Əsas səhifə

суббота, 30 января 2016 г.


       Multikulturalizm Azərbaycanda həyat  

                       tərzi kimi...
       “Dinindən, dilindən, irqindən asılı olmayaraq, Azərbaycanın bütün     vətəndaşları eyni hüquqlara malikdirlər və bu hüquqlar qorunmalıdır!”
                                                                                                                                     HEYDƏR ƏLİYEV


        Multikulturalizm müxtəlif mədəniyyətlərin birgə yaşaması, ahəngi və harmoniyasıdır. Dünyada nisbətən yeni termin olmasına baxmayaraq, əslində multikulturalizm, əsrlər boyu xalqımıza xas olan bir anlayış olub. Tarixin bütün dövrlərində Azərbaycan dini, milli və mədəni dəyərlərə, müxtəlif dinlərin, millətlərin, mədəniyyətlərin nümayəndələrinə münasibətinə görə, sözün əsl mənasında, tolerantlıq nümunəsi kimi tanınıb. Azərbaycan xalqı daim ən yüksək dini, mənəvi dəyərlərin daşıyıcısı olub, eyni zamanda, yanaşı yaşadığı xalqların mənəvi-mədəni dəyərlərinə hörmətlə yanaşıb.
Azərbaycan etnosunun tarixini nəzərdən keçirsək görərik ki, əhalinin 90%-ni təşkil edən azərbaycanlılardan başqa, bu etnosun təşəkkülündə əsrlərdən bəri müxtəlif azsaylı xalqlar, etnik və milli qruplar iştirak etmişlər. Azərbaycan əhalisinin əsas hissəsi azərbaycanlılardan və ölkənin müxtəlif guşələrində yığcam halda yaşayan 30 adda millət və etnik qruplardan ibarətdir. Azərbaycanın etnik xəritəsində xüsusi yeri olan ölkəmizin şimal bölgəsində yaşayan ləzgilər, tatlar, taleyini bu torpağa bağlayan ölkəmizin cənub bölgəsində yaşayan talışlar, etnik rəngarəngliyinə görə fərqlənən Zaqatala və Qax rayonlarında yaşayan avarlar, ingiloylar, axaklar, Azərbaycanın Qafqaz dilləri ailəsinin ləzgi qrupuna daxil olan saxurlar, Qəbələ rayonunda yaşayan udinlər, əsrlər boyu Azərbaycan xalqı ilə qardaşlıq və dostluq şəraitində yaşayan dağ yəhudiləri, XX yüzillikdə ağır məhrumiyyətlərlə qarşılaşan, bir neçə dəfə deportasiyaya məruz qalan vətən, yurd sevgisi ilə yaşayan Ahıska türkləri, Azərbaycanda yaşayan milli azlıqların nümayəndələrindən olan ruslar, ukraynalılar, polyaklar, almanlar, gürcülər, tatarlar, eləcə də taleyini əbədi olaraq yurdumuza bağlayan digər xalqlar bütövlükdə cəmiyyətimiz əsasını təşkil edir. Təsadüfi deyil ki, Qarabağ uğrunda döyüşlərdə azərbaycanlılarla yanaşı digər xalqların da övladları erməni işğalçılarına qarşı qəhrəmanlıqla döyüşmüşlər. Aydındır ki, onlar Azərbaycanı Vətən seçdikləri üçün onun uğrunda vuruşmuş, şəhid olmuşlar. Təbii ki, xalqımızın digər millətləri özündən ayırmaması, tolerantlığı, dözümlülüyü, onlara Azərbaycana həqiqi vətən məhəbbəti bəxş etmişdir.
