воскресенье, 29 января 2017 г.


Mən çatdığım zirvələrdə yolların,
İlk cığırın aça-aça getmişəm.
Bu yolların boranı çox, qarı çox,
Bəzən olub, çovğunuyla üzbəüz də gəlmişəm....

Qorxutmayıb boran, çovğun, qar məni,
Amalımçün hər yürüşə çıxmışam.
Qısqanc gözlər tuşlanıbdı dalımca,
Tək allahdan imdad, kömək ummuşam.

Hər sətiri bir dünyadır ömrümün,
Bu sətirlər oxunmamış kitabdır.
Aylar keçir, illər ötür- həyatım
Bu günümçün zəhmətimə borcludur!...
                  İradə Məlikova








понедельник, 16 января 2017 г.

20 Yanvar faciəsi insanlığa qarşı törədilmiş ən qanlı terror aktlarından biridir.

Xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir.
 "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında"
Azərbaycan Respublikası Prezidentinin
5 yanvar 1994-cü il tarixli fərmanından
XX əsrin sonlarında dünyada baş verən ictimai-siyasi proseslər fonunda öz ağır günlərini yaşayan SSRİ rəhbərliyi hakimiyyətinin ömrünü uzatmaq üçün ən iyrənc addımlara belə əl atırdı. Həmin addımlardan biri də Bakıda reallaşdırılmışdı. Ancaq Moskva  rəhbərliyinin milli – azadlıq arzusu ilə yaşayan insanlara düşmənlik etmək  məqsədilə atdığı həmin addım – 1990-cı ilin 20 Yanvar hadisəsi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil oldu. Həmin gün ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi  respublikamızda  misli görünməmiş faciəyə gətirib çıxartdı.
1990-cı il yanvarın 20-də Azərbaycan paytaxtına və respublikanın bir sıra rayonlarına sovet ordusu hissələrinin yeridilməsi, dinc əhalinin qətliama məruz qalması totalitar rejimin törətdiyi ən qanlı aktlardan biri, bütün bəşəriyyətə qarşı yönəldilmiş cinayət idi. Bunun öz tarixi kökləri vardır. 1826-1828-ci illər Rusiya-İran müharibəsi zamanı Naxçıvan və İrəvan xanlıqlarının ərazilərinin  işğalından sonra bu ərazidə yüzlərlə kənd dağıdıldı, on minlərlə azərbaycanlı əhali məhv edildi. 1918-ci ildə qədim Azərbaycan torpaqlarında – İrəvan və onun ətrafında  9  min kvadratkilometr sahəsi olan torpaqlarda yaradılan və Qafqazda ilk erməni dövləti olan Ermənistan çox keçmədən, Azərbaycan torpaqları hesabına yenidən öz ərazilərini genişləndirmək iddiasına düşdü. Ermənistan dövləti müxtəlif dövrlərdə Moskvanın birbaşa köməyi ilə daha 20,8 min kvadratkilometr  Azərbaycan torpağını ələ  keçirərək ərazisini 29,743 min kvadratkilometrə çatdırdı. Bu gün isə Azərbaycan Respublikasının 20 faizdən çox hissəsi erməni işğalındadır. 
İki əsrdən çoxdur ki, azərbaycanlılar ərazi işğallarına məruz qalır.  Düşünülmüş və planlı şəkildə həyata keçirilən bu məkrli siyasət, tarix boyu kütləvi deportasiya və soyqırımı ilə müşayiət olunmuşdur. Nəticədə yüz minlərlə azəri türkü öz qədim tarixi torpaqlarından sıxışdırılıb çıxarılmışdır. Ölkəmizə  qarşı qərəzli, ədalətsiz münasibətin əsasını uzaq hədəfli coğrafi-siyasi planlar təşkil edirdi. 20 Yanvar faciəsi XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycan xalqına qarşı törədilmiş cinayətkar əməllər silsiləsində yalnız bir səhifədir.
