Yeni il bayramını al-əlvan,
bərli-bəzəkli şam ağacısız təsəvvür etmək qeyri-mümkündür. Əlbəttə, bu şam
ağacı təbii küknar ağacından olsa və yarpaqları ətir saçsa daha gözəl olardı.
Amma təbiəti qorumaq xatirinə süni şam ağacları ilə də keçirmək olar. Bəs Yeni
il bayramında yolka bəzəməyin mənası nədir? Çoxları şam ağacları bəzəmək
ənənəsini də xristian dini ilə əlaqələndirir. Əslində isə, həyat rəmzi olan şam
ağacının bəzənməsi tarixi xristianlıqdan əvvəl başlayıb və hansısa bir dinlə
bağlı deyil. Hələ miladdan çox-çox əvvəl qədim Misirin sakinləri dekabrın ən qısa
günlərində yaşıl palma ağaclarını evlərinə gətirirdilər. Bu, həyatın ölüm
üzərində qələbəsinin rəmzi idi. Romalılar isə Əkin
allahının şərəfinə evlərini yarpaqlarla bəzəyirdilər. Druidlər palıd
budaqlarına qızıl almalar asıb qış bayramını qeyd edirdilər. Orta əsrlərdə
qırmızı almalarla bəzədilmiş həmişəyaşıl ağaclar dekabrın 25-də qeyd edilən Adəm və Həvva bayramının rəmzi idi.
Yeni ilin şam ağacı haqqında ilk yazılı
məlumat XVI əsrə təsadüf edir. Həmin mənbələrə görə, o vaxt alman şəhəri olan
Strasburqda Yeni il gecəsi həm kasıb, həm də adlı-sanlı zadəgan ailələrində
küknar ağacları rəngli kağızlar, meyvələr və şirniyyatla bəzədilirmiş. Vaxt
keçdikcə bu adət bütün Avropaya yayılır. Yeni
dünyaya, Amerikaya yolkanı burada məskunlaşan almanlar gətiriblər. 1851-ci
ildə burada ilk dəfə təntənəli şəkildə yolka fənərlərinin yandırılması mərasimi
keçirilib. O vaxtdan hər il Yeni il bayramında Ağ evin qarşısında bu mərasim
keçirilir. Beləcə şam ağacı bütün dünyada məşhurlaşıb.
Комментариев нет:
Отправить комментарий