Müasir Azərbaycanda qədim alban abidələri, müxtəlif xalqlara mənsub dini və tarixi abidələr, Xınalıq, Malakan, Lahıc, Buduq, Nij, Krasnaya Slaboda və s. kimi müxtəlif tarixi-coğrafi məkanlar dövlət səviyyəsində qorunmaqdadır. Azərbaycan Milli Elmlər Akademiyasında milli azlıqların dil, mədəniyyət, tarix və etnoqrafiyasını öyrənən şöbə, Mədəniyyət və Turizm Nazirliyi yanında Milli Azlıqların Əlaqələndirmə Şurası, etnik və milli azlıqların mədəniyyət mərkəzlərinin işini əlaqələndirən Respublika Şurası mövcuddur. Bu gün müxtəlif azsaylı xalqların folklor günləri təşkil edilir, onların tarixi, mədəniyyəti, folkloru, musiqisi, etnoqrafiyası və s. ilə bağlı elmi əsərlər, tədqiqat işləri ərsəyə gətirilir. Azərbaycan televiziya məkanında azsaylı xalqların həyat tərzini əks etdirən sənədli filmlər nümayiş etdirilir, həmçinin azsaylı xalqların cəmləşdiyi regionlarda regional televiziya kanalları yayımlanır. Bu isə öz növbəsində hazırkı gərgin beynəlxalq şəraitdə dünyaya sivilizasiyalararası dialoq sahəsində münasibətlərə nümunə olacaq bir faktlardır.
Azərbaycan xalqının digər din və mədəniyyətlərə dözümlü münasibət bəsləməsinin bir çox səbəbləri vardır. Bu yanaşma Azərbaycan xalqının təbiətindən, insanpərvərliyindən və xoş məramından irəli gəlir. Bu humanist ənənə bu gün də qorunub saxlanılır, respublikamızda sinaqoq və kilsələr məscidlərlə yanaşı fəaliyyət göstərir, insanlar dini ayinlərini sərbəst yerinə yetirirlər. Hətta Azərbaycan Respublikasının Konstitusiyasında bütün dini etiqadların qanun qarşısında bərabər olduğu təsbit olunmuşdur. Bu təkcə qanunlarda deyil, real həyatda da öz əksini tapır. Dövlət idarəetməsindən tutmuş milli azlıqlar Azərbaycan mətbuatında çıxış edə, hətta kütləvi informasiya vasitələri belə təsis edə bilirlər. Necə ki, edirlər. Bu gün Azərbaycanda sayından asılı olmayaraq bir çox milli azlıqlar həm yazılı, həm də internet portallara sahibdirlər.
Azərbaycanda çoxmədəniyyətlilik öz dəyərlər sistemimiz daxilində böyük sərvət kimi qəbul olunur. Lakin Qərbdə hazırda bunun əksi olan proseslər müşahidə olunur. Belə fikirlər səslənir ki, Qərb və islam mədəniyyətləri yanaşı yaşaya bilməz. İslam dini abidələrinə, müsəlman geyim və davranış normalarına Fransa, İsveçrə, Belçika və digər Avropa ölkələrində dözümsüzlük nümayiş etdirilir. Avropada müsəlmanların öz dinlərinə sadiq qalmaları, bununla yanaşı islamın bir din olaraq populyarlaşması, müsəlman əhalinin demoqrafik artım göstəriciləri Qərb cəmiyyətinin gələcəyi üçün əsas narahatedici məqam kimi qəbul olunur. Bunun nəticəsidir ki, Qərbdə islamı bir fobiya olaraq görürlər. Tarixi hadisələr göstərir ki, Qərbin dini tolerantlıq və multikultural dəyərləri yalnız öz dini dəyərlərinin digərlərinə qəbul etdirilməsi üzərində qurulmuşdur.