1970-80-ci illərdə tarix boyu həyata keçirilən etnik  təmizləmə siyasətinin son mərhələsi olaraq, İrəvan və Dağlıq Qarabağ ərazilərindən azərbaycanlıların çıxarılması üçün yeni imkanlar yaradıldı. 1978-ci ildə Qarabağa köçüb gəlmələrinin 150 illiyini qeyd edən ermənilər, 10 il sonra bu torpaqların qədim sakinləri olduqları barədə müxtəlif uydurma fikirlərlə bütün dünyaya səs salmağa başladılar. Ermənilər istər Ermənistanda, istərsə də Dağlıq Qarabağda yerli türk əhalisinin sıxışdırılıb çıxarılması üçün bütün vasitələrdən istifadə etməyə çalışırdılar.
Həmin dövr Ermənistanın rəhbərliyi tərəfindən millətçi ünsürlərin, o cümlədən Zori Balayan, S.Xanzadyan, S.Kaputikyan, V.Hambartsumyan və digər daşnakçıların fəaliyyətinə hər cür şərait yaradılırdı. Ermənistanın kütləvi informasiya vasitələri və dövrü mətbuatı bütünlüklə millətçi ünsürlərin sərəncamına verilmişdi. Moskva rəhbərliyinin dəstəyi ilə aparılan gizli siyasi fəaliyyətin nəticəsi olaraq, 1988-ci il fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin növbədənkənar sessiyası vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın inzibati-ərazi bölgüsünə daxil edilməsi haqqında qərar qəbul etdi. Bu qərarın qəbul edilməsi ilə də Ermənistanda yaşayan azərbaycanlıların faciəsi başlandı. Minlərlə azərbaycanlı öz doğma, tarixi torpağını tərk etmək məcburiyyətində qaldı. Onların öz torpaqlarından çıxarılması üçün insanlığa yaraşmayan ən ağır cinayət vasitələrindən istifadə edilir, onları sürgünə vadar edirdilər. Yurd-yuvasından didərgin salınmış on minlərlə  qaçqının böyük əksəriyyəti Bakı və Sumqayıt şəhərlərində, müəyyən sayda əhali Azərbaycanın müxtəlif rayonlarında məskunlaşmaq məcburiyyətində qaldı. Bir qədər sonra isə Dağlıq Qarabağ ərazisindən azərbaycanlıların çıxarılması prosesi mövcud ağır vəziyyəti, əhalinin hiddətini daha da artırdı.
Tarixi torpaqlarından, doğma vətənindən didərgin düşmüş insanlar öz ərazilərinə sahib çıxmaq və Dağlıq Qarabağın geri qaytarılması uğrunda mübarizəyə qalxdılar. Bu, kütləvi xalq hərəkatı idi. Bu, həqiqətən də böyük milli-azadlıq mücadiləsi, istiqlal mübarizəsi idi. Onun şüarlarını, ideya əsasını xalqın tapdanmış konstitusion hüquqlarının bərpa olunması, Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanması tələbləri təşkil edirdi. Xalq ən gərgin məqamda öz milli müqqəddaratını özünün həll etməyə hazır olduğunu hiss edirdi.
Baş verən hadisələrdən sonra SSRİ rəhbərliyi öz ərazi bütövlüyünün müdafiəsinə qalxmış və ədalətsiz milli siyasətlə razılaşmadığını bəyan edən xalqı susdurmaq, onun azadlıq ruhunu boğmaq, eyni zamanda, sovet hökmranlığının gücünü nümayiş etdirmək məqsədilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna sovet ordu hissələrini yeritdi və bununla da xalqa açıqca divan tutmaq yolunu seçdi. Sovet ordusunun iri kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşun hissələrinin Bakını zəbt etməsi xüsusi amansızlıq və görünməmiş vəhşiliklə müşayiət olunurdu. Bakı qətliamı əsl hərbi təcavüz idi.
