четверг, 23 апреля 2020 г.

23 aprel  - Ümumdünya kitab və Beynəlxalq müəlliflik hüququ” günüdür.


23 aprel  - Ümumdünya kitab və Beynəlxalq müəlliflik hüququ”  günüdür.
Müasir dünyada uşaqların maraq dünyasına aid olan bir çox əlamətdar tarixi günlər qeyd edilir. Ümumdünya Kitab və Müəllif Hüquqları Günü - 1995-ci il aprelin 23-də Parisdə YUNESKO-nun Baş konfransı keçirilib. Həmin konfransda Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü, həmçinin Uşaq və yeniyetmə ədəbiyyatında dözümlülük ideallarının təbliğinə görə YUNESKO mükafatı təsis edilib. Bu əlamətdar günün aprelin 23-də qeyd olunmasının qərara alınması təsadüfi deyil. Belə ki, 1616-cı ilin bu günü Migel Servantes, Uilyam Şekspir, İnka Qorsilaso de la Veqa kimi görkəmli ədiblər dünyalarını dəyişmişlərTamamilə təbiidir ki, YUNESKO bu günü kitablara və müəlliflərə dəyər vermək, insanları, xüsusən gəncləri mütaliədən zövq almaq və bəşəriyyətin sosial mədəni tərəqqisinə öz əvəzedilməz töhfələrini  vermiş insanların əməyinə hörmət etməyə çağırmaq məqsədi ilə təsis etmişdir.




Həmin gün qəbul olunmuş qətnamədə bu günlə əlaqədar kitab sərgilərinin və yarmarkalarının keçirilməsi tövsiyə olunur. Hər il bu günlə bağlı tədbirlərin sayı, çeşidi və eyni zamanda təşəbbüslərin sayı artır. Bunların arasında ən populyar olanları – kitab yarmarkaları və sərgiləri, dünya klassiklərinin əsərlərinin ictimai oxusu və müxtəlif mədəniəyləncəli tədbirlərdir. Bu bayramla əlaqədar daha bir ənənə də mövcuddur. 2001-ci ildən başlayaraq hər ilin bu günü dünyanın kitab paytaxtı adını alan şəhər seçilir (1 il müddətinə). 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü Azərbaycanda 1997-ci ildən başlayaraq ənənəvi şəkildə qeyd edilir.
Öncə sərgilərin təşkil olunması ən vacib tədbirdir. Sərgilər aşağıdakı başlıqlar altında qurula bilər:
                 “Yaxşı kitab yaxşı ünsiyyət deməkdir”,
                 “Mütaliə sənəti – başqasının köməyi ilə düşünmək sənətidir”,
                 “Kitab – insan ağlının ən böyük kəşfidir” və s.
Dahi şəxsiyyətlərin kitab haqqında dedikləri mənalı fikirlərdən, aforizm-
lərdən istifadə etmək olar.
«Kitab – bütün biliklərin alfa və omeqası, bütün elmlərin başlanğıcıdır».
                                                           S.Sveyq, Avstriya yazıçısı
«Yaxşı kitabları birinci dəfə oxuyarkən, yeni dost qazandığımız zaman
keçirdiyimiz hissləri keçiririk. Artıq oxunmuş kitabı ikinci dəfə oxumaq – köhnə dostu yenidən görmək kimidir»
                                                           Volter, fransız şairi, filosof
« Kitablar arasında, insanlar arasında olduğu kimi, yaxşı və pis mühitə düşə
bilərsən».
                                                           K.Helvetsi, fransız filosofu
«Kitabı yaradan müəllif, onun taleyini yaradan isə cəmiyyətdir».
                                                           V.Hüqo, fransız yazıçısı  
 «Yaxşı kitabxana – nəhəng sərvətdir».

