Əsas səhifə

суббота, 26 декабря 2020 г.

Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq!


 Bu gün dövlətçilik tariximizdə ən xoşbəxt, ən qürurlu anları yaşayırıq. Azərbaycan xalqı 30 il həsrətdən sonra işğaldan azad olan torpaqlarına qovuşaraq Zəfər mövqeyini çaldı. Azərbaycan Ordusu, qəhrəman oğullarımız Əli Baş Komandanın birləşməsi ilə bu Zəfəri bizə canları bahasına bəxş etdi.  2903 şəhidimiz, yaralı qazilərimiz...  Bu qüruru bizə onlar yaşatdı. Hər biri bir tarix yazdı. "Vətən sağ olsun!" Vətən üçün canlarından keçdilər. Nur içində yatın, şəhidlər!  Haqqınız edilməz!.         Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu! Hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq! Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq! Onlar bizim qəlbimizdə daim yaşayacaqlar!

                              


















Vətənin qəhrəman oğulları

Bakı şəhəri 74№li tam orta məktəbin 3ç sinif şagirdləri bu dəfə də Azərbaycanın Milli Qəhrəmanları haqqında bir-birindən maraqlı təqdimatları ilə çıxış edirlər. "Vətənin qəhrəman oğulları" adlı layihənin keçirilməsində əsas məqsəd Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş Azərbaycanın Milli Qəhrəmanlarının tanıdılması və  şagirdlərə bu uca ada layiq olan hər bir Milli Qəhrəmanımız, onların həyatı, keçdiyi böyük və şərəfli döyüş yolları, göstərdiyi igidliklər haqqında tam ətraflı məlumat verməkdən ibarətdir.

                   

                              










































среда, 23 декабря 2020 г.

"Ad günü şənliyi" layihəsi

                              
     
              
    
                   


                  


             

               


                          












                                             




                      



             
 




          









             
               

















          
                       

воскресенье, 22 ноября 2020 г.

Respublikamızda həyata keçirilən layihələrdən biri "Əsgərə məktub« layihəsidir. 74 saylı tam orta məktəbin 3ç sinfi də bu  layihədə uğurla iştirak etdilər. Müharibə şəraitində şagirdlərim ordumuza sevgisini, arzu və istəklərini tanımadıqları əsgərlərə məktublar yazaraq bildirdilər. Hər məktub bir ürəyin diqtəsidir ,    hər məktub ordumuza səmimi münasibətimiz, güvənimizdir.  

Müzəffər Azərbaycan əsgəri!Üçrəngli bayraqımızı işğaldan azad torpaqlarımızda,  doğma dədə - baba yurdumuzda dalğalan- dırdığınıza görə  önünüzdə ehtiramla baş əyirik!  Biz sizinlə fəxr edirik Biz sizinlə qürur duyuruq !  Biz sizə güvənir, inanırıq !
















 



четверг, 12 ноября 2020 г.

 

9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü


    

Bayraq - bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən parçadan olan, dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında dirəyə asılan və həmin təşkilatı təmsil edən, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur. Bayrağın üzərindəki hər rəng və simvol bir özəl məna daşıyır.

Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı – Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.

Üçrəngli bayrağın simvolları

İlk dəfə üçrəngli bayraq ideyasını Azərbaycan istiqlaliyyətinin ideoloqlarından olan Əli bəy Hüseynzadə gündəmə gətirib.

Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq göy, orta zolaq qırmızı, aşağı zolaq isə yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını bildirir, mavi rəng türkçülük ideyası ilə bağlıdır. Türklərin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə islam dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə saysız-hesabsız qədim abidələr də tikilib və bu abidələrin əksəriyyəti göy rəngdə olub. Bu baxımdan göy rəng, həm də simvolik məna daşıyır. Göy rəng XIII əsrdə Elxanilər dövrünün əzəmətini, onların zəfər yürüşlərini əks etdirirdi.

Qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə müasirləşməni, inkişafa istəyi ifadə edir. XVIII əsrin sonlarında Fransa Burjua inqilabından sonra kapitalizmin inkişafı ilə bağlı Avropa ölkələrində böyük irəliləyişlər baş verib. Həmin dövrdə proletariatın kapitalizm quruluşuna qarşı mübarizəsi olub. Bu illərdə qırmızı rəng Avropanın simvoluna çevrildi.

Yaşıl rəng – İslam sivilizasiyasına, islam dininə mənsubluğu ifadə edir.

Azərbaycan bayrağının üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur.

Qırmızı rəngin üzərində ortada aypara və səkkizguşəli ulduzun təsviri verilib. Tarixçilərin bildirdiklərinə görə, Xalq Cümhuriyyəti tərəfindən üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunanda orada rənglərin nəyi ehtiva etdiyi göstərilsə də, aypara və səkkizguşəli ulduzun mənaları açıqlanmayıb.
Bayrağın üzərindəki aypara və səkkizguşəli ulduzun mənaları barədə müxtəlif fikirlər var.

Səkkizguşəli ulduzun və ayparanın açıqlaması

Tarixçilərin bildirdiklərinə görə, Xalq Cümhuriyyəti tərəfindən üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunanda orada rənglərin nəyi ehtiva etdiyi göstərilsə də, aypara və səkkizguşəli ulduzun mənaları açıqlanmayıb. Bayrağın üzərindəki aypara və səkkizguşəli ulduzun mənaları barədə müxtəlif fikirlər var.

Aypara bir vaxtlar Bizans imperiyasının paytaxtı Konstantinopolun gerbi olub. Türklər 1453-cü ildə həmin şəhəri aldıqdan sonra həmin gerb Osmanlı İmperiyası tərəfindən islam dininin bir rəmzi kimi qəbul edilib və həmin dində olan başqa xalqlara da keçib. Bayrağın üzərindəki aypara türk xalqlarının simvoludur. Səkkizguşəli ulduzun mənasına gəlincə bu, "Azərbaycan" sözünün əski əlifbada yazılışı ilə bağlıdır. Belə ki, əski əlifbada "Azərbaycan" sözü səkkiz hərflə yazılır.

Tarixdə səkkizguşəli ulduzun mənası belə açıqlanır: türkçülük, islamçılıq, çağdaşlıq, dövlətçilik, demokratiklik, bərabərlik, azərbaycançılıq və mədəniyyətlilikdir. Azərbaycan bayrağında ulduz Azərbaycan memarlıq üslubunda geniş istifadə olunub və səkkiz guşə-səkkiz türk xalqının simvoludur.

воскресенье, 18 октября 2020 г.

Qarabağ Azərbaycandır!

 “İllər boyu bir çox soydaşımız Vətən həsrəti ilə yaşayıb! Nə qədər həmvətənlimiz doğma diyarını heç olmasa bir dəfə də olsun yenidən görmək arzusunda idi! Bu gün bizim ordumuz əzəli Azərbaycan torpaqlarını işğaldan azad etməklə milyonlarla azərbaycanlının arzularını davam etdirir. Bu, ədalətin təntənəsi! Ona görə ki, bu yerlər bizim doğma torpaqlarımızdır, əcdadlarımızın torpaqlarıdır. Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır! "

                                                                 Mehriban Əliyeva








🌺🇦🇿🌺🇦🇿🌺🇦🇿🌺🇦🇿🌺🇦🇿🌺🇦🇿🌺🇦🇿🌺🇦🇿🌺




среда, 22 июля 2020 г.

Azərbaycan Respublikası Milli mətbuat və Jurnalistika günü

Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir. Böyük çətinliklərdən sonra o,Bakıda ana dilində "Əkinçi" qəzetinin nəşr edilməsi üçün icazə almışdı. Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdı. "Əkinçi" qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu.1875-1877-ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görmüşdü. "Əkinçi" qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynamışdır. 