Totalitar kommunist rejiminin XX əsrdə həyata keçirdiyi ən qanlı terror aktlarından biri olan bu təcavüz Azərbaycan xalqına, bəşəriyyətə və humanizmə qarşı dəhşətli cinayət idi. Dinc əhaliyə qarşı yönəldilmiş və tarixdə misli görünməmiş bu qırğın öz müstəqilliyi, suverenliyi uğrunda mübarizəyə qalxmış, tarixi torpağı olan Dağlıq Qarabağın zorla əlindən qoparılıb alınmasına dinc yolla etiraz edən silahsız əhaliyə qarşı yönəldilmişdi. Bu, tarixdə misli görünməmiş bəşəri cinayət idi. Dövlət – Sovet ittifaqı öz vətəndaşlarını – silahsız mülki əhalini – uşaqları, qadınları, qocaları silahdan keçirir, əhaliyə qəddarcasına divan tuturdu. Azərbaycanın paytaxtında və rayonlarda qan su yerinə axıdılırdı. Azərbaycan xalqını ağır faciəyə məhkum etmiş 20 Yanvar faciəsi həmin dövrdə bütün dünyada əks-səda doğurmuş, mütərəqqi qüvvələrin qəzəb və hiddətinə səbəb olmuşdu. Bir çox ölkələrin radiostansiyaları mütəmadi olaraq yanvar faciəsi haqqında məlumatlar verirdi.
1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciənin ertəsi günü Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdi. Ümummilli liderimiz  SSRİ rəhbərliyinin ikiüzlü siyasəti nəticəsində Dağlıq Qarabağda yaranan kəskin münaqişə vəziyyətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdi.  Bu addım Azərbaycan xalqının milli düşüncəsinin, haqq səsinin ən bariz nümunəsi idi.
20 Yanvar faciəsi tarixi yaddaşımıza faciə dolu gün kimi, lakin bununla bərabər, həm də Azərbaycan xalqının tarixində fədakarlıq və qəhrəmanlıq zirvəsi kimi daxil oldu. Azərbaycan xalqı yüz illiyin sonunda əvəzedilməz qurbanlar verməsinə baxmayaraq, iradə və cəsurluq, milli ruhun sarsılmazlığını və mətinliyini nümayiş etdirdi. Azərbaycan bütün dünyaya sübut etdi ki, haqq-ədalətin bərqərar olması və öz milli kimliyini qorumaq naminə hər cür qurbanlar verməyə qadirdir. 20 Yanvar tarixi hadisəsi ilə xalqımız mənən daha da ucaldı və öz qəhrəmanlıq tarixinə yeni şanlı səhifələr yazdı.
2003-cü ilin payızından sonra Heydər Əliyev siyasi kursunu böyük uğur və yaradıcılıqla davam etdirən Prezident İlham Əliyevin 20 Yanvar şəhidlərinin xatirəsinə göstərdiyi ehtiram bir vətənpərvərlik nümunəsi kimi qəbul edilir. Həmin şəhidlərin ailə üzvlərinin və faciə zamanı  əlil olmuş soydaşlarımızın dövlət tərəfindən hərtərəfli qayğı və diqqətlə əhatə olunması isə siyasi kursumuzun humanistliyindən, liderin alicənablığından qaynaqlanır. Məhz şəhid ailəsinə, Vətən uğrunda mübarizədə əlil olmuş soydaşlarımıza göstərilən qayğının, diqqətin nəticəsidir ki, ötən il aprel ayının əvvəlində Azərbaycan əsgəri çoxsaylı himayədarları olan Ermənistan ordusuna sarsıdıcı zərbələr vurdu. İnanıram ki, həmin qələbəmiz 20 Yanvar şəhidlərinin ruhunu da şad etmişdir. Əminəm ki, şanlı Azərbaycan Ordusu xalqımıza belə sevinc hisslərini hələ çox yaşadacaqdır.