                                                           V.Belinski, ədəbi tənqidçi

22 Aprel – “Beynəlxalq Yer Kürəsi Günüdür. (1970)


   22 Aprel – “Beynəlxalq Yer Kürəsi Günüdür. (1970)
 Beynəlxalq Yer Kürəsi günü və ya "Ağac Günü"nün keçirilmə ənənələri XIX əsrin ikinci yarısına təsadüf edir. Belə ki, o dövrdə Amerika Birləşmiş Ştatlarının Nebraska ştatının sakini Corc Morton yaşıllaşdırma gününün keçirilməsini təklif edib və 1882-ci il 22 aprel tarixi Nebraska ştatında “Ağac günü” elan olunaraq bayram günü kimi qeyd edilməyə başlanıb. 1970-ci ildən isə ABŞ-da ekoloji fəallardan olan senator Geylord Nelsonun təklifinə əsasən ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək «Yer kürəsi günü» adlandırılıb. 



2009-cu ildə isə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul olunmuş qətnaməyə əsasən, beynəlxalq "Yer Kürəsi Günü" hər il 22 aprel tarixində qeyd olunur. Bu bayram beynəlxalq xarakter alıb, hazırki dövrdə 150-yə yaxın ölkədə, o cümlədən Azərbaycanda qeyd olunur. “Beynəlxalq Yer Kürəsi günü” ərəfəsində insanlar müxtəlif ekoloji tədbirlərdə iştirak etməklə ağaclar əkir, yaşıllıqlara qulluq edir, yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləyir. Ekoloqlar ətraf mühitin sağlamlaşdırılmasına yönələn kütləvi aksiyalar keçirməklə əhalini ətraf mühitin mühafizəsi sahəsində daha fəal olmağa çağırır.


 

Hazırcavab. Məlikova İradə

четверг, 16 апреля 2020 г.

суббота, 11 апреля 2020 г.

Həyat bilgisi

Musiqi alətlərini tanıyırsanmı?

Musiqi alətləri xalqın tarixi, mədəniyyət və mənəviyyat abidəsidir.Sən milli musiqi alətlərimizi tanıyırsanmı? Elə isə gəlin, başlayaq!..
https://learningapps.org/display?v=pwvnvmty301
                 Azərbaycan milli musiqi alətləri
Xalqımızın milli sərvəti sayılan çalğı alətləri zənginliyi və müxtəlif növlüyü ilə seçilir. Onların əksəriyyəti qədim dövrlərdə yaranmış, təkmilləşərək dövrümüzə gəlib çatmışdır. 6 min yaşı olan Qobustan qaya rəsmlərinin yaxınlığında yerləşən “qaval çalan daş”dan əcdadlarımız zərb aləti kimi istifadə etmişlər. Azərbaycanlıların yaşadığı ərazilərdə arxeoloji qazıntılar zamanı aşkar olunan əşyaların üzərində müxtəlif çalğı alətləri həkk edilməsi, onların qədim tarixə malik olduğunu görsədir. Çalğı alətləri quruluşuna görə simli, nəfəs, zərb, özüsəslənən alətlər olmaqla qruplara bölünür. Bu təsnifata görə Azərbaycanda yayılmış alətlərin 32-sini simli (onlardan 26-sı mizrabla, 4-ü kamanla, 2-si çubuqla çalınır), 23-ünü nəfəs, 16-sını zərb, 17-sini isə özüsəslənən alətlər qrupuna aid etmək olar.
Yaranma tarixinə görə Azərbaycan çalğı alətləri 4 yerə bölünür:

1. Qədimdə yaranan və çağdaş dövrümüzə qədər gəlib çıxan alətlər: tar, kamança, tulum, tütək, saz, balaban, zurna, nağara, dəf və s.

2. Qədimdə yaranıb unudulmuş, sonradan bərpa edilmiş alətlər: bərbət, rud, çəng, kos, qaşığek, çanaq və s.

3. Şərti olarag «çağdaş» adlandırılan alətlər: Qoşqar rübabı, dütar, setar, tənbur, davul, dairə, kərənay, musiqar və s. Bu qrupa aid edilən alətlər vaxtı ilə Azərbaycanda geniş istifadə edilsə də, sonralar müəyyən səbəblərdən tənəzzülə uğrayıb, sıradan çıxıblar. Lakin başqa ərazilərdə, dünyanın müxtəlif xalqları tərəfindən belə alətlər inkişaf etdirilmiş, müasir dövrə qədər gəlib çıxmışdır. "Müasir" alətləri əldə etmək o qədər də çətin deyil. Yalnız kiçicik dəyişikliklərlə bu alətləri vaxtı ilə Azərbaycan ərazisində istifadə edilmiş formada hazırlamaq mümkündür.


