среда, 12 декабря 2018 г.

https://bakimektebleri.edu.az/74/az/news/read/70125?fbclid=IwAR0KgmojfDzbNmBzkme9wJD2OIzMgentmMkgGfivMs6nf-3OfQEKi2nDeJ8
                        ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN XATİRƏSİ

Dekabrın 12-də 74 nömrəli tam orta məktəbdə Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirildi. Tədbiri məktəbin ibtidai sinif müəllimi İradə Məlikova birincilərlə təşkil etmişdir. Tədbirdə məktəblilərə Heydər Əliyevin həyat yolu və dövlət quruculuğunda fəaliyyəti barədə məlumat verildi. Şagirdlər Ümummilli Liderin əziz xatirəsinə həsr olunmuş şeirlər söyləyiblər. Tədbirdə ümummilli lider Heydər Əliyevin keçdiyi nümunəvi həyat yolu, Azərbaycan Respublikasının qurucusu, müasir Azərbaycan tarixinin yaradıcısı kimi gördüyü işlər və onun siyasi fəaliyyətini özündə əks etdirən qısa videoçarxlar nümayiş etdirildi.








вторник, 11 декабря 2018 г.

Tarixə yazılan epoxa, tarixə çevrilən şəxsiyyət...

Tarixə yazılan epoxa, tarixə çevrilən şəxsiyyət...: Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider olan Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi.  Bir insan epoxaya və zamana təsir edə bilərmi? Tarixin gedişinə təsir etmək mümkündürmü? XX əsrin sonu–XXI əsrin əvvəlində Azərbaycanda baş verən hadisələr bu sualları müsbət cavablandırmaq imkanı verdi. Bəli, bu şəxsiyyət qeyri-adi olmalı, bənzərsiz xüsusiyyətləri özündə cəmləşdirməlidir. Bəşəriyyətin minilliklərə bərabər tarixində görkəmli siyasətçilər, ictimai xadimlər ölkəni və hətta sivilizasiyanı yeni inkişaf mərhələsinə apara biliblər.

воскресенье, 3 июня 2018 г.

                               



    S. Bəhlulzadə adına Xarici Dillər Təmayüllü  Gimnaziyanın  
                 4b sinfinin ibtidai siniflə buraxılış gecəsindən... 
    "Evdən bağçaya, ordan da məktəbə qədəm qoyub böyüyə-böyüyə arzularımızı çiçəklən- dirən balaca fidanlar bu  gün artıq 4-cü sinfi - ibtidai sinfi bitirib yeniyetməlik dövrünə qədəm qoyurlar. 4 il nə tez gəlib keçdi....Bu illər ərzində birlikdə oxuduq, öyrəndik, birlikdə çalışdıq. Sizin hərtərəfli şəxsiyyət kimi yetişməniz üçün  bilikli, qabiliyyətli, əməksevər olmanız üçün əlimdən gələni əsirgəmədim. Buna nə dərəcədə nail olduğumu yuxarı siniflərdəki nailiyyətləriniz göstərəcək. Hamınıza qarşıdakı təhsil pillələrində uğurlar arzulayıram. Harda oluramsa olum, Sizin xoş sədalarınızı eşidib hər zaman Sizlərlə fəxr edəcəyəm.Hər birinizi bir-bir bağrıma basıram. İnsanın bütün uğurları məktəb yollarından başlanır.Odur ki, bu yollarda Sizə həmişə mətin addımlarla irəliləməyi arzulayıram.Yolunuz açıq, zehniniz iti  olsun!.. 
                             Sizi çox sevən ilk müəlliminiz İradə Məlikova.




















































Gimnaziyada buraxılış gecəsi keçirilib

Gimnaziyada buraxılış gecəsi keçirilib: Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyasının 4 b sinfi buraxılış gecəsi keçirib.

четверг, 31 мая 2018 г.

 Bu gün- 1iyun     Uşaqların         Beynəlxalq     Müdafiəsi   Günüdür.

"Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır."                
                      Ulu öndər Heydər ƏLİYEV

Cəmiyyətin gələcək inkişafının əsasını uşaqlar təşkil edir. Daim qayğıya, şəfqətə ehtiyac duyan uşaqların hüquqlarının qorunması, onların layiqli vətəndaş kimi formalaşdırılması hər bir dövlətin başlıca sosial məsuliyyətlərindəndir. Azərbaycanda uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr həyata keçirilir. Uşaqların Beynəlxalq Müdafiəsi Günü  1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb . Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu bayram Azərbaycanda da qeyd edilir.Bu bayramla yanaşı BMT -nin Baş Assambleyası tərəfindən 20 noyabr tarixində Ümumdünya Uşaqlar Günü də qeyd olunur. Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, “uşaq hüquqları haqqında” qanun və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib.Ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Bu sahədə əsas normativ sənəd 1998-ci il mayın 19-da qəbul edilmiş “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunudur. Ölkədə uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr də həyata keçirilməkdədir. Uşaqlara qayğı təkcə dövlətin üzərinə düşən vəzifə deyil. Hər bir şəxs uşaqların hərtərəfli böyüməsi üçün səy göstərməlidir. Çünki uşaqlar təkcə bir evin deyil, bütün el-obanın ən qiymətli, ən dəyərli sərvəti, hər bir xalqın gələcəyidir. Gələcəyi qorumaq isə hamımızın borcudur.  Cəmiyyətin ən kövrək, həssas təbəqəsi olan uşaqlara hər bir vətəndaşın diqqəti, qayğısı və sevgisi lazımdır.                                                                                          “Dünyanın hər yerində xoşbəxt olsun uşaqlar!”                                                    



воскресенье, 20 мая 2018 г.

