https://bakimektebleri.edu.az/74/az/news/read/117306
74 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi İradə Məlikova rəhbəri olduğu 2 "ç" sinif şagirdləri ilə birlikdə "20 Yanvar" faciəsinə həsr olunmuş anım dərsi təşkil etdi. Müstəqilliyə gedən yolda böyük bir çıraq olan yanvar şəhidləri bu tədbirdə yad olundu. Şagirdlər o gecənin hüznünü ifadə edən musiqi sədaları altında vətənimizin qanlı-qadalı tarixinin əks olunduğu şeirlər səsləndirdilər. Bu şeirdə anılan şəhidlərimiz də hörmətlə yad edildi. İradə Məlikova Azərbaycan xalqının tarixinə qanlı hərflərlə yazılmış bu tarixin acı həqiqətlərindən bəhs edərək şagirdləri məlumatlandırdı.
Комментариев нет:
Отправить комментарий