21 sentyabr - beynəlxalq sülh günüdür.
21 sentyabr Beynəlxalq Sülh
günüdür. BMT bu günü 1981-ci ildə təsis edib. İlk sülh günü 1981-ci ilin
sentyabrında qeyd olunub. O vaxtdan Beynəlxalq Sülh günü sentyabr ayının hər
3-cü çərşənbə axşamı qeyd edilirdi. Lakin 2001-ci ildə Birləşmiş Krallıq tərəfindən
təklif olunan qətnamə ilə 2002-ci ildə BMT Sülh günü üçün 21 sentyabr tarixini
dəqiq tarix kimi müəyyənləşdirib və bu tarixi ümumdünya atəşkəs günü elan edib.
Beynəlxalq Sülh günü BMT-nin
Nyu-Yorkdakı Baş Qərargahında yerləşən “Sülh Zəngi”nin çalınması ilə başlayır.
Yaponiya Parlamentinin hədiyyəsi olan bu zəngin üzərində “Yaşasın Mütləq Dünya
Sülhü” sözləri yazılıb. Elə 2007-ci ildə BMT-nin Baş katibi Pan Gi Mun həmin
“Sülh Zəngi”ni çalaraq dünyanı bütün döyüş əməliyyatlarını, ədavəti 24 saat
ərzində dayandırmağa və bir dəqiqəlik sükuta çağırmışdı. Baş katib “Sülh bizim
missiyamızdır; gündəlik axtarışlarımızın mövzusudur” deyə builki müraciətində
də dünya ictimaiyyətini sülhə nail olmaq üçün bütün səyləri birləşdir- məyə
çağırır. Qeyd edək ki, silahların susmasına və qeyri-zorakılı- ğa həsr olunan
Beynəlxalq Sülh gününün bu ilki mövzusu diqqəti daha çox aktual sülh və
demokratiya məsələsinə cəlb edir.
Əbədi mövzu olan Sülh mövzusu bu
gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və
məcburi köçkünü olan Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb edir. Təəssüf ki,
ən sülhsevər xalqlardan biri olan, dünyanın ən tolerant ölkəsinin vətəndaşları
Ermənistanın ölkəmizə təcavüzü nəticəsində öz Vətənlərində didərginə dönüblər,
uzun illər ərzində qurduqları ev-eşiklərindən, topladıqları sərvətlərindən
məhrum olublar. Bu illərdə Azərbaycan həmişə münaqişənin sülh yolu ilə aradan
qaldırılması istiqamətində mühüm addımlar atıb. Görkəmli dövlət xadimi,
ümummilli lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiy- yətə qayıdandan
sonra hər şeydən ən əvvəl böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin
qarşısını aldı, 1994-cü ilin mayında atəşkəs haqqında müqavilə imzaladı,
müharibəni dayandırdı, ölkədə sabitliyə nail oldu. Bu, həm də dövlətimizin sülh
arzusunun ifadəsi idi....
Ermənistan isə hələ də BMT
Təhlükəsizlik Şurasının münaqişənin tezliklə, sülh yolu ilə həlli, işğal
olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma
yurdlarına qaytarılması haqqında 1993-cü ildə qəbul etdiyi qətnamələrin heç
birinə əməl etmir və atəşkəsin pozulması halları tez-tez qeydə alınır...
Bu gün qüdrətli və güclü Orduya
malik Azərbaycan və onun Prezidenti, Ali Baş Komandan İlham Əliyev də xalqın
sülh arzusu- nu ifadə edərək, münaqişənin sülh yolu ilə, qan tökülmədən,
beynəl xalq hüquq çərçivəsində həlli istiqamətində əməli işlər görür... Sülhün
qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin, hər çür
zorakılığın dayandırılması arzusu bütün tarix boyu bəşəriyyəti düşündürüb. Amma
təəssüf ki, tarix boyu, bəlkə də, elə ən çox pozulan bu arzu, bu istək olub....