воскресенье, 3 июня 2018 г.

                               



    S. Bəhlulzadə adına Xarici Dillər Təmayüllü  Gimnaziyanın  
                 4b sinfinin ibtidai siniflə buraxılış gecəsindən... 
    "Evdən bağçaya, ordan da məktəbə qədəm qoyub böyüyə-böyüyə arzularımızı çiçəklən- dirən balaca fidanlar bu  gün artıq 4-cü sinfi - ibtidai sinfi bitirib yeniyetməlik dövrünə qədəm qoyurlar. 4 il nə tez gəlib keçdi....Bu illər ərzində birlikdə oxuduq, öyrəndik, birlikdə çalışdıq. Sizin hərtərəfli şəxsiyyət kimi yetişməniz üçün  bilikli, qabiliyyətli, əməksevər olmanız üçün əlimdən gələni əsirgəmədim. Buna nə dərəcədə nail olduğumu yuxarı siniflərdəki nailiyyətləriniz göstərəcək. Hamınıza qarşıdakı təhsil pillələrində uğurlar arzulayıram. Harda oluramsa olum, Sizin xoş sədalarınızı eşidib hər zaman Sizlərlə fəxr edəcəyəm.Hər birinizi bir-bir bağrıma basıram. İnsanın bütün uğurları məktəb yollarından başlanır.Odur ki, bu yollarda Sizə həmişə mətin addımlarla irəliləməyi arzulayıram.Yolunuz açıq, zehniniz iti  olsun!.. 
                             Sizi çox sevən ilk müəlliminiz İradə Məlikova.




















































Gimnaziyada buraxılış gecəsi keçirilib

Gimnaziyada buraxılış gecəsi keçirilib: Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyasının 4 b sinfi buraxılış gecəsi keçirib.