понедельник, 20 ноября 2017 г.

https://www.facebook.com/boyukagamikayilli72/posts/2006871752929365


     “Bir kərə yüksələn bayraq bir daha enməz.”
"Təhsil və zaman" qəzetində dərc olunan bu yazı Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın ibtidai sinif müəllimi İradə Məlikovanın şagirdləri ilə birgə təqdim etdiyi 9 Noyabr Dövlət Bayrağı Gününə həsr olunur...
Dörd il əvvəlin söhbətidir. Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın ibtidai sinif müəllimi İradə Məlikovanın birinci sinifdə aparacağı açıq dərsə dəvət olunmuşdum. Həmin dərs haqqında “Təhsil və zaman” qəzetində geniş məqalə yazdığım üçün bu haqda bircə onu deyəcəyəm ki, İradə Məlikovanın bir gün ərzində izlədiyim dərslərində diqqətimi çəkən ən mühüm məqam onun şagirdlərinin mənəvi tərbiyəsinə, onların şəxsiyyət kimi formalaşmasına, vətənpərvərlik hisslərinin yaranmasına böyük önəm verməsi idi. Bir müddət sonra isə İradə Məlikova ilə birlikdə Azərbaycan Təhsil Şurasının Ukraynanın Lvov şəhərində keçirdiyi və mənim koordinatoru olduğum “Beynəlxalq təcrübə mübadiləsi təlim keyfiyyətini yüksəldən vasitə kimi” mövzusunda beynəlxalq konfransda iştirak etdik. Azərbaycandan uzaqlarda təşkil olunan və Lvovun elm, təhsil ictimaiyyətinin marağına səbəb olan bu konfransın keçirildiyi günlərdə də İradə müəllim vətənsevər, peşəsini dərindən bilən təhsil işçisi kimi diqqətimi cəlb etdi. O, konfransdakı məruzəsində Azərbaycan təhsilinin inkişaf istiqamətlərini, Azərbaycanın Qarabağ kimi taleyüklü problemini qabartmaqla, böyük dinləyici auditoriyasının diqqətini cəlb edə bilmişdi. Bir neçə ay sonra isə İradə Məlikova yetirmələri ilə birlikdə işlədyi təhsil ocağında daha bir yaddaqalan tədbirin reallaşmasına nail oldu. O, ermənilərin Azərbaycanlılara qarşı törətdikləri Xocalı faciəsi haqqında ədəbi-bədii kompozisiya təqdim etdi. Bu tədbir məndə belə bir fikir formalaşdırdı ki, təcrübəli müəllim qarşısına qoyduğu vəzifəyə-ləyaqətli vətəndaş hazırlığı vəzifəsinə bütün ruhu ilə, qəlbi ilə çalışır. İradə Məlikova 2016-cı ildə daha böyük bir uğura imza atdı. O, ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə keçirilən “Ən yaxşı müəllim” Respublika müsabiqəsinin qaliblərindən oldu. Qeyd edim ki, İradə Məlikova 2009-cu ildə də bu müsabiqənin qaliblləri sırasında olub. Ümumiyyətlə, o, “Ən yaxşı müəllim” müsabiqəsinin iki dəfə qalibi seçilmiş az sayda müəllimlərdən biridir. 2015-ci ildə isə o, ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. Nəhayət, 2017-ci il noyabrın 7-də izlədiyim “Bir kərə yüksələn bayraq bir daha enməz” adlı ədəbi-bədii kompozisiya İradə Məlikova haqqında bir müəllim və şəxsiyyət kimi düşündüklərimin əsaslı olduğunu bir daha meydana qoydu.
Gimnaziyanın akt zalı Azərbaycanın üçrəngli bayrağının rənglərinə bələnmişdi. “Koroğlu” üvertürasının sədaları altında səhnəyə daxil olan 4b sinfinin şagirdləri ədəbi-bədii kompozisiya iştirakçılarını Azərbaycan, ingilis, rus, fransız dillərində salamladılar. Ədəbi-bədii kompozisiyanın maraqlı cəhətlərindən biri də ondan ibarət idi ki, o əvvəldən axıradək şagirdlər tərəfindən idarə olundu. Bu da belə bir qənaətə gəlməyə əsas verir ki, İradə Məlikova şagirdlərinə fikirlərini sərbəst ifadə etmək, geniş auditoriya qarşısında çıxış etmək, müzakirələrə qoşulmaq, öz mövqeyini müdafiə etmək, maraqlı kompozisiyalar təşkil etmək bacarıqlarını aşılaya bilib. Onlar 9 noyabr tarixini bayrağımızın ad günü adlandırıb onun keçib gəldiyi yolu şeirlərlə, mahnılarla, səhnəciklərlə ifadə etdilər. Qeyd etdilər ki, Bayraq Günü xalqımızın taleyində çox önəmli yer tutur. Çünki bu bayram dövlətimizin əsas atributlarından birini xarakterizə edir. Xalqımızın həyatında önəmli rol oynayan bir varlığın mövcudluğunu göstərir. Şagirdlərin bir-birinin ardınca səsləndirdikləri şeirlər, ifa etdikləri mahnılar onların böyük bayraq sevgisindən, ürəklərindəki vətən məhəbbətindən soraq verirdi. Diqqəti həm də bir məqam cəlb edirdi: Azərbaycanın tarxi, torpaqlarımızın zaman-zaman işğala məruz qalması, yağı düşmənə qarşı apardığımız qanlı mübarizələr şagirdlər tərəfindən səsləndirilir, gözlərdə, baxışlarda mübariz ruh, qələbə qazanmaq əzmi oxunurdu. Onlar Mikayıl Müşfiq, Əhməd Cavad, Hüseyn Cavid, Bəxtiyar Vahabzadə kimi görkəmli Azərbaycan şairlərinin şeir qabadlarında, Əli bəy Hüseynzadənin, Məmmədəmin Rəsulzadənin ideyası işəğında tarixin ənginliklərinə səyahət edir, bayrağımızın, millətimizin keçmişindən, tarixin sirli səhifələrindən soraq verir, bugünümüzə gəlir, ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın tarixində ilk dəfə dalğalamdırdığı bayrağımızın müstəqilliyimizin əbədiliyinə, dönməzliyinə, sarsılmazlığına simvol olduğunu vurğulayırdılar.
