədyönlü iqtisadi, siyasi və diplomatik fəaliyyət göstərdiyi misilsuiz tədbirlən, islalarılar

 Tədbirdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Şanlı Qələbəyə ayrılmış videoçarxlar nümayiş olundu. Şagirdlər Vətənə, həmrəyliyə yardım şeirlər söylədi, ədəbi-bədii kompozisiyalarla çıxış edir.