Müasir insanların yaşam tərzi bu gün çox fərqlidir. Elə ilk baxışda insanı cəlb edən gənc toplum daha çox fərqlidir. Onlar 20 il əvvəl bizim gənc yaşlarımızda düşündüyümüzü düşünmürlər: söhbət təkcə təhsil və karyeradan getmir...Ümumilikdə, dünyagörüş, həyata nikbin baxış, içində olduqları gündəlik həyatda və cəmiyyətdə baş verən, inkişafa doğru aparan proseslərə verdikləri reaksiyalar, mütərəqqi fikirlər olduqca təqdirəlayiqdir. Bəzən düşünürəm ki, yerində olmayan belə istedadli gənclərin önə çəkilməsi , layiqli yeri ölkəmizin inkişafı üçün nə qədər zəruridir. Hələ keçən əsrdə böyük Azərbaycan şairi Məmmədhüseyn Şəhriyar yazırdı: - Bizdən irəlidi Avropalılar, Çünki, işi işbilənə tapşırır onlar..

четверг, 15 марта 2018 г.

lvov baku

lvov baku

  Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ekskursiyamız...

Qala Dövlət Tarix Etnoqrafiya qoruğunda Abşeron yarımadasında tapılmış və eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə qədər dövrü əhatə edən qayaüstü rəsmlər, Qavaldaş, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları və s. yerləşdirilib.


Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun “Abşeron” arxeoloji ekspedisiyası 2010-2011-ci illərdə burada qazıntı işləri aparıb. Qala abidə kompleksində Tunc dövrünə aid qayaüstü və qayaaltı yaşayış məskənləri, qayaüstü təsvirlər, qədim özüllər, ibtidai divar qalığı, X-XIV və X-XV əsrlərə aid Xəzər dənizi və Bakı şəhəri istiqamətində iki yeraltı yol, XVIII əsrin yadigarı təndir nümayiş etdirilir. Buradakı qayaların üzərində əsasən insan və heyvan fiqurları, müxtəlif fraqmentlər həkk olunub.
 Kompleksə daxil olan X-XIV əsrə aid Qala qəsri qüllədən və istehkamdan ibarətdir. Müşahidə və mühafizə məqsədilə istifadə olunmuş X-XIV əsrə aid qüllənin hündürlüyü 13,8 metrdir. XVI-XVII əsrlərin yadigarı olan istehkamda X-XVI əsrlərə aid qızıl pullar, qızıl qolbaq qalıqları, keramika nümunələri sərgilənir.

   Həyata keçirilmiş bu layihə           Azərbaycanın tarixi keçmişinin qorunub s saxlanılması ilə yanaşı, ölkəmizin turizm mərkəzlərindən birinə çevrilməsinə də xidmət edir.
   2011-ci ildə Qala Muzey Kompleksinin ərazisində Qala İnformasiya Mərkəzi, Etno-Ekoloji Mərkəz, Əntiq Əşyalar Muzeyi yaradılmış və karvansara-restoran fəaliyyətə başlamışdır.
Qala İnformasiya Mərkəzi vasitəsilə turistlər, qonaqlar qoruq ərazisindəki muzeylər barədə ətraflı məlumat əldə edə, elektroavtobuslar və velosipedlər icarəyə götürə bilərlər.Heydər Əliyev Fondunun dəstəyi ilə 2010-cu ildə keçirilən Qala festivalında toxuculuq, dulusçuluq, dəmirçilik ənənələrini yaşadan sənətkarların əl işləri nümayiş etdirilmiş, uşaqlar üçün ustad dərsləri təşkil olunmuş, gənc nəslin nümayəndələrinə qədim məişət və etnoqrafik ənənələrimizlə yaxından tanış olmaq imkanı yaradılmışdı. Festivalın maraqla qarşılanması Etno-Ekoloji Mərkəzin yaradılması ideyasına təkan vermişdir.


Etno-Ekoloji Mərkəzdə uşaqların istirahəti, onların xalqımızın qədim tarixini, mədəniyyətini dərindən öyrənməsi, qədim el sənətlərinin müxtəlif növlərinə yiyələnməsi, müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Muzey Kompleksin ərazisində fəaliyyət göstərən karvansara-restoranın birinci mərtəbəsi kafe, ikinci mərtəbəsi isə restoran kimi fəaliyyət göstərir. Restoranın arxa bağçasındakı karvansarada 7-si açıq, 7-si isə qapalı olmaqla Şərq memarlıq üslubunda inşa edilmiş 14 kabinet yaradılmışdır.