4. Çağdaşlarımız tərəfindən icad edilən alətlər: sinəud, zülfar, dilrüba, əsa nej, neyvari və s. 
Qopuz.  Ən qədim simli çalğı alətlərindən biridir. Vaxtilə Azərbaycan ozanlarının ifaçılıq sənətində tətbiq və istifadə etdikləri əsas çalğı aləti olmuşdur. Onun yaranma tarixi eramızdan çox-çox əvvəllərə aid edilir. ABŞ arxeoloqlarının 1960-cı ildə Cənubi Azərbaycanın Şuşdağı ətəyində yerləşən Cığamış qədim insan məskənində apardıqları qazıntılar zamanı e.ə. VI minilliyə aid edilən nadir mədəniyyət nümunələri aşkar edilmişdir. Bu tapıntılardan ən maraqlısı sinəsində qopuz tutmuş ozan və bir neçə başqa musiqiçidən ibarət musiqi məclisinin təsvir edildiyi saxsı qabdır. Qopuz türk xalqlarının yaşadıqları geniş coğrafi ərazilərdə məlum olmuşdur. Qopuzun iki növü daha geniş istifadə olunmuşdur. 1. "Qıl qopuz" və ya "ikilıq" kimi tanınan və kamanla ifa edilən ikisimli qopuz növü Orta Asiya xalqları arasında, xüsusilə Qazaxıstanda geniş yayılmış və hazırda istifadə edilməkdədir. 2. Müasir aşıq sazının sələfi sayılan üçsimli "qolça qopuz" Azərbaycan türklərinin istifadə etdikləri ən qədim simli musiqi alətidir.
"Kitabi Dədə Qorqud" dastanlarında xatırlanan qolça qopuz bir neçə adda təqdim olunur. Kitabda adları çəkilən "quruluca qopuz", "alça qopuz" ayrı-ayrı alətlərin deyil, eyni bir alətin müxtəlif cəhətlərini açıqlayır. 
Saz. Saz təzənə (mizrab) ilə çalınan simli çalğı alətidir. O, ulu ozan sənətinin davamçısı olan aşıq və saz-söz sənətinin ayrılmaz tərkib hissəsidir. Saz eyni zamanda türk dünyasının, türk mənəviyyatının rəmzlərindən biridir. "Saz" sözü farsca iki anlama gəlir: 1. düzən, makina, 2. çalğı, musiqi aləti. Orta Çağlarda "saz" sözünü ümumiyyətlə "musiqi aləti" mənasında istifadə edirdilər. Sözün bu anlamı indiyədək Türkiyə türkcəsində qalıb.
Ozan sənəti yüzilliklər və minilliklər boyu böyük təkamül yolu keçərək aşıq sənətinə çevrildiyi kimi, qopuz da ona oxşar təkamül yolu keçərək saz aləti şəklini almışdır. Saz artıq Şah İsmayıl Xətainin dövründə (XVI əsr) indiki şəklini almışdı. Azərbaycan sazı türkdilli xalqlar arasında yayılmış saz və ona oxşar alətlərdən çalğı texnikası, səsyayımı (akustikası) baxımından danılmaz üstünlükləri ilə seçilir. 

Tar.