Azərbaycan bir çox millətlərin yanaşı yaşamasının unikal nümunəsi olaraq, müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı bir ölkə, Şərqlə Qərb, Qərblə islam dünyası arasında bir körpü olaraq mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük önəm verir.
Təsadüfi deyil ki, son illərdə ölkəmizdə dini tolerantlıq mövzusunda bir sıra beynəlxalq tədbirlər keçirilmişdir. Ölkə başçısının təşəbbüsü ilə Azərbaycan mədəniyyətlərarası dialoq üçün bir mərkəzə çevrilmişdir.
Müasir zamanda müxtəlif yerlərdə baş verən terror və müharibələr nəticəsində bəşəri dəyərlərin nümunələrinin məhv edilməsi təhlükəsinin yarandığı bir şəraitdə ölkəmiz dünyaya tamamilə yeni üfüqlər açmağa başlamış və Azərbaycanın təcrübəsinin öyrənilməsini bir model olaraq təklif etmişdir.
Uzun illər istila və terrordan əziyyət çəkmiş, ərazisinin iyirmi faizi təcavüzə məruz qalmış, müasir tarixində Xocalı və Daşaltı kimi faciələri yaşamış xalqımız bəşəri dəyərlərin qorunmasının vacibliyi öz siyasi kursu ilə isbatlanmışdır. Çünki tolerantlıq və çoxmədəniyyətliliyin inkişafına sədaqət Azərbaycanın siyasətinin təməl dəyərlərinə çevrilmişdir. Bununla da Azərbaycan özünün mulitkulturalizm modeli ilə çoxmədəniyyətlilik və dini tolerantlığın təbliğinin demokratik dəyərlərin tərkib hissəsi olduğu mesajını ətraf dünyaya verməkdədir. Məhz dinlər arasında əmin-amanlığın təmin edilməsi, çoxmədəniyyətliliyin inkişafı ölkədə demokratik dəyərlərin tərəqqisinə yol açan əsas amillərdəndir. Cənab İlham Əliyevin məşhur "Multikulturalizmə alternativ yoxdur!" şüarı müxtəlif mədəniyyətlərin bərabər imkanlara sahib olması ilə yanaşı, demokratik dəyərlərin inkişafının labüdlüyünü özündə birləşdirir.
Bütün sadalanan faktlar göstərir ki, Azərbaycanda çoxmədəniyyətlilik öz dəyərlər sistemimiz daxilində böyük sərvət kimi qəbul olunur.Baxmayaraq ki. dünyanın bir çox yerlərində insanların yaşayış yerinin müəyyən edilməsində onların dini mənsubiyyəti əsas meyar kimi götürülür. Bir çox ölkələrdə yəhudilər, xristianlar, müsəlmanlar və digər dinlərin nümayəndələri ayrı-ayrı məhəllələrdə yaşayırlar. Azərbaycanda isə müxtəlif dinə mənsub insanlar bir küçədə, bir həyətdə, hətta bir evdə sərbəst yaşayır və bir-birilərinin bayramlarında, dini ayinlərində bir ailə kimi yaxından iştirak edirlər.
Bu baxımdan Azərbaycanın təcrübəsi multikulturalizm ideyalarının təbliği üçün çox dəyərlidir. Çünki multikulturalizm Azərbaycan insanının həyat tərzidir.




