S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın ibtidai sinif müəllimi MƏLİKOVA İRADƏNİN METODİK BLOKU
Əsas səhifə
▼
четверг, 15 марта 2018 г.
Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ekskursiyamız...
Qala Dövlət Tarix Etnoqrafiya qoruğunda
Abşeron yarımadasında
tapılmış və eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə qədər dövrü
əhatə edən qayaüstü rəsmlər, Qavaldaş, keramika, məişət və bəzək əşyaları,
silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları və
s. yerləşdirilib.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun
“Abşeron” arxeoloji ekspedisiyası 2010-2011-ci illərdə burada qazıntı işləri
aparıb. Qala abidə kompleksində Tunc dövrünə aid qayaüstü və qayaaltı yaşayış
məskənləri, qayaüstü təsvirlər, qədim özüllər, ibtidai divar qalığı, X-XIV və
X-XV əsrlərə aid Xəzər dənizi və Bakı şəhəri istiqamətində iki yeraltı yol,
XVIII əsrin yadigarı təndir nümayiş etdirilir. Buradakı qayaların üzərində
əsasən insan və heyvan fiqurları, müxtəlif fraqmentlər həkk olunub.
Kompleksə daxil olan X-XIV əsrə aid Qala
qəsri qüllədən və istehkamdan ibarətdir. Müşahidə və mühafizə məqsədilə
istifadə olunmuş X-XIV əsrə aid qüllənin hündürlüyü 13,8 metrdir. XVI-XVII
əsrlərin yadigarı olan istehkamda X-XVI əsrlərə aid qızıl pullar, qızıl qolbaq
qalıqları, keramika nümunələri sərgilənir.
Etno-Ekoloji Mərkəzdə uşaqların istirahəti, onların xalqımızın qədim tarixini, mədəniyyətini dərindən öyrənməsi, qədim el sənətlərinin müxtəlif növlərinə yiyələnməsi, müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Muzey Kompleksin ərazisində fəaliyyət göstərən karvansara-restoranın birinci mərtəbəsi kafe, ikinci mərtəbəsi isə restoran kimi fəaliyyət göstərir. Restoranın arxa bağçasındakı karvansarada 7-si açıq, 7-si isə qapalı olmaqla Şərq memarlıq üslubunda inşa edilmiş 14 kabinet yaradılmışdır.
понедельник, 5 марта 2018 г.
Sinfin idarə edilməsində faydalı üsullar
1. Normal, təbii səs tonu ilə danışın.
Bir çox müəllimlər,
xüsusilə də dərs deməyə yenicə başlayanlar, normadan yüksək səslə, yarı
qışqıraraq danışır. Onu bilmək lazımdır ki, səsi bu cür yüksəltmək şagirdlərin
diqqətini çəkmək üçün heç də yaxşı üsul deyil. Bu, sinifdə stress yaradır,
şagirdləri yorur və onlarda dərsə qarşı mənfi hisslər formalaşdırır. Onu da
qeyd etmək lazımdır ki, müəllimlər danışarkən
fərqli səs tonlarından isifadə etməlidirlər. Əgər siz şagirdlərdən dəftərlərini
kənara qoyub, qruplara bölünməklərini istəyirsinizsə, əmr şəklində cümlələrdən
istifadə etməlisiniz (Kitabları örtün; qruplara ayrılın və s.). Əgər məqsədiniz
onlara hekayədəki obraz haqqında sual verməkdirsə və ya Roma imperiyasının
süqutunun səbəbləri barədə soruşmaqdırsa, onda dəvətedici danışıq tonundan
istifadə etməlisiniz.