Zurna. Bu musiqi alətlərinin ən azı 3 minillik tarixi vardır. Zurnanın "surnay" sözündən olub, sur "böyük ziyafət", nay "qarğı", "qamış" mənasını verdiyi güman edilir. Azərbaycan xalqının ruhunu, zövqünü oxşayan nəfəsli musiqi aləti sayılan zurnanın (sur) adına “Kitabi-Dədə-Qorqud” dastanlarında da rast gəlirik. Zurna haqqında Azərbaycan xalqının qəhrəmanlıq dastanı sayılan “Koroğlu”da da məlumat var. XII əsrin Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində də zurna-sur alətinin adı çəkilmişdir. Adətən heyva, armud, qoz və ərik ağaclarından hazırlanan zurnanın üstündə 7, altında isə bir deşiyi olur. 28 –30 sm uzunluğunda olan zurnanın baş tərəfi dar, qurtaracağının diametri isə nisbətən böyük olur. Zurnanın ucuna mil keçirilir. Milə sümükdən dairəvi tağalaq bərkidilir. Bəzən isə ustad zurnaçılar öz zurnalarının üzərini naxışla bəzəyirlər ki, daha da yaraşıqlı görünsün. 
Balaban.  Azərbaycanın qədim xalq musiqi alətidir. Xalq arasında balaban və ya "yastı balaban" adı ilə tanınır. Yumşaq və həzin səsə malik balabandan ansambl, orkestr və solo aləti kimi nəfəsli alətlər qrupunu, o cümlədən aşıqlar dəstəsini müşayiət etmək üçün istifadə edilir. "Balaban" sözünün mənası "bala" (kiçik) və "ban" (səs tembrinin xoruz banına bənzədilməsi) sözləri ilə bağlı olub, "kiçik ban" (ilk, erkən ban) deməkdir. Həzin kolorit yaradan səslər alətdə nəfəsin uzadılmasıyla əldə edilir. Balabanın xüsusiyyəti ondadır ki, arası kəsilmədən nəfəsi ağızdan buruna, burundan ağıza dövretmə ilə ötürərək bir notun üzərində uzun müddət çalmaq olur. Azyaşlı və təcrübəsi az olan şagirdlər tərəfindən bu texniki imkanlarla ifa çox çətindir lakin, bu müəyyən vaxtdan və təcrübə əldə etdikdən sonra mümkünləşir.
Tütəkdə, eləcə də Avropa nəfəsli alətlərin heç birində (klarnet, qaboy) dövretmə xüsusiyyəti yoxdur. Yalnız zurna və balabanda dövretmə var. Azərbaycanda xalq artisti, qaboy ifaçısı Kamil Cəlilov digər qaboyçalanlardan seçilir, yəni aləti ağızdan buruna və geriyə dövretmə ilə çalır.
Kamança. "Kaman" sözü farsca "yay, qövs" deməkdir, -ça isə kiçiltmə şəkilçisidir. Alət farslara türklərdən keçib. Sözün türkcə qarşılığı "qişek"dir. Bir və ikisimli kamançanın nə vaxtsa yaylı qopuzdan formalaşması güman edilir. Hazırda dördsimli kamançadan istifadə olunur. Kamançanın müxtəlif növləri başqa adlarla Şərq və Orta Asiya xalqları arasında yayılmışdır. Keçən əsrdə üçsimli, dördsimli və hətta beşsimli kamançanın mövcudluğu məlumdur.
XVI əsr Təbriz rəssamlıq məktəbinin nümayəndəsi Mir Seyid Əlinin "Musiqi məclisi" rəsm əsərində, eləcə də Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərində kamança təsvir edilmişdir. Kamança ifaçılığının Azərbaycanda yüksək inkişafı XIX əsrin ikinci yarısından başlayaraq xanəndəlik sənətinin inkişaf etməsi ilə bağlıdır. 

Vurma , bölmə bacarıqlarının yoxlanması

Azərbaycan dili .Dil qaydaları

Hərəkət bildirən sözləri tap.

https://learningapps.org/display?v=pc1z2ssrj17

Riyaziyyat 2-ci sinif  Vurmanı bilirsənmi?


 Gəlin birlikdə tapaq!..  Əgər cavabları düz tapsanız pazıllar düzgün yığılacaq və hamımızın ən çox sevdiyi görüntü alınacaq.