среда, 13 апреля 2016 г.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və           "Azərbaycan müəllimi” qəzeti redaksiyasının birgə təşkil etdiyi 
                                 "Ən yaxşı yazı” müsabiqəsində
            “Didaktik oyunların keçirilməsi təcrübəsindən” adlı məqaləm 
                               III dərəcəli diplomla qaliblər sırasındadır.


Bilik Fondu ilə "Azərbaycan müəllimi” qəzeti redaksiyası arasında bağlanmış birgə əməkdaşlıq haqqında müqaviləyə uyğun olaraq keçirilən müsabiqəyə 2016-cı il yanvarın 1-dən start verilib.
Yazıların qəbulu üçün elan olunmuş 35 gün müddətində (yanvarın 1-dən fevralın 5-dək) təşkilat komitəsinə 121 yazı daxil olub.
Yazılardan 21-i müsabiqənin şərtlərini məzmun və həcm baxımından ödəmədiyi üçün qiymətləndirilməyə buraxılmayıb. Şərtləri ödəyən 100 yazı isə 2 mərhələdə qiymətləndirilib. 
Birinci mərhələdə fənn müəllimlərindən ibarət qrup bal hesabı ilə dəyərləndirib. Nəticədə 28 yazı ikinci mərhələyə vəsiqə qazanıb. 

Bu mərhələdə yazılar münsiflər heyətinin üzvləri tərəfindən qiymətləndirilib. Müsabiqənin yekunlarına görə 3 yazı I, 3 yazı II 5 yazı III, 17 yazı isə həvəsləndirici yerə layiq görülüb və qaliblərin adları açıqlanıb.Qaliblərə diplomlar və qiymətli hədiyyələr təqdim edilib. 








Комментариев нет:

Отправить комментарий