2. Dərsə bütün şagirdlərin
diqqətini cəlb etdikdən sonra başlayın:
Tez-tez
olur ki, müəllimlər şagirdlərə “Biz artıq dərsə başlayırıq, səssiz olun!”,
“Fikrinizi dərsə yönəldin!” və s. bu kimi göstərişlər verdikdən sonra bütün
şagirdlərin sakitləşməyini və ya çantalarından dəftər-kitablarını çıxarıb hazır
vəziyyətə gəlmələrini gözləmədən, dərhal dərsi izah etməyə və ya tapşırığın
təlimatlarını verməyə başlayır. Bu zaman demək olar ki həmişə, müəllimin nə
dediyini eşitməyən şagirdlər eşitmədiklərini bir-birindən soruşurlar. Təbii ki,
bu hal sinifdə səs-küyün yaranmasına səbəb olur. Oxşar səs-küylü vəziyyət müəllimin göstərişindən sonra diqqətini
müəllimə yönəltməyən şagirdlərin, dərsin sonrakı mərhələlərində də dərsə fikir
vermədikləri zaman yaranır.Bu
problemin yaranmaması üçün isə sadəcə olaraq şagirdlərin hamısının
sakitləşməsini gözləmək və o vaxtacan danışmamaq lazımdır. Müəllimin danışmağa
başlamaq üçün onları gözlədiyini görən
şagirdlər adətən özləri səs-küy salan sinif yoldaşlarına “şşşş”, “Bəsdir də, qurtarın danışmağı”,
“uşaqlar sakitləşin” kimi iradlar bildirməyə başlayır. Bu isə sizin işinizi
asanlaşdırır.
3. Əl siqnallarından və digər
qeyri-verbal ünsiyyət vasitələrindən istifadə edin.
Bir əlinizi havaya qaldıraraq
şagirdlərlə göz kontaktı yaratmaq sinfi sakitləşdirməyin və onların diqqətini özünüzə cəlb etməyin əla
yoludur. Şagirdlərin bu jestə öyrəşmələri bir qədər vaxt tələb edir, lakin
öyrəşdikdən sonra bu jest mükəmməl
işləyir. Əlinizi qaldıraraq şagirdlərə işarə edin ki, onlar da əllərini
qaldırsınlar. Bütün şagirdlərin əlləri
qalxdıqdan sonra isə öz əlinizi aşağı salın və danışmağa başlayın.
Aşağı sinif şagirdləri üçün üç
dəfə əl çalaraq, şagirdlərinizin də sizə cavab olaraq iki dəfə əl çalmaqlarını
istəyin. Bu, bütün şagirdlərin diqqətini sizə yönəltməyin əyləncəli və aktiv
bir yoludur.
İşıqları yandırıb-söndürmək də
şagirdlərin diqqətini qısa müddətdə cəlb etməyin klassik və səmərəli üsullarından biridir.
4. Davranış problemlərinə cəld və müdrik reaksiya verin.
Hər hansı bir şagirdlə aranızda
yaranmış gərginliyi və ya iki şagird arasındakı problemi bacardığınız qədər tez
aradan qaldırmağa çalışın. Münaqişə nəticəsində şagirdlərdə yaranmış mənfi
hisslər qısa bir zamanda artaraq böyük küskünlüklərə çevrilə bilər. Problemli
situasiyanın üzərindən günlər keçməsinə yol verməyin.
Yaranmış münaqişələri
müdrikcəsinə həll etməyə gəlincə isə, əgər problem yalnız siz və şagird
arasındadırsa, məsələni bütün sinfin gözü önündə və ya dərsin ortasında
müzakirə etməyə ehtiyac yoxdur. Yaxşı olar ki, dərsin sonunu gözləyib şagirdlə
tək danışasınız. Bu zaman isə şagirdi dərhal günahlandırmaq və ya tənqid etmək
əvəzinə sadəlövh səslənən, lakin şagirdə davranışlarına görə məsuliyyət hiss
etdirən suallar vermək daha səmərəlidir. Məsələn: “Sənə necə kömək edə
bilərəm?” “Belə bir hal olub, bunun bir daha təkrar olunmaması üçün nə edə
bilərik?” və s.
Fərdi söhbət apararkən şagirdi
heç nədə günahlandırmayın. Cümlələrinizi elə seçin ki, sözləriniz sizin şagird üçün narahatlığınızı ifadə etsin
(hətta əslində bunu hiss etməsəniz belə). Bu cür situasiyalarda adətən
danlanmağı gözləyən şagird öz səhvini başa düşür və nəticə çıxarır.
