Azərbaycan dünyanın cənnət diyarı, şah ərazisidir. Bu
şahın tacı isə Qarabağdır. Elə buna görə də tarixin müxtəlif dönəmlərində ermənilər
tərəfindən Azərbaycan xalqı zaman –zaman soyqırıma məruz qalmışdır. Növbəti belə
faciə ilə xalqımız 1992-ci ilin o qarlı, şaxtalı, soyuq qış gecəsində Xocalıda
üzləşdi. Xocalı faciəsi əsrin ən dəhşətli faciəsi kimi ölkəmizin yeni tarixinə qara hərflərlə
yazıldı. Xocalı soyqırımı qurbanlarının xatirəsinin anılması gimnaziyamızda
artıq ənənə şəklini almışdır. Bir həftədir ki, soyqırımın 24-cü ildönümü ilə əlaqədar
tədbirlər keçirilir. Rəhbəri olduğum 2b sinfi də “Xocalı, sağalmaz yaram mənim!” adlı ədəbi-bədii kompozisiya ilə bu gün - 26 fevralda
akt zalında çıxış etdilər. Çıxışdan əvvəl
soyqırım qurbanlarının, o cümlədən Azərbaycanın ərazi bütövlüyü uğrunda,
azadlığı üğrunda canını qurban verən şəhidlərimizin
əbədi xatirəsi bir dəqiqəlik sükutla anıldı.
Ağlama Xocalım
Yel qarı sovurdu,qar yolu kəsdi.
Ağlatmaq vaxtıdır,ağlama bəsdi
Son qoy dərdə,qəmə,naləyə,aha-
Ağlama Xocalım,ağlama daha.
Od saçır bu odlar yurdumuz bizim,
Dünyanı isidir odumuz bizim,
Elə bir gücdədir ordumuz bizim,
Bu döyüş düşmənə gələcək baha-
Ağlama Xocalım,ağlama
daha.
Bitsin əfqanımız,bitsin ahımız
Bizə səbr vermə ey Allahımız,
Əsir məzarlardır səcdəgahımız,
Səni and verirəm o səcdəgaha-
Ağlama Xocalım,ağlama
daha.
Ağlasan sevinər türkün düşməni,
Ağlama,ağlamaq qorxudur məni.
Gəlib əsarətdən qurtarar səni,
İgidlər sarılar topa,silaha-
Ağlama Xocalım,ağlama
daha.
Gülümsə çatlasın düşmənin bağrı,
Bilirəm,dəhşətdir çəkdiyin ağrı.
Az qalıb,gəlirik qoynuna doğru
Ümidlə baxırıq üzü sabaha-
Ağlama Xocalım,ağlama
daha.
Hamımız müntəzir onun əmrinə.
Ana dediyimiz vətən naminə,
Əli qana batan batmaz günaha-
Ağlama Xocalım,ağlama
daha.
Çəkilər üstündən qara bulutlar,
Sənin Əlifin var,İnqilabın var.
Varsa Mübariztək igid oğullar,
Başqa bir ehtiyac yoxdur izaha-
Ağlama Xocalım,ağlama daha.
Səndə qalmayacaq düşməndən bir iz,
Bitəcək bu həsrət,bu ahnaləmiz.
O günlər olacaq,güvənirik biz
Yerdə ordumuza,göydə Allaha-
Ağlama Xocalım,ağlama
daha.
Комментариев нет:
Отправить комментарий