Bayrağımızın tarixindən bəhs edərkən deyirdilər: Xalq Cümhuriyyəti tərəfindən üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunanda, üzərindəki aypara və səkkizguşəli ulduzun mənaları açıqlanmayıb. Odur ki, Bayrağın üzərindəki aypara və səkkizguşəli ulduzun mənaları barədə müxtəlif fikirlər var. Bayrağın üzərindəki aypara türk xalqlarının simvoludur. Səkkizguşəli ulduzun mənasına gəlincə bu, “Azərbaycan” sözünün əski əlifbada yazılışı ilə bağlıdır. Tarixdə səkkizguşəli ulduzun mənası belə açıqlanır: türkçülük, islamçılıq, çağdaşlıq, dövlətçilik, demokratiklik, bərabərlik, azərbaycançılıq və mədəniyyətlilik. Azərbaycan bayrağında ulduz Azərbaycan memarlıq üslubunda geniş istifadə olunub və səkkiz guşə-səkkiz türk xalqının simvoludur. Azərbaycanın Dövlət bayrağı ilk dəfə 1918- ci il Noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökümətinin qərarı ilə qəbul edilib. Üçrəngli bayrağımız ikinci dəfə 1990-cu il noyabrın 17-də Naxçıvan Muxtar Respublkası Ali Məclisin Sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edilib.
2009-cu il noyabırın 17-də Prezident İlham Əliyev Azərbaycanda Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Ulu öndər bayrağımız haqqında deyib: "Azərbaycan bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir."
Şagirdlərin təqdim etdikləri səhnəciklər arasında diqqəti xüsusilə Dədə Qorqud obrazının ifasında səslənən fikirlər cəlb etdi. Onun torpağın qüdrəti, xalqın, millətin taleyi üçün əhəmiyyəti, vətənin hər qarışının onun igid oğul və qızları tərəfindən göz bəbəyi kimi qorunmalı olduğu haqqında fikirləri şagirdlərin marağı ilə qarşılandı. Diqqət çəkən məqam həm də o idi ki, səhnəciklərlə bərabər monitorda müvafiq filmlərdən fraqmentlər göstərilir, mahnılar səsləndirilirdi. Bu da öz növbəsində təqdim olunan səhnəcik və musiqilərin təsir gücünü artırırdı. Bayram tədbirinin sonunda marş sədaları altında Azərbaycan bayrağı səhnəyə gətirildi. Şagirdlər bayraq ətrafında toplaşıb ona öz segilərini vətənpərvər ruhlu şeir və mahnılarla ifadə etdilər. Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı olan Məmməd Əmin Rəsulzadənin
Sən bizimsən, bizimsən.... Durduqca bədəndə can.
Yaşa, yaşa çox yaşa , ey şanlı Azərbaycan!... Ulu öndər Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” kəlmələri bayrağımıza, vətənimizə sevgi ruhu aşılayan həmişəuca səs kimi düşüncələrdə əks-səda verdi.
Bayram tədbirində çıxış edənlər-Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Xəyalə xanım, Suraxanı Rayon İcra Hakimyyətinin ictimai-siyası və humanitar məsələlər şöbəsinin rəisi Barxudar Barxudarov, Respublika Veteranlar Təşkilatının hərbi vətənpərvərlik şöbəsinin rəisi polkovnik Adil Haqverdiyev, Respublika Veteranlar Təşkilatının üzvü İsmayıl İsmayılov, müharibə veteranı Seyfulla Baxışov, arxa cəbhə veteranı, qocaman təhsil işçisi Müseyib Bağırov, Suraxanı Rayon Veteranlar Şurasının sədri Eldar Rüstəmov, Suraxanı Rayon Uşaq Poliklinikasının şöbə müdiri Adilə Abdullayeva, Azərbaycan Təhsil Şurasının katibi, “Təhsil və zaman” qəzetinin redaktoru Böyükağa Mikayıllı, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müəllimi, “Ən yaxşı müəllim müsabiqəsi”nin qalibi Könül Təhməzova, eləcə də tədbirin təşkilatçısı İradə Məlikova Dövlətimizin atributu olan bayrağımızın tarixindən, onun keçib gəldiyi şərəfli yoldan, onun qürur mənbəyimiz olduğundan, eləcə də şagirdlərin ədəbi-bədii kompozisiyanı yüksək bədii-zövq, ədəbi-bədii kontekstdə təqdim etdiklərini dilə gətirdilər. Vurğuladılar ki, bu gün İradə Məlikova kimi müəllimlərin aşıladığı mənəvi, vətənpərvərlik ruhunda yetişən uşaqlar gələcəkdə vətənin layiqli müdafiəçiləri olacaqlar. Onlar torpaqlarımızı yağı düşməndən azad edəcək, üçrəngli bayrağımızı işğaldan azad edəcəkləri torpaqlarımıza sancacaqlar.
Tədbirin sonunda məktəbin direktoru Xəyalə xanıma və İradə Məlikovaya Respublika Veteranlar Təşkilatının Fəxri fərmanı təqdim olundu. İradə Məlikova da öz növbəsində şagirdlərini ədəbi-bədii kompozisiyanı yüksək səviyyədə təşki etdiklərinə görə diplomla mükafatlandırdı.
B.MİKAYILLI