понедельник, 26 декабря 2016 г.

Agaxan Abdullayev-Neylerem

               
               


                                         Rafael Huseyn                        HƏMİŞƏ BİZİMLƏ

Qədim, gözəl Türkan torpağı dekabrın 26-da əziz bir övladını qoynuna alaraq daha da müqəddəsləşəcək.
Böyük sənətkarımız Ağaxan Abdullayev Azərbaycanı qarış-qarış gəzib-dolaşdı, dünyanın çox ölkələrinə səfərlərə çıxdı. 
Bütün gördüklərini görəndən sonra onun üçün şəhərlərin, kəndlərin, məskənlərin ən munisi Türkan imiş.
Həyatdakı son arzusu da məhz ata-baba yurduna, sevimli Türkana qovuşmaq oldu.
Əslində Ağaxan lap çoxdan məlahətli avazında əbədiləşmiş oxuları ilə bu xalqın varlığına, ruhuna qarışıb və indən belə yüzillər boyu Ağaxan bu millətdən, bu eldən ayrılmaz!
Abşeronda – muğam aşiqləri və bilicilərinin bu bol yerində Ağaxanı elə sənətə lap təzə gəldiyi çağlardan seviblər, xətrini də, sənətini də uca tutublar. Lakin Ağaxan bir Abşeronun istəklisi deyildi ki!
Onu Azərbaycanın dörd bucağında sevirdilər.
Xatırlayıram, 1991-ci ilin oktyabrında, Azərbaycanımız üçün çox əlamətdar və unudulmayacaq bir gündə, Dövlət Müstəqilliyimizin bərpa edilməsi haqqında Konstitusiya aktının qəbul edildiyi tarixi saatlarda Ağaxan mənim xahişim və dəvətimlə əmoğlumun toyunu aparmaq üçün Kürdəmirdə idi.
Camaat ona oxumağa imkan vermirdi. 
Hər zənguləsini, hər şirin boğazını, hər gəzişməsini kəsilməyən alqışlarla müşayiət edirdilər. 
Oxuduğu misraların sözləri bu heyran alqışların selində əriyib-itirdi. 
Mən Ağaxana lap yaxın yerdə oturmuşdum. Dinləyənlərin belə ifrat vəcdə gəlməsindən, xanəndəyə tam ürəyi istəyən kimi asudə oxumasına maneçilik törədiliyindən bir az narahat kimi oldum, elə bu ovqatla yerimdə qurcuxdum, sual dolu nəzərlə Ağaxan sarı baxdım. 
Arif adam idi, ustad xanəndə olduğu kimi məclisin damarını dərhal tutan meydan ustası, hal əhli idi və nigaranlığımı sezərək gülümsündü, gözü ilə “hər şey əladır” işarəsini verib məni toxtatdı. 
Tar-kaman rəngə keçəndə əyildi mənə sarı: “Hayıf deyil! Ölmürəm belə qulaq asanlardan ötrü! Onlar özləri coşduqca məni də coşdururlar.”
...Ağaxan Abdullayev nə oxuyubsa yaxşı oxuyub və həmişə yaxşı oxuyub. Amma şəxsən şahidi olduğum iki məclisdəki xüsusi şövqlə oxuması mənə bütün sənət yolu boyu oxuduqlarından daha üstün gəlib.
Bir Kürdəmirdəki həmin toyda, bir də 1989-cu ilin martında Filormoniya səhnəsində, Hacıbaba Hüseynovun 70 illiyi gecəsindəki oxuları.
Kim nə deyir desin, xanəndədən ötrü, əsl sənətkar üçün məclisin, ətrafındakıların, onu kimin dinləməsinin, hansı şəraitdə oxumasının müstəsna əhəmiyyəti var.
Çoxda ki səs həmin səsdir! Mühit, şərait, məqam o səsin də açılmayan qatlarını, başqa vaxtda zühur eləməyən lətafətlərini üzə çıxara bilir. 
Hacıbaba ustadın gecəsinə toplaşan və həmin axşam oxuyanların hamısı, başda Hacıbaba özü olmaqla nəhənglər idi. 
O axşam filormoniya səhnəsi elan edilməmiş bir yarış meydanına çevrilmişdi. 
Ağaxan o gecə, mənim nəzərimcə bütün səhnə yolunun zirvəsində idi. 
Elə oxudu ki, hamı valeh oldu. 
Hacıbaba müəllimlə yanaşı oturmuşduq. Ağaxan oxuduqca 2-3 dəfə mənə baxdı. Gözləri dolurdu, qəhərlənirdi. 
Elə Ağaxan özü də oxusundan çox məmnun idi. Bu məmnunluq çöhrəsində də görünürdü. Axı həmişə lap candan istəsən də, çalışsan da tam könlün uman alınmır axı. 
O günsə Ağaxan yerdə deyildi, buludların üstündə, duyğuların fövqündə idi!
İrəlicədən bütün iştirakçılarla şərtləşmişdik ki, bu yubiley axşamında hərə yalnız bir musiqi nömrəsi ifa edəcək. 
