|
|||||||||
v Uşaqların
xoşbəxt, şən əhval –ruhiyyəli, psixoloji sağlam böyümələri üçün
valideynlər necə davranmalıdırlar?
v Övladınızı var
olduğu kimi qəbul edin. Uğurları, uğursuzluqları, bacardıqlar və bacara
bilmədikləri üçün övladınızı dəyərləndirməyin. Onlar sizin bir parçanızdır.
Onları olduqları kimi sevib dəyər verin. İnkişafı üçün əlinizdən
gələnləri edərək ona dəstək olun.
v “Hamıdan yaxşı
olsun” ifadəsindən uzaq olun. Hər baxımdan inkişafı üçün lazımi
istiqamətlərdə dəstəyinizi verərkən “ sən hər kəsdən yaxşı olmalısan” deyə
övladınıza psixoloji gərginlik yaşatmayın. Bacarması üçün dəstək olun, lakin
bu zaman övladınıza basqı etməyin.
v Özünü
dostları, ətrafdakı yoldaşları ilə müqayisə etməməsini öyrədin. Müqayisə
edərkən uşaqda özünəinam hissinin aşağı enməsi və ya hədsiz özgüvən
və s. kimi hisslər yaşana bilər.
v Övladınıza
sevməyi öyrədin. İnsanları, heyvanları, bitkiləri, təbiəti və s.
v Ona olan
sevginizi göstərməkdən çəkinməyin. Onun bu hissə hər zaman ehtiyacı var. Onu
təmənnasız sevdiyinizi, sizi hirsləndirdiyi zaman da, nəyisə etməyi
bacarmadığında da – hər zaman sevdiyinizi ona hiss etdirin.
v Övladınızın
etdiyi işlərə, hisslərinə hörmətlə yanaşın. Sizin üçün çox sadə görünən
bir məsələ onun üçün olduqca önəmli ola bilər.
v Ona
inandığınızı hiss etdirin. Sizə yalnız doğru danışacağına inandığınızı
ona bildirin.
v Etdiyi
səhvlərə görə cəza alıbsa demək ki, artıq bu səhvlərini unutmağınız lazımdır.
Keçmişdə etdiyi səhvləri təkrar –təkrar xatırlatmağınız yanlışdır.
v Övladınıza
dəyərli olduğunu hiss etdirin. Övladınıza dəyər verin.
v Övladınızla
bağlı qərar verərkən onların da öz fikirlərini bildirməsinə icazə
verin.
|
S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın ibtidai sinif müəllimi MƏLİKOVA İRADƏNİN METODİK BLOKU
пятница, 22 апреля 2016 г.
Подписаться на:
Комментарии к сообщению (Atom)
Комментариев нет:
Отправить комментарий