суббота, 7 мая 2016 г.

                  “Möhtəşəm plan”

Fatih Sultan Məhmət uşaq ikən çox dəcəl idi. Dərs əsnasında müəllimi Ağşəmsəddini çilədən çıxarırdı. Müəllimi ona hirsləndikdə isə "Mən padşah oğluyam, mənə heç nə edə bilməzsən" deyərək onu hədələyirdi. Ağşəmsəddin padşaha şikayət etməyi ədəbsizlik sayaraq vəziyyəti II Murada izah etməkdən çəkinir amma zaman keçdikcə Məhmətin etdiyi yaramazlıqlar dözülməz həddə çatır. Buna görə o, II Muradın yanına gəlib "Padşahım, sizə bir şey demək istəyirəm amma həya edirəm" deyir. II Murad dərhal "Nə sözün varsa çəkinmədən buyur" deyir. Bundan bir az rahatlanan Ağşəmsəddin "Padşahım, oğlunuz, ciyərparanız Məhmət çox dəcəldir, onun dəcəlliyinin ucbatından dərs keçə bilmirəm. Nəsə söz deyəndə də, məni sizinlə hədələyir." deyincə, II Murad onun qulağına nəsə fısıldayır. Bu sözlərdən Ağşəmsəddin özünü itirir, "Bu nə plandır, bu mümkün deyil" deyir. Padşah "Belə olmalıdır" deyə nöqtəni qoyur.
Ertəsi gün Məhmət yenə dərsdə dəcəllik edir və Ağşəmsəddin onu danladıqda, yenə atası ilə hədələyir. Bu vaxt padşah qəfildən qapını açaraq içəri girir. Ağşəmsəddin ayağa qalxaraq padşaha bir şillə vurur və sinfə belə girilməyəcəyini, içəri girəndə icazə almaq lazım olduğunu bildirir və dərhal çölə çıxmasını istəyir. Padşah boynubükük üzr istəyərək çölə çıxır. Gördüyü mənzərənin qarşısında Məhmətin nitqi quruyur. Güvəndiyi padşah atası şillə yemişdi. Az sonra qapı döyülür və padşah yenidən içəri gəlmək üçün icazə istəyir. Plan möhtəşəm bir şəkildə həyata keçirilmişdi. O gündən sonra Fatih Sultan Məhmət əsla dəcəllik etmir, çünki güvəndiyi dağlara qar yağmışdı.
Начало формы
Bəyən
Sevgi
Haha
Uyda

Qəmgin

Комментариев нет:

Отправить комментарий