Yox əgər, şagirdə dərs ərzində irad
tutursunuzsa, iradınızı neytral formada çatdırmağa çalışın. Məsələn, “Tapşırığı
etmək yerinə, söhbət niyə edirsən?” demək əvəzinə, “Deyəsən sualın var?” deyə
şagirdə müraciət etmək daha yaxşıdır. Bu cümlələrin hər ikisi şagirdin
diqqətini tapşırığa yönəltmək məqsədinə qulluq etsə də ikinci cümlə daha
faydalıdır. Çünki müəllimin şagirdə
müsbət yanaşmasını göstərir.günahlandırmaq və ya tənqid etmək əvəzinə sadəlövh
səslənən, lakin şagirdə davranışlarına görə məsuliyyət hiss etdirən suallar
vermək daha səmərəlidir. Məsələn: “Sənə necə kömək edə bilərəm?” “Belə bir hal
olub, bunun bir daha təkrar olunmaması üçün nə edə bilərik?” və s.
5. Düşünülmüş və şagirdləri dərsə cəlb
edə biləcək dərs planı qurun
Qeyd etmək lazımdır ki, bu məsləhət
bəndlərin içində ən vacibidir. Yəqin özünüz də bilirsiniz ki, adətən bunu açıq
şəkildə dilə gətirməsələr belə, şagirdlər maraqsız və sıxıcı dərslərdə darıxır.
Darıxan şagirdlər isə dərsdə problem yaratmağa ilkin namizədlərdir.
Zəif planlaşdırılmış dərslərdə müəllim
nitqi adətən daha çox yer tutur, dərs bir növ mühazirə xarakteri daşıyır.
Şagirdlər tərəfindən praktiki formada öyrənmə və ya düzgün cavablara
şagirdlərin özlərinin gəlib çıxması halları isə azlıq təşkil edir. Bunun üçün
isə müəllimlər dərs planlaşdırmasına xüsusi diqqət yetirməli və vaxt
ayırmalıdırlar.
Həmçinin dərsinizi tez-tez fərqli
formalarda keçməyə çalışın. Dərsi həmişə eyni cür keçmək hər şeyi adiləşdirir,
bu isə darıxma hallarına gətirib çıxarır. Darıxma isə sözsüz ki, davranış
problemlərinə səbəb olur. Planlaşdırmadan danışarkən onu da qeyd edək ki, sadəcə olaraq, dərslikdən bu gün sinifdə
edəcəyiniz mətn və tapşırıqları qələmlə işarələmək planlaşdırma hesab olunmur.
6. Sinif qaydalarını yaradın və onları
davamlı olaraq tətbiq edin
İlk dərs günündən sinif qaydalarını
yaradın və qaydaları pozacaqları halda bunun nə ilə nəticələnəcəyindən
şagirdləri xəbərdar edin. Əgər siz bircə dəfə belə olsa, qəbuledilməz davranışı
cavabsız qoysanız, gələcək qayda pozuntularına yaşıl işıq yandırmış
olacaqsınız. Məqsədəuyğun sinif qaydaları tərtib edin və qaydaların pozulması
hallarında ədalətli ‘cəzalar’ tətbiq edin. Qaydalara əməl olunması üçün
şagirdlərə qaydaların səbəblərini də izah etmək lazımdır. “Dəhlizdə qacmayın!”
deməyin yerinə, “Biz dəhlizdə qaçmırıq, yeriyirik, çünki dəhlizdə qaçsanız
başqaları ilə toqquşa bilərsinız” demək şagirdlərə qaydalarınızın məntiqli və
əsaslı olduğunu göstərir. Qayda pozuntularına cavab olaraq verilmiş “cəza”lar
isə şagirdin törətdiyi əmələ uyğun seçilməlidir. Məsələn, əgər şagird rəsm
dərsində rəngləri partalara yaxıbsa, buna uyğun məntiqi cəza bu partaları
şagirdə təmizlətdirmək olacaq. Bunun əvəzinə tənəffüsə çıxmamaq cəzası və ya
törədilən əmələ aidiyyatı olmayan digər bir cəza verməyiniz şagirdlərin gözündə
sizi ədalətsiz və pis-niyyətli müəllimə çevirir.Aşağı sinif şagirdləri üçün üç
dəfə əl çalaraq, şagirdlərinizin də sizə cavab olaraq iki dəfə əl çalmaqlarını
istəyin. Bu, bütün şagirdlərin diqqətini sizə yönəltməyin əyləncəli və aktiv
bir yoludur.