среда, 8 ноября 2017 г.

пятница, 6 октября 2017 г.

                Müəllimlik müqəddəs peşədir.

  "Mən yer üzündə müəllim adından yüksək bir ad tanımıram! Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır. Müəllim vəzifəsi ona görə şərəflidir ki, o, cəmiyyət üçün ən dəyərli, bilikli, zəkalı, tərbiyəli,           vətənpərvər vətəndaşlar hazırlayır.”  Heydər Əliyev                
                                                 
“Məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam... Hesab edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun kəsib təhsilə xərcləməyi, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu mənim prinsipial mövqeyimdir”.                                                 
         “Hər bir müəllim bilməlidir ki, onun üzərinə düşən vəzifə, onun dövlət üçün, millət üçün, Azərbaycan xalqı üçün gördüyü iş bütün başqa sahələrdə fəaliyyət göstərən insanların hamısının işindən ən gərəklisi ən lazımlısıdır."                                                      
 “Müəllimlik işi həm şərəfli, həm də çətin işdir. Ali məktəb müəllimi olmaq, müəllimlər hazırlamaq, yəni müəllimlər müəllimi olmaq ikiqat şərəfli və eyni zamanda ikiqat məsuliyyətli işdir”; “Mən dünyada müəllim adından yüksək, şərəfli bir ad tanımıram”.                       
 
 "Mən müəllimlərimi həmişə böyük hörmət və ehtiramla xatırlamışam. Bunu bu gün bir daha bildirmək istəyirəm. Arzu edərdim ki, müəllim elə müəllim olsun ki, bax, mənim hafizəmdə orta məktəbdən indiyədək yaşayan duyğular hər bir gəncin hafizəsində qalsın. Xatirimdədir, biz müəllimi görəndə həmişə özümüzü yığışdırırdıq. Müəllimdən həm qorxurduq, həm də ona hörmət edirdik. Biz müəllimin hər sözünü qanun kimi qəbul edirdik. Şəxsən mənim həyatımda müəllim ən ali sima olmuşdur. Mən tək deyiləm, hesab edirəm, Azərbaycan vətəndaşlarının əksəriyyəti mənim kimi belə düşünür. Hər kəs öz həyatında müəllimlə özünün əlaqəsi haqqında fikirlər söyləyə bilər. Ancaq mənim çoxillik həyatımda, dünyanın çox mərhələlərini keçib gəldiyim həyatımda ən çox yadımda qalan, mənim üçün əziz olan müəllimlərdir. Mən onları bu gün də böyük minnətdarlıqla xatırlayıram. Hesab edirəm ki, mənim öz daxili istedadımla yanaşı, müəllimlərimin mənə verdikləri bilik, tərbiyə, müəllimlərimin mənə göstərdiyi yol bütün həyatımı həmişə uğurlu edibdir və bu gün də uğurlu edir".   
     "Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq".       
" Əziz və hörmətli müəllimlər! Mən sizin hamınıza cansağlığı, səadət, gələcək işlərinizdə uğurlar arzu edirəm. Sizi əmin edirəm ki, mən daim sizinlə olacağam. Siz mənim ən yaxın dostlarımsınız və heç bir qüvvə məni sizdən, sizi də məndən ayıra bilməz!"
                                                               Heydər Əliyev 

