23 aprel - Ümumdünya kitab və Beynəlxalq
müəlliflik hüququ” günüdür.
Müasir dünyada uşaqların maraq
dünyasına aid olan bir çox əlamətdar tarixi günlər qeyd edilir. Ümumdünya Kitab və Müəllif Hüquqları Günü - 1995-ci il aprelin 23-də Parisdə YUNESKO-nun Baş konfransı keçirilib. Həmin konfransda Ümumdünya Kitab və
Müəlliflik Hüququ Günü, həmçinin Uşaq və yeniyetmə ədəbiyyatında dözümlülük
ideallarının təbliğinə görə YUNESKO mükafatı təsis edilib. Bu əlamətdar günün aprelin 23-də
qeyd olunmasının qərara alınması təsadüfi deyil. Belə ki, 1616-cı ilin bu günü
Migel Servantes, Uilyam Şekspir, İnka Qorsilaso de la Veqa kimi görkəmli
ədiblər dünyalarını dəyişmişlər. Tamamilə təbiidir ki, YUNESKO bu
günü kitablara və müəlliflərə dəyər
vermək,
insanları, xüsusən gəncləri mütaliədən zövq almaq və bəşəriyyətin sosial
və mədəni tərəqqisinə öz əvəzedilməz
töhfələrini vermiş insanların əməyinə hörmət
etməyə çağırmaq məqsədi ilə təsis
etmişdir.
Həmin gün qəbul olunmuş qətnamədə
bu günlə əlaqədar kitab sərgilərinin və yarmarkalarının keçirilməsi tövsiyə
olunur. Hər il bu günlə bağlı tədbirlərin sayı, çeşidi və eyni zamanda
təşəbbüslərin sayı artır. Bunların
arasında ən populyar olanları – kitab yarmarkaları və sərgiləri, dünya
klassiklərinin əsərlərinin ictimai oxusu və müxtəlif mədəniəyləncəli
tədbirlərdir. Bu bayramla əlaqədar daha bir ənənə də mövcuddur. 2001-ci ildən
başlayaraq hər ilin bu günü dünyanın kitab paytaxtı adını alan şəhər seçilir (1
il müddətinə). 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü Azərbaycanda
1997-ci ildən başlayaraq ənənəvi şəkildə qeyd edilir.
Öncə
sərgilərin təşkil olunması ən vacib tədbirdir. Sərgilər
aşağıdakı başlıqlar altında
qurula
bilər:
“Yaxşı
kitab yaxşı ünsiyyət deməkdir”,
“Mütaliə
sənəti – başqasının köməyi ilə düşünmək sənətidir”,
“Kitab
– insan ağlının ən böyük kəşfidir” və s.
Dahi
şəxsiyyətlərin kitab haqqında dedikləri mənalı fikirlərdən, aforizm-
lərdən də
istifadə
etmək olar.
«Kitab
– bütün biliklərin alfa və omeqası, bütün elmlərin başlanğıcıdır».
S.Sveyq,
Avstriya yazıçısı
«Yaxşı
kitabları birinci dəfə oxuyarkən, yeni dost qazandığımız zaman
keçirdiyimiz
hissləri
keçiririk. Artıq oxunmuş kitabı ikinci dəfə oxumaq – köhnə dostu
yenidən
görmək kimidir»
Volter,
fransız şairi, filosof
«
Kitablar arasında, insanlar arasında olduğu kimi, yaxşı və pis mühitə düşə
bilərsən».
K.Helvetsi,
fransız filosofu
«Kitabı
yaradan müəllif, onun taleyini yaradan isə cəmiyyətdir».
V.Hüqo,
fransız yazıçısı
«Yaxşı
kitabxana – nəhəng sərvətdir».
V.Belinski,
ədəbi tənqidçi
Комментариев нет:
Отправить комментарий