понедельник, 25 января 2016 г.

MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI



1. Ümumi müddəalar
1.1. Müəllimlərin etik davranış qaydaları (bundan sonra - Qaydalar) təhsilin bütün səviyyələrində peşə fəaliyyəti zamanı təhsilverənlərin ümumi davranışını və təhsil prosesi iştirakcıları ilə qarşılıqlı munasibətlərini tənzimləyən normalar məcmusundan ibarətdir.
1.2. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa, digər qanunvericilik aktlarına və “Təhsil prosesi iştirakcılarının etik standartlar
modeli”nə uyğun hazırlanmışdır.

1.3. Bu Qaydalar müəllimlərin etik davranış prinsiplərini və onlara uyğun tələbləri, təhsil prosesi iştirakcılarının qarşılıqlı munasibətlərinin xüsusiyyətlərini müəyyən edir və onları tənzimləyir.
1.4. Bu Qaydalar bütün növ təhsil muəssisələrində calışan müəllimlərə şamil edilir.
1.5. Bu Qaydaların tətbiqində əsas məqsəd təhsil muəssisələrində sağlam işguzar durumun bərqərar olmasına, vətəndaşların təhsil muəssisəsinə və muəllimə etimadının artırılmasına, təhsil muəssisələrinin idarə olunmasında valideynlərin və cəmiyyətin daha yaxından iştirakının təmin edilməsinə, təhsil muəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasına, təhsil muəssisəsində korrupsiya hallarının və maraqların toqquşmasının
qarşısının alınmasına və müəllim nüfuzunun yüksəldilməsinə nail olmaqdan ibarətdir.

2. Etik davranış prinsipləri və onlara uyğun tələblər
Müəllim peşə fəaliyyətində aşağıdakı etik davranış prinsiplərini gözləməli və müvafiq tələblərə ciddi şəkildə əməl etməlidir.

Qanunun aliliyi – müəllim vəzifə funksiyalarının icrası zamanı Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar cıxdığı beynəlxalq müqavilələrin tələblərinə, insan huquqlarına və demokratik prinsiplərə əməl etməyə borcludur.

Vicdanlılıq – müəllim cəmiyyət və dövlətin maraqları naminə öz peşə fəaliyyətini keyfiyyətlə və səmərəli yerinə yetirməyə borcludur. Müəllim bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.

Peşəkarlıq və fərdi məsuliyyət – müəllim öz fəaliyyətini Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərcivəsində peşəkar səviyyədə yerinə yetirməyə borcludur və vəzifə funksiyalarının keyfiyyətlə yerinə yetirilməsinə görə məsuliyyət daşıyır. Müəllim peşəkar fəaliyyəti və şəxsi nümunəsi ilə təhsilalanların, valideynlərin, cəmiyyətin təhsil sisteminə, təhsil müəssisəsinə və təhsil işcilərinə inamını artırmalı və möhkəmləndirməlidir.

Loyallıq – müəllim onun peşə vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, cıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir.
Müəllim peşə fəaliyyəti zamanı müəllim adına və nüfuzuna, habelə təhsil müəssisəsinin işguzar nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir.

Mədəni davranış – müəllim təhsilalanlarla, rəhbərlik və həmkarları ilə davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır. Müəllim peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə cıxarmalıdır. Müəllim səmimi, calışqan, intizamlı, təşəbbuskar olmalı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, hər zaman səliqəli olmalıdır.

Qərəzsizlik – müəllim peşə vəzifəsini yerinə yetirərkən qərəzsiz olmalı, irqinə, milliyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, dinə münasibətinə, əqidəsinə, ictimai mənsubiyyətinə görə təhsilalanlara və təhsil prosesinin digər iştirakcılarına fərq qoymamalıdır. Müəllim özünün və ya maraqlı şəxslərin mənafelərinin vəzifə funksiyalarının icrası zamanı ona təsir etməsinə yol verməməli və buna şərait yaratmamalıdır. Müəllim öz peşə vəzifəsindən və səlahiyyətlərindən kənar məsələlərə müdaxilə etməməlidir. Müəllim peşə fəaliyyətini yerinə yetirərkən siyasi bitərəfliyə əməl etməyə borcludur.

Gender bərabərliyi – müəllim təhsil və tərbiyə prosesində kişi və qadın cinsindən olan təhsilalanların bərabərliyi prinsipinin gözlənilməsinə davamlı olaraq əməl etməlidir.

İctimai etimad – müəllim peşə nüfuzunu möhkəmləndirməyə, müəllim adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. Müəllim etik davranış qaydalarını pozduğu halda pozuntunu tez bir zamanda aradan qaldırmalı, ictimai etimadın bərpasına calışmalıdır. Müəllim işlədiyi təhsil müəssisəsinin fəaliyyəti barədə KİV nümayəndələrinin qanunla müəyyən edilmiş qaydada doğru məlumatlanmasına kömək göstərməlidir.

