Manqo Ağacı
Çox uzun illər əvvəl bir manqo ağacı yaşayırdı.Balaca bir oğlan
hər gün onun ətrafına gəlib oynamağı sevirdi.O,ağacın başına kimi
çıxır,meyvələrindən yeyir və kölgəsində bir az yuxulayardı.O,ağacı sevirdi,ağac
da onunla oynamağı sevirdi.
Vaxt keçdi........balaca oğlan böyüdü.O,bir daha ağacın yanına gəlib
oynamırdı.Bir gün oğlan üzündə kədərlə ağacın yanına gəldi.
- “Gəl və mənimlə oyna”ağac dedi.
- “Mən artıq uşaq deyiləm,daha ağacın ətrafında oynamıram”oğlan
dedi.”Mənə oyuncaq lazımdır ,ancaq onu almaq üçün də pulum yoxdu”.
- “Bağışla mənim pulum yoxdu....ancaq sən mənim bütün meyvələrimi
toplayıb sata bilərsən,onda pulun olacaq”ağac dedi.
Oğlan çox sevincli idi.O,ağacın bütün meyvələrini topladı və
sevinə-sevinə oranı tərk etdi.Oğlan bir də geri qayıtmadı.Ağac çox qəmgin idi.
Oğlan artıq böyük insan olmuşdu.Bir gün ağacın yanına gəldi.Ağac çox
sevinirdi.
- “Gəl və mənimlə oyna” ağac dedi.”Mənim oynamağa vaxtım yoxdu.Mən
ailəm üçün işləyib ev almalıyam.Mənə kömək edə bilərsən?”oğlan dedi.
- “Bağışla mənim evim yoxdu......ancaq sən mənim budaqlarımı kəsib
ondan ev tikə bilərsən”ağac dedi.Beləliklə kişi ağacın bütün budaqlarını kəsib
oranı sevinclə tərk etdi.Ağac onu xoşbəxt görməyə çox sevinirdi,ancaq oğlan
yenə də geri qayıtmadı.Ağac yenə tək və qəmgin qaldı.
Bir gün isti yay günündə oğlan ağacın yanına gəldi.Ağac çox
sevinirdi.
- “Gəl və mənimlə oyna “dedi ağac.
- “Mən çox hüzünlüyəm və getdikcə də qocalıram.Mən dəniz səyahətinə
çıxıb istirahət etmək istəyirəm.Ancaq qayığım yoxdu”kişi dedi.
- “Sən qayıq hazırlamaq üçün mənim gövdəmdən istifadə edə
bilərsən.Beləlikə sən səyahətə çıxarsan və xoşbəxt olarsan”ağac dedi.
Beliklə kişi ağacın gövdəsin kəsib ondan qayıq hazırladı və
istirahətə getdi,ancaq uzun müddət geri qayıtmadı.
Nəhayət,bir gün kişi uzun illərdən sonra geri qayıtdı.
- ”Bağışla ancaq artıq mənim sənin üçün heç nəyim yoxdu.Artıq
manqo da yoxdu”ağac dedi.
- “Mənim də yeməyə dişim yoxdu”kişi dedi.
- “Artıq gövdəm də yoxdu ,dırmaşmağın üçün”ağac dedi.
- “Mən artıq onun üçün çox qocayam”kişi dedi.
- “Mən həqiqətən sənin üçün artıq heç nəyim yoxdu.......yalnız
ölmək üzrə olan köklərim var”ağac kədərlə dedi.
- “Mənim indi artığına da ehtiyacım yoxdu.Yalnız dincəlmək üçün bir
yer lazımdır.Mən bütün bu illərdən sonra çox yorğunam”kişi dedi.
- “Əla!Qoca ağacın köklərindən yaxşı yer tapa bilməzsən dincəlmək
üçün.Gəl və otur istirahətini et”ağac dedi.
Kişi oturdu,ağac bundan çox mənmun oldu və gülümsədi.
Bu hekayədə ağac
bizim valideynlərimizi əks etdirir.Biz balaca olanda onlarla oynamağı
sevirik.Biz böyüyəndə onları tərk edirik və birdə köməyə ehtiyacımız
olanda yanlarına qayıdırıq.Valideynlər öz həyatlarını bizə qurban
verirlər.Onlar bizim gələcəyimizin yaxşı olması üçün hər şey edir.Bəs nə üçün
biz onların nəyəsə ehtiyacı olanda heç nə edə bilmirik?!
Комментариев нет:
Отправить комментарий