Heydər Əliyevin vəfatından 14 il ötür...Ruhun behişt olsun, dahi Rəhbər!...
Milyonların ürəyindədir,
yaddaşındadır, dünəndir, bu gündür, sabahdır Ulu
öndər!..
Azərbaycan adlı sabahın yaradıcısıdır Ulu öndər!.. Ömrünü xalqına həsr etmiş görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi, fenomenal şəxsiyyət, mahir diplomat, elmi düşüncənin müxtəlif sahələrinə aid orijinal ideyalar müəllifi,... Heydər Əliyevin şah əsəri dünya dövlətləri arasında artıq öz imzası olan müstəqil Azərbaycanımızdır!
Azərbaycan adlı sabahın yaradıcısıdır Ulu öndər!.. Ömrünü xalqına həsr etmiş görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi, fenomenal şəxsiyyət, mahir diplomat, elmi düşüncənin müxtəlif sahələrinə aid orijinal ideyalar müəllifi,... Heydər Əliyevin şah əsəri dünya dövlətləri arasında artıq öz imzası olan müstəqil Azərbaycanımızdır!
Heydər
Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində
anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan
Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində
təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib.
1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və
Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib.
1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib.
Təhlükəsizlik
orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər
Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən
isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin
illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb,
1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.
Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər
Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək
respublikanın rəhbəri olub.
1982-ci
ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi
Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci
müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər
Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi
Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə
etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.
Heydər
Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı
faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla
çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və
icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin
münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti
olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını
tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl
Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə
deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.
Heydər
Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş
təsis qurultayında partiyanın sədri seçilib. 1993-cü il iyunun 15-də Azərbaycan
Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə
başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər
Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın
10-da keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan
Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçiriləcək
prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər
Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən
imtina edib.
Uzun
müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın
12-də dünyasını dəyişib.
Комментариев нет:
Отправить комментарий