среда, 27 января 2021 г.

"20 Yanvar" faciəsinə həsr olunmuş anım dərsi

 https://bakimektebleri.edu.az/74/az/news/read/106055?fbclid=IwAR2hwjr-AxLNEPIBRLcBJpaqCJsa9b2LwabUquFgtx3O4DXFH-wV4Jk4mM4

https://bakimektebleri.edu.az/74/az/news/read/117306

74 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi İradə Məlikova rəhbəri olduğu  2 "ç" sinif şagirdləri  ilə birlikdə "20 Yanvar" faciəsinə həsr olunmuş anım dərsi təşkil etdi. Müstəqilliyə gedən yolda böyük bir çıraq olan yanvar şəhidləri bu tədbirdə yad olundu. Şagirdlər o gecənin hüznünü ifadə edən musiqi sədaları altında vətənimizin qanlı-qadalı tarixinin əks olunduğu şeirlər səsləndirdilər. Bu şeirdə anılan şəhidlərimiz də hörmətlə yad edildi. İradə Məlikova Azərbaycan xalqının tarixinə qanlı hərflərlə yazılmış bu tarixin acı həqiqətlərindən bəhs edərək şagirdləri məlumatlandırdı.


                                          

пятница, 15 января 2021 г.

SORUMLUYUZ WE ARE RESPONSIBLE

https://bakimektebleri.edu.az/74/az/news/read/116826

SOR U MLUYUZ BİZ MƏSULİYYƏT

              

        Məktəbimizin 3ç sinif müəllimi İradə Məlikova 17 nəfər müəllim, 67 nəfər tələbə qatıldığı "SORUMLUYUZ" (Cavabdehik) eTwinning layihəsində öz şagirdləri ilə iştirak edir. Layihənin yaradıcıları Türkiyədən Ebru NADİR və  Havva ELMAS KAŞKA.

       Layihənin əsas məqsədi   kiçik yaşlarından şagirdlərə təbiət sevgisi qazandırmaq və təbiət, ətraf mühit haqqında bilgiləri inkişaf etdirmək, təbiət hörmətini və  sevgilərini artırmaq, məsuliyyət hisslərini inkişaf etdirmək, Gələcək nəsillərə daha bir dünya Yaşıl buraxmaq üçün könüllü olmaq.

Layihə iştirakçı tələbələrimizi fərqli ölkələrdən olan məktəbliləri tanımalarına yardımçı olur.

Koronavirus pandemiyası dövründə bu layihə üçün onlayn şəraitdə işləyir, müəllimlərin, məktəblilərin evdə qalaraq asudə vaxtlarının qorunmasını təmin edir.