Konfidensiallıq - qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, müəllim peşə vəzifələrinin icrası ilə bağlı təhsilalanların, onların valideynlərinin, habelə həmkarlarının şəxsi həyatı barədə ona məlum olan məlumatların konfidensiallığını təmin etməlidir.

3. Müəllim şəxsiyyəti
3.1. Müəllimin peşə fəaliyyəti qanunvericiliklə müəyyən olunmuş vəzifələrinin yerinə yetirilməsi və huquqlarının təmin olunması ilə əlaqədar fəaliyyətdir.
3.2. Müəllim təhsil sahəsində dovlət siyasətinin həyata kecirilməsində iştirak edir, təhsil proqramlarının təhsilalanlar tərəfindən mənimsənilməsini təmin
edir.
3.3. Müəllim təhsilalanlarda fəal vətəndaş movqeyi formalaşdırır, onları vətənpərvərlik, azərbaycancılıq və dovlətcilik ruhunda tərbiyə edir, müstəqil həyata və əmək fəaliyyətinə hazırlayır.
3.4. Müəllim əlavə təhsil və ozunutəhsil yolu ilə ixtisasını, elmi-pedaqoji və peşəkarlıq səviyyəsini daim artırır, təhsilin nəticə və gostəriciləri uzrə araşdırma və təhlillər aparır, keyfiyyətin yuksəldilməsi və nailiyyətlərin əldə edilməsi üçün təkliflərlə cıxış edir.
3.5. Müəllim yenilikcidir, innovasiya və yeni tədris texnologiyalarını mənimsəyir və oz təcrubəsində tətbiq edir.
3.6. Müəllim ona həvalə edilmiş işin keyfiyyətinə və nəticələrinə gorə və hər bir təhsilalanın intellektual, emosional, mənəvi inkişafı ucun məsuliyyət daşıyır.
3.7. Müəllim gənc nəslə milli və bəşəri dəyərləri aşılamaqla təhsilalanların mədəni inikişafı prosesində birbaşa iştirak edir.
3.8. Müəllim təhsilalanlara keyfiyyətli təhsil verməklə peşəsinə olan ictimai etimad və horməti doğruldur.
3.9. Müəllim pedaqoji etika və əxlaq normalarına riayət edir, muəllim nufuzunu yüksək tutur, ziyalılıq numunəsi göstərir.
3.10. Müəllim şəxsi numunəsi ilə təhsilalanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, dovlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və umumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf muhitə hormət və qayğı hissi aşılayır.
3.11. Müəllim təhsilalanların şərəf və ləyaqətinə hormətlə yanaşır, əsassız mühakimələrə yol vermir, obyektivlik və qərəzsizlik numayiş etdirir.
3.12. Müəllim peşə fəaliyyəti dovrundə maraqların toqquşmasına yol vermir və vəzifə səlahiyyətlərindən şəxsi maraqları ucun istifadə etmir.
3.13. Müəllim bilərəkdən yalan, təhrif olunmuş, yaxud öz şəxsi marağı naminə həmkarının vəziyyətini pisləşdirən və ya yaxşılaşdıran məlumat verilməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
3.14. Müəllim təhsil muəssisəsinin əmlakından səliqəli və səmərəli istifadə edir, onu qoruyur. Müəllim təhsil muəssisəsinə məxsus əmlakdan (sinif otağı, tədris resursları, telefon, kompyuter, mebel və s.) şəxsi maraqları üçün istifadə etmir.
3.15. Müəllim icra və əmək intizamına riayət edir, iş vaxtında kənar işlərlə məşğul olmur, üzürsüz səbəbdən işdən yayınmır.
3.16. Müəllim şəxsi həyatında milli əxlaq, ictimai davranış normalarına riayət edir.

