Müəllimlik müqəddəs peşədir.
"Mən yer üzündə müəllim adından
yüksək bir ad tanımıram! Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli
insandır. Müəllim vəzifəsi ona görə şərəflidir ki, o, cəmiyyət üçün ən dəyərli,
bilikli, zəkalı, tərbiyəli, vətənpərvər vətəndaşlar hazırlayır.” Heydər Əliyev
“Məktəb,
maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam... Hesab edirəm ki, cəmiyyət
haradan olursa-olsun, nədən olursa-olsun kəsib təhsilə xərcləməyi, gənc nəslin
təhsilinə, müəllimə kömək etməlidir. Bu mənim prinsipial mövqeyimdir”.
“Hər bir müəllim bilməlidir ki, onun üzərinə
düşən vəzifə, onun dövlət üçün, millət üçün, Azərbaycan xalqı üçün gördüyü iş
bütün başqa sahələrdə fəaliyyət göstərən insanların hamısının işindən ən
gərəklisi ən lazımlısıdır."
“Müəllimlik
işi həm şərəfli, həm də çətin işdir. Ali məktəb müəllimi olmaq, müəllimlər
hazırlamaq, yəni müəllimlər müəllimi olmaq ikiqat şərəfli və eyni zamanda
ikiqat məsuliyyətli işdir”; “Mən dünyada müəllim adından yüksək, şərəfli bir ad
tanımıram”.
"Mən müəllimlərimi həmişə böyük hörmət və ehtiramla xatırlamışam. Bunu bu gün bir daha bildirmək istəyirəm. Arzu edərdim ki, müəllim elə müəllim olsun ki, bax, mənim hafizəmdə orta məktəbdən indiyədək yaşayan duyğular hər bir gəncin hafizəsində qalsın. Xatirimdədir, biz müəllimi görəndə həmişə özümüzü yığışdırırdıq. Müəllimdən həm qorxurduq, həm də ona hörmət edirdik. Biz müəllimin hər sözünü qanun kimi qəbul edirdik. Şəxsən mənim həyatımda müəllim ən ali sima olmuşdur. Mən tək deyiləm, hesab edirəm, Azərbaycan vətəndaşlarının əksəriyyəti mənim kimi belə düşünür. Hər kəs öz həyatında müəllimlə özünün əlaqəsi haqqında fikirlər söyləyə bilər. Ancaq mənim çoxillik həyatımda, dünyanın çox mərhələlərini keçib gəldiyim həyatımda ən çox yadımda qalan, mənim üçün əziz olan müəllimlərdir. Mən onları bu gün də böyük minnətdarlıqla xatırlayıram. Hesab edirəm ki, mənim öz daxili istedadımla yanaşı, müəllimlərimin mənə verdikləri bilik, tərbiyə, müəllimlərimin mənə göstərdiyi yol bütün həyatımı həmişə uğurlu edibdir və bu gün də uğurlu edir".
"Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq".

" Əziz və hörmətli
müəllimlər! Mən sizin hamınıza cansağlığı, səadət, gələcək işlərinizdə uğurlar
arzu edirəm. Sizi əmin edirəm ki, mən daim sizinlə olacağam. Siz mənim ən yaxın
dostlarımsınız və heç bir qüvvə məni sizdən, sizi də məndən ayıra bilməz!"
Heydər Əliyev
Комментариев нет:
Отправить комментарий