четверг, 31 мая 2018 г.

 Bu gün- 1iyun     Uşaqların         Beynəlxalq     Müdafiəsi   Günüdür.

"Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır."                
                      Ulu öndər Heydər ƏLİYEV

Cəmiyyətin gələcək inkişafının əsasını uşaqlar təşkil edir. Daim qayğıya, şəfqətə ehtiyac duyan uşaqların hüquqlarının qorunması, onların layiqli vətəndaş kimi formalaşdırılması hər bir dövlətin başlıca sosial məsuliyyətlərindəndir. Azərbaycanda uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr həyata keçirilir. Uşaqların Beynəlxalq Müdafiəsi Günü  1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb . Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu bayram Azərbaycanda da qeyd edilir.Bu bayramla yanaşı BMT -nin Baş Assambleyası tərəfindən 20 noyabr tarixində Ümumdünya Uşaqlar Günü də qeyd olunur. Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, “uşaq hüquqları haqqında” qanun və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib.Ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Bu sahədə əsas normativ sənəd 1998-ci il mayın 19-da qəbul edilmiş “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunudur. Ölkədə uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr də həyata keçirilməkdədir. Uşaqlara qayğı təkcə dövlətin üzərinə düşən vəzifə deyil. Hər bir şəxs uşaqların hərtərəfli böyüməsi üçün səy göstərməlidir. Çünki uşaqlar təkcə bir evin deyil, bütün el-obanın ən qiymətli, ən dəyərli sərvəti, hər bir xalqın gələcəyidir. Gələcəyi qorumaq isə hamımızın borcudur.  Cəmiyyətin ən kövrək, həssas təbəqəsi olan uşaqlara hər bir vətəndaşın diqqəti, qayğısı və sevgisi lazımdır.                                                                                          “Dünyanın hər yerində xoşbəxt olsun uşaqlar!”                                                    



воскресенье, 20 мая 2018 г.

Müasir insanların yaşam tərzi bu gün çox fərqlidir. Elə ilk baxışda insanı cəlb edən gənc toplum daha çox fərqlidir. Onlar 20 il əvvəl bizim gənc yaşlarımızda düşündüyümüzü düşünmürlər: söhbət təkcə təhsil və karyeradan getmir...Ümumilikdə, dünyagörüş, həyata nikbin baxış, içində olduqları gündəlik həyatda və cəmiyyətdə baş verən, inkişafa doğru aparan proseslərə verdikləri reaksiyalar, mütərəqqi fikirlər olduqca təqdirəlayiqdir. Bəzən düşünürəm ki, yerində olmayan belə istedadli gənclərin önə çəkilməsi , layiqli yeri ölkəmizin inkişafı üçün nə qədər zəruridir. Hələ keçən əsrdə böyük Azərbaycan şairi Məmmədhüseyn Şəhriyar yazırdı: - Bizdən irəlidi Avropalılar, Çünki, işi işbilənə tapşırır onlar..