4. Münasibətlər
4.1. Təhsilalanlarla münasibət
4.1.1. Müəllim təhsilalanlarla münasibətdə qarşılıqlı hormətə əsaslanan ünsiyyət tərzi secməlidir.
4.1.2. Müəllim ozunə və təhsilalanlara qarşı tələbkar olmalı, bu tələbkarlıq əsaslı və musbət xarakter daşımalıdır.
4.1.3. Müəllim təmkinli davranmalı və hər bir vəziyyətdə özünü ələ almağı bacarmalıdır.
4.1.4. Müəllim təhsilalanlarda müsbət keyfiyyətlərin formalaşmasına və inkişafına təkan verəcək müasir təlim texnologiyalarından və strategiyalarından istifadə etməlidir.
4.1.5. Müəllim hər bir təhsilalanın sağlamlığını və rifahını duşunərək, onları zərərli vərdişlərdən cəkindirməlidir.
4.1.6. Müəllim təhsilalanların fəaliyyəti, nailiyyətləri və kompetensiyalarının qiymətləndirilməsində obyektiv və qərəzsiz olmalı, təhsilalanlarda özünəinam hissini mohkəmləndirməli, motivasiyanı yüksəltməlidir. 
Təhsilalanlara verilən qiymətin qərəzli şəkildə azaldılmasına və ya əsassız olaraq artırılmasına yol verməməlidir.
4.1.7. Müəllim təhsilalanlara qarşı xeyirxah və ədalətli olmalı, onlara qarşı haqsızlığa yol verdikdə səhvini etiraf etməyi bacarmalı, onun nəticələrini aradan qaldırmağa calışmalıdır.
4.1.8. Müəllim hər zaman nitqinə fikir verməli, nitqində kobud və təhqiredici sözlər işlətməməlidir.
4.1.9. Müəllim təhsilalanlara qarşı fiziki zor işlətməməli, onların şərəf və ləyaqətini alçaldan hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.
4.1.10. Qanunvericilikdə muəyyən olunmuş hallar istisna olmaqla, muəllim təhsilalanlar tərəfindən ona verilən şəxsi məlumatların məxfiliyini qorumalıdır.
4.1.11. Təhsilalanlarla munasibətdə müəllim oz vəzifə səlahiyyətlərindən suiistifadəyə yol verməməlidir.
4.1.12. Müəllim peşə fəaliyyətini yerinə yetirmək muqabilində təhsilalanlardan hər hansı maddi və qeyri-maddi nemətlər tələb etməməlidir.
4.1.13.Müəllim qanunvericiliklə muəyyən edilmiş qaydada təhsilalanlara göstərdiyi əlavə təhsil xidməti (xidmətləri) muqabilində hədiyyə və ya pul tələb etməməlidir.

4.2. Kollektivlə munasibət
4.2.1. Müəllimlər arasında munasibət əməkdaşlıq və qarşılıqlı hormət prinsipinə əsaslanmalıdır. Müəllim yalnız şəxsi nufuzunu deyil, işlədiyi təhsil müəssisəsinin və həmkarlarının da nufuzunu qorumalıdır. Təhsilalanlar və digər şəxslər qarşısında müəllimin oz həmkarını təhqir etməsi və zor tətbiq edilməsi yolverilməzdir.
4.2.2. Müəllim oz həmkarının peşəkar baxış və fikirlərinə hormətlə yanaşmalıdır.
4.2.3. Müəllim pedaqoji münasibətlərdə əsassız munaqişə və mubahisələrə yol verməməlidir. Munaqişə yarandıqda isə onun konstruktiv həllinə calışmalıdır.
4.2.4. Müəllim umumi vəzifələrin icrasına və əməkdaşlığa mane olacaq rəqabətə yol verməməlidir.
4.2.5. Müəllim həmkarlarının fəaliyyətini duzgun qiymətləndirməli, onların səhvlərinə goz yummamalı, fikir və baxışlarına yonəlmiş tənqidləri təhqirə çevirməməlidir, tənqid əsaslandırılmış, dəqiq və xoşniyyətli olmalıdır.
4.2.6. Müəllim oz fəaliyyəti ilə işlədiyi kollektivin nüfuzunun artmasına calışmalıdır.