Qəzetin mütərəqqi ideyaları Rusiya hakim dairələrini narahat etmiş və iki il sonra qəzet bağlanmışdı.Azərbaycan mətbuatının ilk müjdəçisi "Əkinçi"dən sonra bu sahədə xeyli irəliləyişlər olmuşdu. XIX əsrin sonlarında "Ziya", (1879), "Kəşkül" (1880),"Kaspi" (80-90-cı illər) qəzetləri nəşrə başlamışdı. XX əsrin əvvəllərində C. Məmmədquluzadə, M. Şahtaxtinski, S. Hüseyn, Ö. Faiq Nemanzadə, Ü. Hacıbəyov və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə aparırdılar. Bu gərgin mübarizə öz nəticəsini verdi. "Şərqi-rus" (1903), "Həyat" (1905), "Açıq söz" (1915), "Azərbaycan " (1918) kimi demokratik ruhlu, milli qayəli qəzetlər meydana çıxdı.
                         Molla Nəsrəddin jurnalı
1906-cı ildə "Molla Nəsrəddin" jurnalının nəşrə başlanması ilə Azərbaycan mətbuatında siyasi satiranın əsası qoyuldu. Redaktoru Xədicə xanım Əlibəyova olan "İşıq" jurnalının bütün əməkdaşları qadınlardan ibarət idi. Sovet hakimiyyəti dövründə bütün sovet respublikalarında olduğu kimi Azərbaycanda da mətbuat sovet ideologiyasının ruporuna çevrilmişdi. Azad və demokratik mətbuatdan söhbət belə gedə bilməzdi. Yalnız bolşevik rejiminin, kommunist ideyalarının təbliği ilə məşğul olan qəzet və jurnallar nəşr olunurdu. Mətbuat üzərində ciddi senzura hökm sürürdü. Kommunist Partiyasının orqanı olan "Pravda" (bu qəzetin dilimizə tərcüməsi "Həqiqət" olsa da, səhifələri qərb demokratiyasına qarşı iftiralarla, ictimai və iqtisadi-siyasi həyatın müxtəlif sahələrinə aid yalan informasiyalarla dolu idi) qəzetinin ilk nömrəsinin çapdan çıxdığı gün -5 may Mətbuat Günü kimi qeyd olunurdu.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün Azərbaycanda yüzlərlə mətbu orqan - qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əkinçi" qəzetinin nəşrə başladığı gün - 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa başladı.




28 mayım mənim!.. Müstəqillik payım mənim!..

Azərbaycan Demokratik Respublikasının yaranmasının 102-ci ildönümünə həsr olunmuş bayram təqdimatımız: "Bir kərə yüksələn bayraq bir daha enməz!"




















понедельник, 1 июня 2020 г.

“Xoşbəxt olsun uşaqlar!..”

https://www.youtube.com/watch?v=5qcYY4mJ5u0&list=UUJvN3N4O87UQk7JLGi1T5WQ&index=1


       1 iyun Beynəlxalq Uşaqları Müdafiə Günü
                                münasibəti ilə
                     Bakı şəhəri  74 №li tam orta məktəbin
                                  2ç sinfinin təqdimatında          
                           Xoşbəxt olsun uşaqlar!..” 
                        adlı bayram videoçarxı.




воскресенье, 31 мая 2020 г.


74 № li  məktəbin 2ç sinfi  1 iyun Uşaqların   Beynəlxalq Müdafiəsi Gününə əvvəlcə  onlayn  “Xoşbəxt uşaqlıq” adlı rəsm sərgisi təşkil etdi.  Sərgidə 2ç sinfinin bacarıqlı uşaqlarının rəsmləri, əl işləri nümayiş olundu.







среда, 20 мая 2020 г.

                «Səhər yeməyinin uşaqlar üçün nə kimi əhəmiyyəti var?»

