1
may Zəhmətkeşlər günü kimi qeyd edilir.
1
may günü dünyanın əksər ölkələrində zəhmətkeşlərin beynəlxalq həmrəylik bayramı
kimi qeyd edilir. Bu bayramın tarixi fəhlələrin ABŞ-da keçirdiyi etiraz
aksiyasından başlayır.
1896-cı
ildə mayın 1-də Amerikanın Çikaqo şəhərində 300 mindən çox fəhlə hər gün 10-15
saat işləmələrinə etiraz edərək nümayişə çıxıb, 8 saatlıq iş günü və istirahət
hüququ tələb edib. Tətil qısa müddətdə Amerikanın digər sənaye mərkəzlərinə də
yayılıb. Sonralar Avropanın iri şəhərlərində, o cümlədən Rusiyada da fəhlə
tətilləri başlayıb.
Üç
il sonra, 1889-cu ildə fəhlə partiyalarının beynəlxalq birliyi - İkinci
İnternasionalın iştirakçıları Paris konqresinə toplaşaraq 1 may gününü bütün
dünya fəhlələrinin həmrəylik günü elan ediblər. Dünyada ilk dəfə 1890-cı ildə
bu bayramı qeyd ediblər. Bununla da fəhlələrinin tətil elan etdiyi 1 may tarixi
zəhmətkeşlər günü kimə tarixə düşüb.
Azərbaycan
SSRİ-nin tərkibində olduğu dövrlərdə, 1920-1991-ci illərdə 1 may ölkəmizdə də
rəsmi bayram kimi qeyd edilib. 1992-ci ildə Azərbaycan hökuməti bu bayramı
totalitar quruluşun ideoloji atributu kimi ləğv edib.
Hazırda
1 may dünyanın 67 ölkəsində işçi bayramı günü kimi qeyd edilir. Türkiyədə də
Beynəlxalq Əmək Günü Taksim meydanında böyük coşqu ilə qeyd olunur.
Комментариев нет:
Отправить комментарий