4.3. Rəhbərliklə munasibət
4.3.1. Müəllim vəzifəyə təyin edilərkən və işlədiyi müddətdə rəhbərlik onu etik davranış qaydaları, korrupsiyaya qarşı mubarizə və maraqların toqquşmasının qarşısının alınması ilə bağlı normativ hüquqi aktlarla tanış etməlidir.
4.3.2. Müəllim səlahiyyətləri daxilində rəhbərliyin qanuna uyğun yazılı əmrlərini, sərəncamlarını və ya şifahi tapşırıqlarını yerinə yetirməyə borcludur.
4.3.3. Müəllim təhsil muəssisəsinin rəhbərliyi tərəfindən ona verilən əmrin və tapşırığın qanuna və ya digər normativ huquqi akta zidd olmasına əmindirsə, o, həmin əmri və ya tapşırığı yerinə yetirməkdən imtina edə bilər. Bu barədə yazılı əsaslandırmanı birbaşa rəhbərliyə və ya yuxarı orqana təqdim etməlidir.
4.3.4. Rəhbərliyin qanuni göstərişlərinin müəllimlər tərəfindən yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur.
4.3.5. Təhsil muəssisəsinin rəhbərliyi kollektivin etik davranış qaydalarına əməl etməsinə birbaşa məsuliyyət daşıyır.
4.3.6. Rəhbərliyin muəllimlərlə münasibəti qarşılıqlı hormət əsasında qurulmalıdır.
4.3.7. Rəhbərlik tərəfindən muəllim əməyinin qiymətləndirilməsi həqiqi xidmətlərinə gorə olmalı, qərəzsiz və ədalətli formada həyata kecirilməlidir.
4.3.8. Rəhbərliyin müəllimdən peşə vəzifələrinin icrasına aid olmayan və ya şəxsi həyatı haqqında məlumatlar tələb etməsi və yayması yolverilməzdir.
4.3.9. Müəllim rəhbərliyə öz həmkarları barədə bilərəkdən yalan və ya təhrif olunmuş məlumatlar verməməli, məlumatı verməzdən əvvəl bütün imkanlardan istifadə edərək onun düzgün olub-olmamasını müəyyən etməlidir.
4.3.10. Təhsil muəssisəsinin rəhbərliyi tərəfindən müəllim əməyinin keyfiyyətinə və onun karyerasına təsir edəcək məlumatların gizlədilməsi və ya ona təhrif olunmuş məlumatların verilməsi yolverilməzdir.
4.3.11. Rəhbərlik təhsil muəssisəsinin fəaliyyətinə mənfi təsir gostərən munaqişələr və maraqların toqquşması hallarının qarşısını vaxtında almalı, yaranmış munaqişəni konstruktiv həll etməyə calışmalı və nizam-intizam yaratmalıdır.

4.4. Valideyn və qanuni numayəndələrlə munasibət
4.4.1.Müəllim valideyn və qanuni numayəndələrin huquqlarını bilməli, mutəmadi olaraq onlara təhsilalanlarla bağlı tovsiyələr verməli, valideyn və uşaqlar arasında yaranan munaqişələrin həllində yardımcı olmalıdır.
4.4.2.Müəllim tərəfindən valideynlərin qanunazidd hərəkətlərə sovq edilməsi yolverilməzdir.
4.4.3.Müəllim valideyn və digər qanuni nümayəndələrlə hormətlə və nəzakətlə davranmalıdır.
4.4.4. Valideyn və qanuni numayəndələrlə munasibətlər təhsilalanlarla münasibətlərə və onların nailiyyətlərinin qiymətləndirilməsinə təsir göstərməməlidir.
4.4.5. Valideyn və qanuni numayəndələr tərəfindən konüllü və qanuni yollarla təhsil muəsissəsinə edilmiş yardım, muəllim - təhsilalan münasibətlərinə və nailiyyətlərin qiymətləndirilməsinə təsir gostərməməlidir.

