пятница, 19 февраля 2016 г.




Müasir dövr hər sahədə həm insana, həm də onun bilik, bacarıq və yaradıcılığına öz tələblərini qoyur. XXI əsr yüksək kompüter texnologiyaları əsridir. Bu gün etiraf etməliyik ki, özümüzdən asılı olmayaraq, kompüter və elektron texnologiyalar həyatımızın böyük bir hissəsini tutur. Elə buna görə də biz müəllimlər  təlim-tərbiyə verdiyimiz şagirdlərimizi müasir həyata hazırlayarkən  internetin, kompüterin onların həyatındakı təhsilyönümlü rolunu və məqsədli istifadəni istiqamətləndirməliyik. Bu məqsədlə də şagirdlərdə texnologiyadan düzgün istifadə bacarıqları aşılanmalı və inkişaf etdirilməlidir. Elə bu baxımdan S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü gimnaziyanın müəllimləri həm də Təhsil islahatının müvəffəqiyyətlə həyata keçirilməsində başlıca amil olan pedaqoji kadr hazırlığının keyfiyyətinin təmin edilməsi məqsədilə 15 günlük "İTE - Təhsildə İnnovativ Texnologiyalar"  təlimini bu gün yekunlaşdırdılar.Təlim  peşəkar təlimçi Aslanov Namiq tərəfindən  aparıldı.Müəllimlər əldə etdikləri yeni məlumatlara və bacarıqlara yiyələndilər.
  • Təhsildə informasiya və kommunikasiya texnologiyalarından məqsədəuyğun istifadə
  • Dərsləri şagirdlərin maraq və təlabatına uyğun qurmaq bacarığı
  • Kompüter və digər texniki avadanlıqlarla davranış qaydalarını öyrənərək dərslərdə səmərəli istifadə bacarığı
  • Əməliyyat sistemləri ilə tanışlıq, Əməliyyat sisteminin standart proqramlarından istifadə etməklə kompüterdən səmərəli istifadə vərdişləri
  • MS Office proqramlarında işləmə vərdişlərinə yiyələnərək dərslərin daha rəngarəng və maraqlı qurulması
  • Elektron testlərin, cədvəllərin iş vərəqlərinin, təqdimatların hazırlanma mexanizmlərini öyrənərək İKT-nin təhsilə tətbiqi və eyni zamanda vaxta qənaət
  • Sertifikatlar, broşurlar, diplomlar hazırlama bacarıqlarını mənimsəyərək şagirdləri stimullaşdırmaq imkanı
  • İnternet xidmətlərindən istifadə
  • İnternet resurlarından istifadə etməklə dərslərin innovativ təşkili
  • Elektron poçt xidmətindən istifadə
  • Fənlər üzrə müxtəlif interaktiv elektorn resursların hazırlanması. 
Bu 15 günlük  təlimdə müəllimlərimiz müasir texnologiyaların tədrisdə  imkanları,  müasir tələblərə uyğun dərs qurmaq yollarını təkmilləşdirdilər, şagirdlərinin daha çox uğur qazanması, dərslərə marağın artması məqsədi ilə praktik olaraq İKT-nı dərslərinə necə tətbiq etməyin yollarını araşdırdılar.  Bu yolda  öz bilik və bacarığını əsirgəməyən təlimçi müəllim Namiq Aslanova müəllimlərimiz adından təşəkkür edirəm!..Müəllimlərimizə isə çətin və şərəfli işlərində uğurlar arzulayıram!...
















Комментариев нет:

Отправить комментарий