четверг, 21 сентября 2017 г.

21 sentyabr Beynəlxalq Sülh günüdür.

       
        21 sentyabr - beynəlxalq sülh günüdür.



21 sentyabr Beynəlxalq Sülh günüdür. BMT bu günü 1981-ci ildə təsis edib. İlk sülh günü 1981-ci ilin sentyabrında qeyd olunub. O vaxtdan Beynəlxalq Sülh günü sentyabr ayının hər 3-cü çərşənbə axşamı qeyd edilirdi. Lakin 2001-ci ildə Birləşmiş Krallıq tərəfindən təklif olunan qətnamə ilə 2002-ci ildə BMT Sülh günü üçün 21 sentyabr tarixini dəqiq tarix kimi müəyyənləşdirib və bu tarixi ümumdünya atəşkəs günü elan edib.
Beynəlxalq Sülh günü BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında yerləşən “Sülh Zəngi”nin çalınması ilə başlayır. Yaponiya Parlamentinin hədiyyəsi olan bu zəngin üzərində “Yaşasın Mütləq Dünya Sülhü” sözləri yazılıb. Elə 2007-ci ildə BMT-nin Baş katibi Pan Gi Mun həmin “Sülh Zəngi”ni çalaraq dünyanı bütün döyüş əməliyyatlarını, ədavəti 24 saat ərzində dayandırmağa və bir dəqiqəlik sükuta çağırmışdı. Baş katib “Sülh bizim missiyamızdır; gündəlik axtarışlarımızın mövzusudur” deyə builki müraciətində də dünya ictimaiyyətini sülhə nail olmaq üçün bütün səyləri birləşdir- məyə çağırır. Qeyd edək ki, silahların susmasına və qeyri-zorakılı- ğa həsr olunan Beynəlxalq Sülh gününün bu ilki mövzusu diqqəti daha çox aktual sülh və demokratiya məsələsinə cəlb edir.

Əbədi mövzu olan Sülh mövzusu bu gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb edir. Təəssüf ki, ən sülhsevər xalqlardan biri olan, dünyanın ən tolerant ölkəsinin vətəndaşları Ermənistanın ölkəmizə təcavüzü nəticəsində öz Vətənlərində didərginə dönüblər, uzun illər ərzində qurduqları ev-eşiklərindən, topladıqları sərvətlərindən məhrum olublar. Bu illərdə Azərbaycan həmişə münaqişənin sülh yolu ilə aradan qaldırılması istiqamətində mühüm addımlar atıb. Görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiy- yətə qayıdandan sonra hər şeydən ən əvvəl böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını aldı, 1994-cü ilin mayında atəşkəs haqqında müqavilə imzaladı, müharibəni dayandırdı, ölkədə sabitliyə nail oldu. Bu, həm də dövlətimizin sülh arzusunun ifadəsi idi....
Ermənistan isə hələ də BMT Təhlükəsizlik Şurasının münaqişənin tezliklə, sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında 1993-cü ildə qəbul etdiyi qətnamələrin heç birinə əməl etmir və atəşkəsin pozulması halları tez-tez qeydə alınır...
        Bu gün qüdrətli və güclü Orduya malik Azərbaycan və onun Prezidenti, Ali Baş Komandan İlham Əliyev də xalqın sülh arzusu- nu ifadə edərək, münaqişənin sülh yolu ilə, qan tökülmədən, beynəl xalq hüquq çərçivəsində həlli istiqamətində əməli işlər görür... Sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin, hər çür zorakılığın dayandırılması arzusu bütün tarix boyu bəşəriyyəti düşündürüb. Amma təəssüf ki, tarix boyu, bəlkə də, elə ən çox pozulan bu arzu, bu istək olub....