Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ekskursiyamız...
Qala Dövlət Tarix Etnoqrafiya qoruğunda
Abşeron yarımadasında
tapılmış və eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə qədər dövrü
əhatə edən qayaüstü rəsmlər, Qavaldaş, keramika, məişət və bəzək əşyaları,
silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları və
s. yerləşdirilib.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun
“Abşeron” arxeoloji ekspedisiyası 2010-2011-ci illərdə burada qazıntı işləri
aparıb. Qala abidə kompleksində Tunc dövrünə aid qayaüstü və qayaaltı yaşayış
məskənləri, qayaüstü təsvirlər, qədim özüllər, ibtidai divar qalığı, X-XIV və
X-XV əsrlərə aid Xəzər dənizi və Bakı şəhəri istiqamətində iki yeraltı yol,
XVIII əsrin yadigarı təndir nümayiş etdirilir. Buradakı qayaların üzərində
əsasən insan və heyvan fiqurları, müxtəlif fraqmentlər həkk olunub.
Kompleksə daxil olan X-XIV əsrə aid Qala
qəsri qüllədən və istehkamdan ibarətdir. Müşahidə və mühafizə məqsədilə
istifadə olunmuş X-XIV əsrə aid qüllənin hündürlüyü 13,8 metrdir. XVI-XVII
əsrlərin yadigarı olan istehkamda X-XVI əsrlərə aid qızıl pullar, qızıl qolbaq
qalıqları, keramika nümunələri sərgilənir.
Etno-Ekoloji Mərkəzdə uşaqların istirahəti, onların xalqımızın qədim tarixini, mədəniyyətini dərindən öyrənməsi, qədim el sənətlərinin müxtəlif növlərinə yiyələnməsi, müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Muzey Kompleksin ərazisində fəaliyyət göstərən karvansara-restoranın birinci mərtəbəsi kafe, ikinci mərtəbəsi isə restoran kimi fəaliyyət göstərir. Restoranın arxa bağçasındakı karvansarada 7-si açıq, 7-si isə qapalı olmaqla Şərq memarlıq üslubunda inşa edilmiş 14 kabinet yaradılmışdır.
Комментариев нет:
Отправить комментарий