Ağaxan oxuyub qurtardı. Zal əl çəkmirdi. Filormoniya alqışlardan titrəyirdi. 
Və Ağaxan Abdullayev o axşam tək xanəndə, yeganə müğənni oldu ki (təbii, yubilyardan savayı) ikinci dəfə oxumağa vadar edildi. 
O gecə bir ayrı gecə idi!
...Çox ağırdır. Mənə son dərəcə əziz olan insanla bir daha həmsöhbət ola biləməyəcəyimə, bir daha onu görə bilməyəcəyimə inanmaq və bu acı həqiqətlə barışmaq çətindir.
Ağaxan Abdullayev XX yüzil Azərbaycan xanəndəlik məktəbinin ən parlaq ulduzlarının ənənələrini ləyaqətlə yaşadan bir mahir sənətkar idi. 
Şeiriyyata aşinalığı, səsinin ecazkarlığı, muğam yollarına dərindən bələdliyi, təmkini, sanbalı, xeyirxahlığı, nəcibliyi, oturuşunu-duruşunu, danışdığı sözün çəkisini bilməsi, bir məclis adamı üçün mühüm olan şuxluğu, duzu ilə o, bir bütöv idi və təkrarsız idi. 
O qədər də sinli olmamasına rəğmən ağsaqqal sayılan, canlı klassik kimi qavranılan şəxsiyyətli xanəndə idi.
Onun gedişi ilə muğam səltənimizdə yeri heç vəchlə doldurula, əvəzlənə bilməyəcək dərin bir boşluq yaranır.
Əlbəttə, yetirmələri var, dəst-xətti, yolu, mıəktəbi davam edəcək.
Lakin ikinci Ağaxan daha heç vaxt olmayacaq! 
...Əziz Ağaxan ustadla kədərli ayrılıq anı da yetişdi!
Neyləməli, ölüm Allahın əmri!
...Onun yeri həmişə görünəcək, amma onun səsi də həmişə, bütün gələcək illərdən eşidiləcək!
Əcəlin insana, onun vücuduna gücü çata bilir. 
Ancaq ölüm qələmin, sözün, ilahi avazın qarşısında acizdir!
Hünəri var Ağaxanın səsini də aparsın! 
Bacarmaz!
O səs daim bizimlədir!
25 dekabr, 2016uqca 2-3 dəfə mənə baxdı. Gözləri dolurdu, qəhərlənirdi.
Elə Ağaxan özü də oxusundan çox məmnun idi. Bu məmnunluq çöhrəsində də görünürdü. Axı həmişə lap candan istəsən də, çalışsan da tam könlün uman alınmır axı.
O günsə Ağaxan yerdə deyildi, buludların üstündə, duyğuların fövqündə idi!
İrəlicədən bütün iştirakçılarla şərtləşmişdik ki, bu yubiley axşamında hərə yalnız bir musiqi nömrəsi ifa edəcək.
Ağaxan oxuyub qurtardı. Zal əl çəkmirdi. Filormoniya alqışlardan titrəyirdi.
Və Ağaxan Abdullayev o axşam tək xanəndə, yeganə müğənni oldu ki (təbii, yubilyardan savayı) ikinci dəfə oxumağa vadar edildi.
O gecə bir ayrı gecə idi!
...Çox ağırdır. Mənə son dərəcə əziz olan insanla bir daha həmsöhbət ola biləməyəcəyimə, bir daha onu görə bilməyəcəyimə inanmaq və bu acı həqiqətlə barışmaq çətindir.
Ağaxan Abdullayev XX yüzil Azərbaycan xanəndəlik məktəbinin ən parlaq ulduzlarının ənənələrini ləyaqətlə yaşadan bir mahir sənətkar idi.
Şeiriyyata aşinalığı, səsinin ecazkarlığı, muğam yollarına dərindən bələdliyi, təmkini, sanbalı, xeyirxahlığı, nəcibliyi, oturuşunu-duruşunu, danışdığı sözün çəkisini bilməsi, bir məclis adamı üçün mühüm olan şuxluğu, duzu ilə o, bir bütöv idi və təkrarsız idi.
O qədər də sinli olmamasına rəğmən ağsaqqal sayılan, canlı klassik kimi qavranılan şəxsiyyətli xanəndə idi.
Onun gedişi ilə muğam səltənimizdə yeri heç vəchlə doldurula, əvəzlənə bilməyəcək dərin bir boşluq yaranır.
Əlbəttə, yetirmələri var, dəst-xətti, yolu, mıəktəbi davam edəcək.
Lakin ikinci Ağaxan daha heç vaxt olmayacaq!
...Əziz Ağaxan ustadla kədərli ayrılıq anı da yetişdi!
Neyləməli, ölüm Allahın əmri!
...Onun yeri həmişə görünəcək, amma onun səsi də həmişə, bütün gələcək illərdən eşidiləcək!
Əcəlin insana, onun vücuduna gücü çata bilir.
Ancaq ölüm qələmin, sözün, ilahi avazın qarşısında acizdir!
Hünəri var Ağaxanın səsini də aparsın!
Bacarmaz!
O səs daim bizimlədir!
25 dekabr, 2016