4.5. Müəllim və cəmiyyət
4.5.1. Müəllim milli-mənəvi dəyərlərin, mədəni irsin qoruyucusu missiyasını daşımaqla bərabər cəmiyyətin fəal uzvu olmalıdır.
4.5.2. Müəllim hər zaman cəmiyyətə fayda verməyə calışmalıdır. Yalnız peşə fəaliyyətini həyata kecirərkən deyil, butun hallarda munaqişələrə və yersiz mübahisələrə yol verməməli, problemlərin həllinə, munaqişələrin qarşısını almağa calışmalıdır.
4.5.3. Müəllim vətəndaşlıq borcunu dərk etməli və yerinə yetirməli, cəmiyyət üzvləri ilə munasibətlər qurarkən oz şəxsiyyətini qorumalı və mənfi təsir altına duşməməlidir.

5. Müəllim andı
5.1. And Azərbaycan Respublikası ilə muəllim arasında acıq huquqi borc və sədaqət munasibətlərini təsdiq edir.
5.2. Müəllim ilk dəfə daimi işə qəbul olunarkən belə bir and icir: “Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına riayət edərək Azərbaycan təhsilinin ənənələrinə sadiq qalacağıma, keyfiyətli təhsil xidməti göstərəcəyimə, peşəkar fəaliyyət zamanı qeyri-etik davranışın hər hansı bir formasına yol verməyəcəyimə, həmkarlarım, təhsilalanlar, valideynlər və digər şəxslərlə munasibətləri hormət, şərəf və ləyaqət əsasında quracağıma, müəllim adını və şərəfini uca tutacağıma and icirəm.”
5.3. Andiçmə təntənəli şəraitdə Azərbaycan Respublikasının Dovlət bayrağı altında Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla həyata  keçirilir.
5.4. Andiçmə bir dəfə olur. Andın imzalanmış mətni müəllimin şəxsi işində saxlanılır.

6. Etik davranış qaydalarına riayət olunmasının təmin edilməsi
6.1. Hər bir müəllim etik davranış qaydalarına əməl etməyə borcludur.
6.2. Müəllimlər tərəfindən etik davranış qaydalarına əməl olunması rəhbərlik tərəfindən müntəzəm təhlil edilir və bu Qaydalarla müəyyən edilmiş
tədbirlər görülür. 
6.3. Təhsil müəssisəsinin rəhbərliyi:
6.3.1. yeni işə qəbul olunan muəllimləri bu Qaydalarla tanış etməlidir.
6.3.2. müəllimlərin davranışının bu Qaydalara uyğunluğuna nəzarət etməli və onun təhlilini aparmalıdır;
6.3.3. öz davranışı ilə Qaydalara əməl olunmasında nümunə göstərməlidir.
6.3.4. pedaqoji kollektivi və ya hər hansı bir müəllimi hüquqa və etik normalara zidd olan hərəkətlərə sövq etməməlidir.
6.3.5. Qaydaların pozulmasının qarşısının alınması üzrə tədbirlər görməlidir.
6.3.6. pedaqoji kollektivə Qaydaları izah etməli və müraciət edən hər bir müəllimə müvafiq tövsiyələr verməlidir.
6.3.7. bu Qaydaların pozulması hallarının rəhbərlikdə və kollektivdə müzakirəsini təşkil etməli və qayda pozmuş müəllimlərin qanunvericiliyə uyğun intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir.
6.3.8. Qaydaların pozulması halları ilə bağlı həyata kecirilmiş tədbirlər barədə kollektivi və ictimaiyyəti məlumatlandırmalıdır.

6.3.9. bu Qaydaların pozulmasının nəticələrinin aradan qaldırılması, təhsil müəssisəsinə ictimai etimadın artırılması üçün tədbirlər görməlidir.