«Səhər yeməyinin uşaqlar üçün nə kimi əhəmiyyəti var?»
Məktəblərin açılması ilə əlaqədar uşaqların qida
alışqanlıqlarında dəyişikliklər yaşana bilir. Xüsusən, 3 ay yay tətilindən
sonra uşaqların gün rejiminin dəyişməsi ilə əlaqədar qidalanmalarında bir sıra
problemlər ortaya çıxır. Şagirdlərin fiziki və zehni inkişafını tamamlamaq və
müvəffəqiyyətli bir təhsil dövrü keçirmələri üçün bəslənmə rejimlərini yaratmaq
çox vacibdir. Mütəxəssislərin fikrinə görə, məktəb dövründə yaradılan qida
alışqanlığı gələcəkdə də düzgün qidalanma rejiminə təsir göstərir.
Düzgün,
sağlam və vaxtlı-vaxtında qidalanmaq uşaqların fiziki inkişafı ilə yanaşı,
zehni inkişafına da təsir göstərir. Xüsusilə valideynlər, səhər
yeməyinin yeyilməsinə diqqət etməlidirlər. Orqanizmin gün boyu ehtiyacı olduğu
enerji məhz səhər yeməyində toplanıb. Səhər yeməyinin əsasını – süd, pendir,
bal, çörək və yumurta təşkil edir. Lakin qeyd etmək lazımdır ki, qida
alışqanlığı yaradılan zaman valideynlər uşaqları heç nəyə məcbur etməməlidir.
Onların xoşladığı formada tostlar və kiçik pendirli sendviçlər hazırlaya bilərlər.
Pendir seçimini isə uşağa buraxmaq olar. Bütün ailəcə masa ətrafına toplaşıb səhər
yeməyi yemək uşaqlara həm dəstək olacaq, həm də səhər yeməyinin zəruriliyini
onlara aşılayacaq. Uşaqlarda vitamin ehtiyacını qarşılamaq üçün meyvə və səbzələrin
ən az 3 növündən istifadə edilməlidir. Biskvit, şokoladı isə fındıq, qoz, badam
və digər sağlıqlı çərəzlərlə əvəz etmək olar.
Pediatrların fikrincə, bəslənmə çantasına hansı qidalar daxil edilə bilər?
Bildiyimiz kimi, uşaqlarda müxtəlif fast foodlara:
çipsi, sorma konfetlər, şirin və qazlı sular, digər orqanizm üçün sağlam
olmayan qidalara xüsusi meyl olur. Nəticədə uşaqda maddələr mübadiləsi pozulur
və erkən yaşlarda kökəlməyə meyillilik yaranır. Valideynlər bu kimi halların
qarşısını almaq üçün
övladlarının bəslənmə çantalarını özləri yığmağa üstünlük verirlər. Bu zaman nələrə diqqət etmək lazımdır?
Aşağıda göstərilən nümunələrdə uşaqların bəslənmə
çantalarına günorta və ondan sonrakı vaxt üçün daxil olan qidalardan ibarət
menyu nümunələri verilmişdir.
"Özünəxidmət
bacarıqlarının formalaşdırılması"
Uşağın məktəbdəki uğurlu təhsili, şəxsiyyət kimi formalaşması, ictimai həyatda iştirak etməsi kiçik yaş dövründə qoyulmuş təməlindən əhəmiyyətli dərəcədə asılıdır. Uşağın mənəvi və estetik hisslərinin tərbiyəsində mədəni vərdişləri mənimsəməsinin, o cümlədən, özünəxidmət əməyinin formalaşmasının da böyük rolu var.
Uşağın məktəbdəki uğurlu təhsili, şəxsiyyət kimi formalaşması, ictimai həyatda iştirak etməsi kiçik yaş dövründə qoyulmuş təməlindən əhəmiyyətli dərəcədə asılıdır. Uşağın mənəvi və estetik hisslərinin tərbiyəsində mədəni vərdişləri mənimsəməsinin, o cümlədən, özünəxidmət əməyinin formalaşmasının da böyük rolu var.
Əziz balalar! "Özünəxidmət bacarıqlarının formalaşdırılması "layihəsi çərçivəsində
"Səhər yeməyini özüm hazırlayıram" adlı onlayn müsabiqə başa çatdı. layihədə həvəslə iştirak edən, gözəl səhər yeməyi hazırlayaraq hər kəsə xoş ovqat bəxş edən iştirakçılara "AFƏRİN!" Bu da əziz balalar, mükafatınız!... Uğurlarınız bol olsun!..
Комментариев нет:
Отправить комментарий