SU ÇƏRŞƏNBƏNİZ MÜBARƏK! Yolunuz su kimi aydın, arzularınız su kimi saf olsun!
Böyük çillədən sonra Novruzun gəlişinin ilk
müjdəçilərindən biri çərşənbələrdir. Bayram məhz çərşənbələrdən başlayır. Bu
gün birinci - su çərşənbəsidir.
Novruz bizim diyara su çərşənbəsi ilə qədəm
qoyur. Su çərşənbəsi suyun təzələnməsi kimi anlaşıldığından həmin gün
bütün mərasimlər su ilə bağlı olur. İnsanlar həmin gün sübh tezdən axar suyun
üstünə gedir, üstündən atılır. Bu o deməkdir ki, insanlar yeni suyu
qarşılayır, xəstəliklərdən azad olacaqlarına inamla birgə onlarda həyata sevgi,
gözəllik, sayğı düşüncələri aşılayır.
Çərşənbə süfrəsinə gəlincə isə, süfrədə
təmiz sudan hazırlanmış pürrəngi çayın olması mütləqdir. İmkanı çatan qədər
plov bişirilməli, süfrədə 7 adda nemət olmalıdır. Süfrədə səməninin olması elə
də vacib deyil.
Su çərşənbəsi qədim zamanlardan “Əzəli” çərşənbə
də adlanır. insanlar sudan onun kimi şəffaf və gözəl bir ilin keçməsini
arzulaya bilərlər. Bunu da qeyd etmək yerinə düşərdi ki, su çərşənbəsinin ilk
tonqal kimi yandırılması buzların açılması, artıq qışın arxada qalmasının
göstəricidsidir. Çünki kiçik çillə artıq öz yerini boz aya verir Su
çərşənbəsi stolun üzərində su qoymaq, stolda suyun aşması xeyirliyə yozulur.
Əgər süfrənizdə su aşıb, tökülərsə həmin ilin sizin üçün bol bərəkət gətirəcəyi
gözlənilir.
Su çərşənbəsində stolun üzərində bir çox
şirniyyatlar və yeməklər də qoyulur. Bu hər ilin həmin formada keçməsi üçün
əhəmiyyətli rol oynayır. Hətta qadınlar, qızlar su çərşənbəsində birbaşa su ilə
bağlı olan fallara da baxırlar. Onlar öz üzüklərini çıxararaq suyun
içərisindəki tavaya atır və üzərini də parça ilə örtürlər. Su çərşənbəsində
baxılan fallardan birinə görə stəkana su doldurub, saçınızdan bir tel
qopardaraq ona üzük bağlayıb, suya salıb çıxartmaq lazımdır. Əgər sapa
bağlanmış üzük stəkanın kənarlarına neçə dəfə dəyib səs çıxarsa siz həmin yaşda
evlilik həyatına qədəm qoyacaqsınız. Xatırladaq ki, üzüyün nişan üzüyü olması
daha vacib rol oynayır. Bu başqasının da nişan üzüyü ola bilər.
Bəzən su çərşənbəsi zamanı qadınlar, qızlar
gedib, lal axan su dərələrindən su gətirirlər. 2 iynənin arxasına pambıq
bağlayıb, suya buraxmaq lazımdır. Əgər iynələr bir tərəfə getsə deməli
sevgililər qovuşacaqlar, əgər ayrı dayansalar deməli ümid yoxdur. Bəzi hallarda
isə iynə suda batır bu isə lal vəziyyət adlandırılır.
həmçinin övladı olmayan bir qadının
başından bu günü qırxaçar qabla su töksən onun övladı dünyaya gələ bilər
Həmin günü insanların bir – birinin üzərinə su atması və yaxud su
çiləməsi də uğura işarədir.

Bu gün Novruzaqədərki
bayram çərşənbələrinin ən birincisi - su çərşənbəsidir! Bayram ənənələrinə uyğun
olaraq, su çərşənbəsində su ilə bağlı bütün adətlər həyata keçirilir: ev-eşik
yuyulub təmizlənir, qızlar su falı açır, vəfat etmiş şəxslərin yaxınları mərhumlarını
ziyarət edərək onların məzarına su dolu cam qoyurlar. Su çərşənbəsi insanların
cisminə və qəlbinə su təmizliyi, su rahatlığı gətirir, işlərini uğura calayır!Bu çərşənbəyə “Əzəl çərşənbə”,
“Sular Novruzu” da deyirlər. Su çərşənbəsində su və su mənbələri təzələnir,
arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı
müxtəlif şənliklər keçirirlər. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ
gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su
çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər.
Xalqın
inamına görə, Su çərşənbəsi günü “təzə su”dan keçənlər, azarını, bezarını ona
verənlər il boyu xəstəlikdən uzaq olarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər
keçirilir, qədim türklərdə su tanrıları sayılan Aban və Yadanın şərəfinə nəğmələr
oxunur. Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, fallar, türkəçarələr,
bayatılar, əfsanələr və rəvayətlər var.
Məsələn, inanclarda deyilir:
Süfrəyə su dağılması aydınlıqdır,
Su içən adamı qəfil vurmazlar,
Su içən adamı ilan çalmaz,
Lal axan sudan keçməzlər.
Bir çox atalar sözündə də suyun müqəddəsliyi əks olunur:
Su olan yerdə dirilik olar,
Su ehsandır,
Su murdarlıq götürməz,
Suyu çirkləndirənin nəşini yumağa su tapılmaz.
Məsələn, inanclarda deyilir:
Süfrəyə su dağılması aydınlıqdır,
Su içən adamı qəfil vurmazlar,
Su içən adamı ilan çalmaz,
Lal axan sudan keçməzlər.
Bir çox atalar sözündə də suyun müqəddəsliyi əks olunur:
Su olan yerdə dirilik olar,
Su ehsandır,
Su murdarlıq götürməz,
Suyu çirkləndirənin nəşini yumağa su tapılmaz.
Комментариев нет:
Отправить комментарий