7. Səs salan şagirdə tərəf irəliləyin və
ya şagirdə sual verin.
Əgər
şagird özünü sinifdə qaydalara uyğun aparmırsa, dərs prosesini dayandırmadan
şagirdə tərəf irəliləyin və düz onun yanında dayanın. Müəllimin belə yaxın məsafədə
dayandığını görən şagirdlər, adətən fikirlərini dərsə yönəldir. Bununla yanaşı,
birbaşa şagirdə ünvanlanmış sual verərək də şagirdlərin fikrini dərsə qaytara
bilərsiniz.
Nümunə: “Nigar, ismin çıxışlıq hal şəkilçilərini deyə
bilərsənmi?” Bu zaman, şagirdə adıyla müraciət edin ki, o sualı tam eşidə
bilsin.
8. İstənilən halda sakitliyinizi qoruyun.
Heç vaxt
qışqırmayın. Xüsusilə də yeniyetmələrlə işləyirsinizsə, bilməlisiniz ki, 1-2 dəfə
səs tonunuzu qaldırdıqdan sonra siz artıq sinfin idarəetməsini itirmiş hesab
olunursunuz. Sizin reaksiyanızın sakit, lakin qərarlı və sarsılmaz olduğunu görən
şagirdlər, bir az sonra sizi sınamağa cəhd göstərməyəcəklər. Qışqırmağın yerinə,
sadəcə olaraq, geriyə saymaq (5,4,3,2,1)
və ya bir neçə saniyə gözünüzü çəkmədən şagirdlərə baxmaqla, daha yaxşı
nəticə ala bilərsiniz.
9. Şagirdlərinizə göstərin və hiss etdirin ki,
onların nailiyyətlərində maraqlısınız
Şagirdləriniz bilməlidir ki, onların dərs
oxuyub-oxumaması sizin üçün önəm kəsb edir. Hətta dərsə heç maraq göstərməyən
şagirdlər belə, sizin onlara olan sönməz inamınızı hiss edəndə, dərsinizi
pozmamağa və dərsinizdə aktivlik göstərməyə çalışır. Bunun üçün isə şagirdlərinizlə
müsbət münasibətlər yaratmağınız və müəllim olaraq sinifdə necə davranış sərgilədiyiniz
(bezmiş, yorğun, həyəcanlı yoxsa həvəsli və s.) çox vacibdir. Yadda saxlayın
ki, bu elementlər şagirdlərinizin dərsinizə necə yanaşacağına birbaşa təsir
göstərən önəmli faktorlardandır.
10.
Sizi narahat edən və ya sıxan şəxsi problemlərinizi sinif otağına gətirməyin.
Əgər siz
sinfə qıcıqlanmış vəziyyətdə gəlsəniz, inanın ki, bu şagirdlərninizi də əhval-
ruhiyyəsində özünü dərhal əks etdirəcək. Əgər biz təhsil verən şəxslər olaraq məktəbdə
olmaq istəmədiyimizi hiss etdiririksə (üz ifadəsi, baxışlar, monoton səs tonu,
bədən dili və s. vasitəsilə), şagirdlərimizin də həvəsdən düşməsi qaçılmazdır.
İstifadə
edilmiş mənbələr:
1.Top 10
Proven Classroom Management Tips – A post written by IRMA HOXHA
2. TƏHSİL
İŞÇİLƏRİNİN PEŞƏKAR İNKİŞAFI İNSTİTUTU-nun materiallarından.