S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın ibtidai sinif müəllimi MƏLİKOVA İRADƏNİN METODİK BLOKU
воскресенье, 31 мая 2020 г.
среда, 20 мая 2020 г.
«Səhər yeməyinin uşaqlar üçün nə kimi əhəmiyyəti var?»
Məktəblərin açılması ilə əlaqədar uşaqların qida
alışqanlıqlarında dəyişikliklər yaşana bilir. Xüsusən, 3 ay yay tətilindən
sonra uşaqların gün rejiminin dəyişməsi ilə əlaqədar qidalanmalarında bir sıra
problemlər ortaya çıxır. Şagirdlərin fiziki və zehni inkişafını tamamlamaq və
müvəffəqiyyətli bir təhsil dövrü keçirmələri üçün bəslənmə rejimlərini yaratmaq
çox vacibdir. Mütəxəssislərin fikrinə görə, məktəb dövründə yaradılan qida
alışqanlığı gələcəkdə də düzgün qidalanma rejiminə təsir göstərir.
Düzgün,
sağlam və vaxtlı-vaxtında qidalanmaq uşaqların fiziki inkişafı ilə yanaşı,
zehni inkişafına da təsir göstərir. Xüsusilə valideynlər, səhər
yeməyinin yeyilməsinə diqqət etməlidirlər. Orqanizmin gün boyu ehtiyacı olduğu
enerji məhz səhər yeməyində toplanıb. Səhər yeməyinin əsasını – süd, pendir,
bal, çörək və yumurta təşkil edir. Lakin qeyd etmək lazımdır ki, qida
alışqanlığı yaradılan zaman valideynlər uşaqları heç nəyə məcbur etməməlidir.
Onların xoşladığı formada tostlar və kiçik pendirli sendviçlər hazırlaya bilərlər.
Pendir seçimini isə uşağa buraxmaq olar. Bütün ailəcə masa ətrafına toplaşıb səhər
yeməyi yemək uşaqlara həm dəstək olacaq, həm də səhər yeməyinin zəruriliyini
onlara aşılayacaq. Uşaqlarda vitamin ehtiyacını qarşılamaq üçün meyvə və səbzələrin
ən az 3 növündən istifadə edilməlidir. Biskvit, şokoladı isə fındıq, qoz, badam
və digər sağlıqlı çərəzlərlə əvəz etmək olar.
Pediatrların fikrincə, bəslənmə çantasına hansı qidalar daxil edilə bilər?
Bildiyimiz kimi, uşaqlarda müxtəlif fast foodlara:
çipsi, sorma konfetlər, şirin və qazlı sular, digər orqanizm üçün sağlam
olmayan qidalara xüsusi meyl olur. Nəticədə uşaqda maddələr mübadiləsi pozulur
və erkən yaşlarda kökəlməyə meyillilik yaranır. Valideynlər bu kimi halların
qarşısını almaq üçün
övladlarının bəslənmə çantalarını özləri yığmağa üstünlük verirlər. Bu zaman nələrə diqqət etmək lazımdır?
Aşağıda göstərilən nümunələrdə uşaqların bəslənmə
çantalarına günorta və ondan sonrakı vaxt üçün daxil olan qidalardan ibarət
menyu nümunələri verilmişdir.
"Özünəxidmət
bacarıqlarının formalaşdırılması"
Uşağın məktəbdəki uğurlu təhsili, şəxsiyyət kimi formalaşması, ictimai həyatda iştirak etməsi kiçik yaş dövründə qoyulmuş təməlindən əhəmiyyətli dərəcədə asılıdır. Uşağın mənəvi və estetik hisslərinin tərbiyəsində mədəni vərdişləri mənimsəməsinin, o cümlədən, özünəxidmət əməyinin formalaşmasının da böyük rolu var.
Uşağın məktəbdəki uğurlu təhsili, şəxsiyyət kimi formalaşması, ictimai həyatda iştirak etməsi kiçik yaş dövründə qoyulmuş təməlindən əhəmiyyətli dərəcədə asılıdır. Uşağın mənəvi və estetik hisslərinin tərbiyəsində mədəni vərdişləri mənimsəməsinin, o cümlədən, özünəxidmət əməyinin formalaşmasının da böyük rolu var.
Əziz balalar! "Özünəxidmət bacarıqlarının formalaşdırılması "layihəsi çərçivəsində
"Səhər yeməyini özüm hazırlayıram" adlı onlayn müsabiqə başa çatdı. layihədə həvəslə iştirak edən, gözəl səhər yeməyi hazırlayaraq hər kəsə xoş ovqat bəxş edən iştirakçılara "AFƏRİN!" Bu da əziz balalar, mükafatınız!... Uğurlarınız bol olsun!..
вторник, 12 мая 2020 г.
10 May Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü
Bu gün dünya pandemiya dövrü
yaşayır. Pandemiya ilə əlaqədar
karantində qalan 74
№ li tam orta məktəbin 2ç sinif şagirdləri bir gün də olsun dərsdən geri
qalmır, dərsləri
ilə yanaşı müxtəlif layihələrə
qoşulurlar. Bir sözlə, evdə qalsalar da, təhsildən, yaradıcı işlərdən qalmırlar.
10 May Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 97-ci
ildönümü münasibəti ilə uşaqlarla birgə hazırladığımız videoçarxı sizə təqdim edirik.
суббота, 9 мая 2020 г.
74 № li tam orta məktəbin 2ç sinfinin sürprizi...
Əziz balalar, hörmətli valideynlər!.. İftardan sonra gələn sürpriziniz həm gözlənilməz, həm də çox xoş oldu... Düzünü desəm, kövrəldim hətta... Hər birinizi ayrı ayrılıqda bağrıma basıram, çoooox sağ olun, var olun!... Mən də Sizi sevirəm... Biz birlikdə güclüyük!..
Подписаться на:
Сообщения (Atom)