Bu gün Azərbaycan prezidenti İlham Əliyevin doğum günüdür.
İlham Heydər oğlu
Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. Orta təhsilini
1967-1977-ci illərdə Bakı şəhərində alan İ.Əliyev 1977-ci ildə Moskva Dövlət
Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ - MQİMO) daxil olub, ali təhsilini
müvəffəqiyyətlə başa vuraraq elmi fəaliyyətini institutun aspiranturasında
davam etdirib.1985-ci ildə
dissertasiya müdafiə edən İ. Əliyev tarix elmləri namizədi alimlik dərəcəsi
alıb və 1990-cı ilədək MDBƏİ-də müəllim işləyib. Gələcək dövlət başçısı
1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ)
vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti vəzifəsində çalışıb.1995-ci və 2000-ci
illərdə Milli Məclisə üzv seçilən İlham Əliyev 2001-2003-cü illərdə Avropa
Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri
olub. AŞPA-da siyasi fəaliyyəti çərçivəsində 2003-cü ilin yanvar ayında qurumun
sədr müavini və Büro üzvü seçilib. 2003-cü ildə baş nazir vəzifəsinə təyin
edilməsi ilə əlaqədar İlham Əliyevin deputat səlahiyyətlərinə xitam verilib.
2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının prezidenti seçilib və
oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb. 2008-ci il oktyabrın 15-də
keçirilən seçkilərdə seçicilərin 88 faizindən çoxunun səsini qazanan İlham
Əliyev yenidən Azərbaycan Respublikasının prezidenti seçilib.2013-cü il oktyabrın
9-da keçirilən prezident seçkilərində isə növbəti dəfə qələbə qazanıb. İlham
Əliyev həmçinin 1997-ci ildən Azərbaycanın Milli Olimpiya Komitəsinin
prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə
görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib.Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edir, dövlət başçısına uzun ömür, cansağlığı, fəaliyyətində uğurlar arzulayırıq!
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Mehriban Əliyeva həyat yoldaşı, prezident İlham Əliyevi ad günü münasibəti ilə
təbrik edib.
"İlham Əliyev müasir dövrün siyasi elitasının
görkəmli nümayəndələrindən biridir. Ona ilk növbədə can sağlığı, doğma Azərbaycanına
xidmət etmək üçün qüvvə və qüdrət arzu edərdim. Arzu edərdim ki, Azərbaycanın gələcək
inkişafına dair bütün planları, fikirləri, arzuları, diləkləri yerinə yetsin.
Birdə mən ona səbr arzulamaq istərdim. Qarabağ düyününü açmaq üçün səbr. Əslində
bu böyük arzudur. Amma mən inanıram ki, İlham bu yoldada böyük qələbəni əldə edəcək.
Bu arzu da çin olacaq.
Əziz prezidentimiz, ad gününüz mübarək".
Комментариев нет:
Отправить комментарий