пятница, 17 мая 2019 г.

             "DÜNYA UŞAQLARIN GÖZÜ İLƏ" ADLI LAYİHƏ
Aprel ayının 11-dən məktəbimizdə "Dünya uşaqların gözü ilə" adlı layihəyə start verilmişdir. Layihəni həyata keçirən məktəbin psixoloqu Əliyeva İrina bildirir ki, bu layihə şagirdlərin daxili dünyasını, onların insani keyfiyyətlərini açır. Rəhbəri olduğum 1ç sinif şagirdləri də həvəslə bu layihədə iştirak etdilər.                

























среда, 8 мая 2019 г.

Şuşa şəhərinin işğalı

1992-ci il may ayının 8-nə keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının hərbi qulluqçularının və 40 zirehli texnikasının köməyi ilə Şuşa şəhərinə hücuma keçdilər. Uzun sürən artilleriya atəşindən və qeyri-bərabər qanlı döyüşlərdən sonra şəhər işğal olundu. Şuşa işğal nəticəsində ölüm sükutuna qərq olub. Bütün dünyanın, beynəlxalq təşkilatların işğalçı ölkə kimi tanıdığı Ermənistanın silahlı qüvvələri bu şəhərdə Azərbaycan xalqının izlərini silmək, onu unutdurmaq üçün ən ağlagəlməz cinayətlərə əl atmışlar. Qarabağ xanlığının paytaxtı olmuş Şuşa şəhərinin qiymətli tarixi abidələrini dağıdır, milli arxitekturasını silib, istədikləri kimi yenidən qurmağa cəhd edirlər.   Nadir tarix-memarlıq tikililəri, qədim abidələr, inanc yerləri, yaşayış binaları, hətta məzarlıqlar dağıdılmış, zəngin muzey və kitabxanaları muzeyləri talan edilmiş, bir vaxtlar təkrarolunmaz təbiətinə görə «Qafqazın cənnəti» adlandırılan yerlər xarabazara çevrilmişdir.
Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan 
vətəndaşı xüsusi aman-sızlıqla  qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə
valideynlərini itirmiş, 20 mindən artıq əhali isə doğma
yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüş dür. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.

Şuşa şəhərində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600 yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Cümə məscidini, Aşağı Gövhər Ağa məscidi, Xurşud Banu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbə- qədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ  dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər. Ermənilər   insanlığa sığışmayan   vəhşiliyə də əl atdılar: Üzeyir Hacıbəyov, Bülbül, Natəvan kimi tarixi şəxsiyyətlərin heykəllərini güllələdilər.

Şəhərin  tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, professional Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəylinin (300-dən çox əşya), vokal sənətimizin əsasını qoymuş böyük müğənni Bülbülün (400-dək əşya), görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilib. İşğal olunmuş ərazilərdə erməni işğalçılarının özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlan- ması  “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qo- runması haqqında” 1954-cü il Haaqa Konvensiyasına,  “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” YUNESKO-nun 1972-ci il konvensiyasına  ziddir.
Azərbaycan xalqının mədəniyyətinin, əsrarəngiz musiqisinin beşiyi sayılan, tarixi Azərbaycan torpaqlarının əbədi və ayrılmaz parçası, böyük alimlərin, bəstəkarların, şairlərin vətəni olan Qarabağın paytaxtı – Şuşa şəhəri artıq iyirmi ildir ki, təcavüzkar Ermənistan Respublikasının işğalı altındadır. Düz iyirmi ildir ki, yadlar tapdağı olan Şuşa ölüm sükutuna qərq olub. Bütün dünyanın, beynəlxalq təşkilatların işğalçı ölkə kimi tanıdığı Ermənistanın silahlı qüvvələri bu şəhərdə Azərbaycan xalqının izlərini silmək, onu unutdurmaq üçün ən ağlagəlməz cinayətlərə əl atmışlar. Qarabağ xanlığının paytaxtı olmuş Şuşa şəhərinin qiymətli tarixi abidələrini dağıdır, milli arxitekturasını silib, istədikləri kimi yenidən qurmağa cəhd edirlər.   Nadir tarix-memarlıq tikililəri, qədim abidələr, inanc yerləri, yaşayış binaları, hətta məzarlıqlar dağıdılmış, zəngin muzey və kitabxanaları muzeyləri talan edilmiş, bir vaxtlar təkrarolunmaz təbiətinə görə «Qafqazın cənnəti» adlandırılan yerlər xarabazara çevrilmişdir.