четверг, 22 декабря 2016 г.

UŞAĞIN TƏRBİYƏSİNDƏ 15 QIZIL QANUN
Uşağın tərbiyəsi hövsələ, sevgi, müəyyən güc tələb edən kifayət qədər mürəkkəb və uzunsürən prosessdir. Amma tərbiyə zamanı valideyinlər düzəlməz nəticələrə gətirən bir çox səhflərə yol verirlər. Gəlin tərbiyə prosessini düzgün təşkil etmək üçün uşaq psixoloqları tərəfindən tətbiq olunmuş əsas prinsiplərə nəzər yetirək.
1. Uşağı şərtsiz qəbul etmək lazımdır. Yəni onu gözəl, bacarıqlı, ağıllı, köməkçi olduğuna görə deyil, sadəcə Var Olcuğu üçün sevmək lazımdır.
2. Əgər uşaq Sizdən xahiş etmirsə, onun gördüyü işə qarışmayın. Bununla siz ona bildirmiş olursunuz ki, «Sən bacaracaqsan!».
3. Əgər uşaq çətinlik çəkirsə və Sizin köməyinizi qəbul etməyə hazırdırsa, ona mütləq yardım edin. Bu zaman yalnız onun bacarmadığını edin, digər işləri ona buraxın.
4. Bu gün Sizinlə birgə etdiklərini Uşaq sabah təkbaşına edəcək.

5. Tədricən üzərinizdən uşağınızın şəxsi işlərini götürüb, ona ötürün.
6. Uşağın şəxsiyyəti və bacarıqları yalnız onun sevdiyi və məşğul olduğu istiqamətdə inkişaf edir.
7.''Uşağı vurmaq olar'' deyə heç bir vəziyyət mövcud deyil.
8. Uşağı yalnız ayrı-ayrı hərəkətlərinə görə danlamaq olar. Onu hislərinə və istəklərinə görə muhakimə etmək olmaz!
9. Gün ərzində uşağınızı bir neçə dəfə qucaqlayın. 4 dəfə qucaqlaşmaq hər kəs üçün vacibdir.Yaxşı əhval üçün isə gün ərzində 8 dəfə qucaqlaşmaq lazımdır.Və yalnız uşaqlar üçün yox, böyüklər üçün də yaxşı olardı.
10. Uşaqla birgə bir neçə məşğuliyyət, ev işi və ya adət düşünün, hansı ki, sevinc zonası yaradacaq.
11. Ən yaxşı cəza – uşağı incitmək yox, onun istəyini yerinə yetirməməkdir.
12. Uşaqlara böyüklərə nisbətən daha çox hərəkət etmək, irəli getmək, yeniliklərlə tanış olmaq gərəkdir. Odur ki, onlara çox şeyi qadağan etmək, gur axan çayın qarşısını almaq istəyinə bənzəyir. Bu isə qeyri mümkündür. Daha yaxı olar ki, siz ona düzgün və təhlukəsiz halda mecraya düşməsi üçün yol göstərəsiniz.
13. Uşaqlara nizam-intizam və ədəb-ərkan nəinki lazımdı, hətta onlar bunu istəyir və gözləyirlər. Bu onların həyatını daha aydın və təhlükəsiz edir.
14. Sizin istiliyinizi duymaq üçün, uşağın təlabatlarını anlamaq lazımdır.
15.Uşağınızda nə isə dəyişmək istəyən zamanı düşünün: bəlkə bu dəyişiklikləri ilk növbədə özünüzdə gerçəkləşdirəsiniz?!