Məktəblərin açılması ilə əlaqədar uşaqların qida alışqanlıqlarında dəyişikliklər yaşana bilir. Xüsusən, 3 ay yay tətilindən sonra uşaqların gün rejiminin dəyişməsi ilə əlaqədar qidalanmalarında bir sıra problemlər ortaya çıxır. Şagirdlərin fiziki və zehni inkişafını tamamlamaq və müvəffəqiyyətli bir təhsil dövrü keçirmələri üçün bəslənmə rejimlərini yaratmaq çox vacibdir. Mütəxəssislərin fikrinə görə, məktəb dövründə yaradılan qida alışqanlığı gələcəkdə də düzgün qidalanma rejiminə təsir göstərir. 

Düzgün, sağlam və vaxtlı-vaxtında qidalanmaq uşaqların fiziki inkişafı ilə yanaşı, zehni inkişafına da təsir göstərir. Xüsusilə valideynlər, səhər yeməyinin yeyilməsinə diqqət etməlidirlər. Orqanizmin gün boyu ehtiyacı olduğu enerji məhz səhər yeməyində toplanıb. Səhər yeməyinin əsasını – süd, pendir, bal, çörək və yumurta təşkil edir. Lakin qeyd etmək lazımdır ki, qida alışqanlığı yaradılan zaman valideynlər uşaqları heç nəyə məcbur etməməlidir. Onların xoşladığı formada tostlar və kiçik pendirli sendviçlər hazırlaya bilərlər. Pendir seçimini isə uşağa buraxmaq olar. Bütün ailəcə masa ətrafına toplaşıb səhər yeməyi yemək uşaqlara həm dəstək olacaq, həm də səhər yeməyinin zəruriliyini onlara aşılayacaq. Uşaqlarda vitamin ehtiyacını qarşılamaq üçün meyvə və səbzələrin ən az 3 növündən istifadə edilməlidir. Biskvit, şokoladı isə fındıq, qoz, badam və digər sağlıqlı çərəzlərlə əvəz etmək olar.


 Pediatrların fikrincə, bəslənmə çantasına hansı qidalar daxil edilə bilər?
Bildiyimiz kimi, uşaqlarda müxtəlif fast foodlara: çipsi, sorma konfetlər, şirin və qazlı sular, digər orqanizm üçün sağlam olmayan qidalara xüsusi meyl olur. Nəticədə uşaqda maddələr mübadiləsi pozulur və erkən yaşlarda kökəlməyə meyillilik yaranır. Valideynlər bu kimi halların qarşısını almaq üçün 
                                                             

övladlarının bəslənmə çantalarını özləri yığmağa üstünlük verirlər. Bu zaman nələrə diqqət etmək lazımdır?

Aşağıda göstərilən nümunələrdə uşaqların bəslənmə çantalarına günorta və ondan sonrakı vaxt üçün daxil olan qidalardan ibarət menyu nümunələri verilmişdir.

   





"Özünəxidmət bacarıqlarının formalaşdırılması"
Uşağın məktəbdəki uğurlu təhsili, şəxsiyyət kimi formalaşması, ictimai həyatda iştirak etməsi kiçik yaş dövründə qoyulmuş təməlindən əhəmiyyətli dərəcədə asılıdır. Uşağın mənəvi və estetik hisslərinin tərbiyəsində mədəni vərdişləri mənimsəməsinin, o cümlədən, özünəxidmət əməyinin formalaşmasının da böyük rolu var.















  Əziz balalar! "Özünəxidmət bacarıqlarının formalaşdırılması "layihəsi çərçivəsində 
 "Səhər yeməyini özüm hazırlayıram" adlı onlayn müsabiqə başa çatdı. layihədə həvəslə iştirak edən, gözəl səhər yeməyi hazırlayaraq hər kəsə xoş ovqat bəxş edən iştirakçılara "AFƏRİN!" Bu da əziz balalar, mükafatınız!... Uğurlarınız bol olsun!..