x

среда, 12 декабря 2018 г.

https://bakimektebleri.edu.az/74/az/news/read/70125?fbclid=IwAR0KgmojfDzbNmBzkme9wJD2OIzMgentmMkgGfivMs6nf-3OfQEKi2nDeJ8
                        ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN XATİRƏSİ

Dekabrın 12-də 74 nömrəli tam orta məktəbdə Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirildi. Tədbiri məktəbin ibtidai sinif müəllimi İradə Məlikova birincilərlə təşkil etmişdir. Tədbirdə məktəblilərə Heydər Əliyevin həyat yolu və dövlət quruculuğunda fəaliyyəti barədə məlumat verildi. Şagirdlər Ümummilli Liderin əziz xatirəsinə həsr olunmuş şeirlər söyləyiblər. Tədbirdə ümummilli lider Heydər Əliyevin keçdiyi nümunəvi həyat yolu, Azərbaycan Respublikasının qurucusu, müasir Azərbaycan tarixinin yaradıcısı kimi gördüyü işlər və onun siyasi fəaliyyətini özündə əks etdirən qısa videoçarxlar nümayiş etdirildi.








вторник, 11 декабря 2018 г.

Tarixə yazılan epoxa, tarixə çevrilən şəxsiyyət...

Tarixə yazılan epoxa, tarixə çevrilən şəxsiyyət...: Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider olan Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi.  Bir insan epoxaya və zamana təsir edə bilərmi? Tarixin gedişinə təsir etmək mümkündürmü? XX əsrin sonu–XXI əsrin əvvəlində Azərbaycanda baş verən hadisələr bu sualları müsbət cavablandırmaq imkanı verdi. Bəli, bu şəxsiyyət qeyri-adi olmalı, bənzərsiz xüsusiyyətləri özündə cəmləşdirməlidir. Bəşəriyyətin minilliklərə bərabər tarixində görkəmli siyasətçilər, ictimai xadimlər ölkəni və hətta sivilizasiyanı yeni inkişaf mərhələsinə apara biliblər.

воскресенье, 3 июня 2018 г.

                               



    S. Bəhlulzadə adına Xarici Dillər Təmayüllü  Gimnaziyanın  
                 4b sinfinin ibtidai siniflə buraxılış gecəsindən... 
    "Evdən bağçaya, ordan da məktəbə qədəm qoyub böyüyə-böyüyə arzularımızı çiçəklən- dirən balaca fidanlar bu  gün artıq 4-cü sinfi - ibtidai sinfi bitirib yeniyetməlik dövrünə qədəm qoyurlar. 4 il nə tez gəlib keçdi....Bu illər ərzində birlikdə oxuduq, öyrəndik, birlikdə çalışdıq. Sizin hərtərəfli şəxsiyyət kimi yetişməniz üçün  bilikli, qabiliyyətli, əməksevər olmanız üçün əlimdən gələni əsirgəmədim. Buna nə dərəcədə nail olduğumu yuxarı siniflərdəki nailiyyətləriniz göstərəcək. Hamınıza qarşıdakı təhsil pillələrində uğurlar arzulayıram. Harda oluramsa olum, Sizin xoş sədalarınızı eşidib hər zaman Sizlərlə fəxr edəcəyəm.Hər birinizi bir-bir bağrıma basıram. İnsanın bütün uğurları məktəb yollarından başlanır.Odur ki, bu yollarda Sizə həmişə mətin addımlarla irəliləməyi arzulayıram.Yolunuz açıq, zehniniz iti  olsun!.. 
                             Sizi çox sevən ilk müəlliminiz İradə Məlikova.