Əsas səhifə

понедельник, 26 декабря 2016 г.

Agaxan Abdullayev-Neylerem

               
               


                                         Rafael Huseyn                        HƏMİŞƏ BİZİMLƏ

Qədim, gözəl Türkan torpağı dekabrın 26-da əziz bir övladını qoynuna alaraq daha da müqəddəsləşəcək.
Böyük sənətkarımız Ağaxan Abdullayev Azərbaycanı qarış-qarış gəzib-dolaşdı, dünyanın çox ölkələrinə səfərlərə çıxdı. 
Bütün gördüklərini görəndən sonra onun üçün şəhərlərin, kəndlərin, məskənlərin ən munisi Türkan imiş.
Həyatdakı son arzusu da məhz ata-baba yurduna, sevimli Türkana qovuşmaq oldu.
Əslində Ağaxan lap çoxdan məlahətli avazında əbədiləşmiş oxuları ilə bu xalqın varlığına, ruhuna qarışıb və indən belə yüzillər boyu Ağaxan bu millətdən, bu eldən ayrılmaz!
Abşeronda – muğam aşiqləri və bilicilərinin bu bol yerində Ağaxanı elə sənətə lap təzə gəldiyi çağlardan seviblər, xətrini də, sənətini də uca tutublar. Lakin Ağaxan bir Abşeronun istəklisi deyildi ki!
Onu Azərbaycanın dörd bucağında sevirdilər.
Xatırlayıram, 1991-ci ilin oktyabrında, Azərbaycanımız üçün çox əlamətdar və unudulmayacaq bir gündə, Dövlət Müstəqilliyimizin bərpa edilməsi haqqında Konstitusiya aktının qəbul edildiyi tarixi saatlarda Ağaxan mənim xahişim və dəvətimlə əmoğlumun toyunu aparmaq üçün Kürdəmirdə idi.
Camaat ona oxumağa imkan vermirdi. 
Hər zənguləsini, hər şirin boğazını, hər gəzişməsini kəsilməyən alqışlarla müşayiət edirdilər. 
Oxuduğu misraların sözləri bu heyran alqışların selində əriyib-itirdi. 
Mən Ağaxana lap yaxın yerdə oturmuşdum. Dinləyənlərin belə ifrat vəcdə gəlməsindən, xanəndəyə tam ürəyi istəyən kimi asudə oxumasına maneçilik törədiliyindən bir az narahat kimi oldum, elə bu ovqatla yerimdə qurcuxdum, sual dolu nəzərlə Ağaxan sarı baxdım. 
Arif adam idi, ustad xanəndə olduğu kimi məclisin damarını dərhal tutan meydan ustası, hal əhli idi və nigaranlığımı sezərək gülümsündü, gözü ilə “hər şey əladır” işarəsini verib məni toxtatdı. 
Tar-kaman rəngə keçəndə əyildi mənə sarı: “Hayıf deyil! Ölmürəm belə qulaq asanlardan ötrü! Onlar özləri coşduqca məni də coşdururlar.”
...Ağaxan Abdullayev nə oxuyubsa yaxşı oxuyub və həmişə yaxşı oxuyub. Amma şəxsən şahidi olduğum iki məclisdəki xüsusi şövqlə oxuması mənə bütün sənət yolu boyu oxuduqlarından daha üstün gəlib.
Bir Kürdəmirdəki həmin toyda, bir də 1989-cu ilin martında Filormoniya səhnəsində, Hacıbaba Hüseynovun 70 illiyi gecəsindəki oxuları.
Kim nə deyir desin, xanəndədən ötrü, əsl sənətkar üçün məclisin, ətrafındakıların, onu kimin dinləməsinin, hansı şəraitdə oxumasının müstəsna əhəmiyyəti var.
Çoxda ki səs həmin səsdir! Mühit, şərait, məqam o səsin də açılmayan qatlarını, başqa vaxtda zühur eləməyən lətafətlərini üzə çıxara bilir. 
Hacıbaba ustadın gecəsinə toplaşan və həmin axşam oxuyanların hamısı, başda Hacıbaba özü olmaqla nəhənglər idi. 
O axşam filormoniya səhnəsi elan edilməmiş bir yarış meydanına çevrilmişdi. 
Ağaxan o gecə, mənim nəzərimcə bütün səhnə yolunun zirvəsində idi. 
Elə oxudu ki, hamı valeh oldu. 
Hacıbaba müəllimlə yanaşı oturmuşduq. Ağaxan oxuduqca 2-3 dəfə mənə baxdı. Gözləri dolurdu, qəhərlənirdi. 
Elə Ağaxan özü də oxusundan çox məmnun idi. Bu məmnunluq çöhrəsində də görünürdü. Axı həmişə lap candan istəsən də, çalışsan da tam könlün uman alınmır axı. 
O günsə Ağaxan yerdə deyildi, buludların üstündə, duyğuların fövqündə idi!
İrəlicədən bütün iştirakçılarla şərtləşmişdik ki, bu yubiley axşamında hərə yalnız bir musiqi nömrəsi ifa edəcək. 
Ağaxan oxuyub qurtardı. Zal əl çəkmirdi. Filormoniya alqışlardan titrəyirdi. 
Və Ağaxan Abdullayev o axşam tək xanəndə, yeganə müğənni oldu ki (təbii, yubilyardan savayı) ikinci dəfə oxumağa vadar edildi. 
O gecə bir ayrı gecə idi!
...Çox ağırdır. Mənə son dərəcə əziz olan insanla bir daha həmsöhbət ola biləməyəcəyimə, bir daha onu görə bilməyəcəyimə inanmaq və bu acı həqiqətlə barışmaq çətindir.
Ağaxan Abdullayev XX yüzil Azərbaycan xanəndəlik məktəbinin ən parlaq ulduzlarının ənənələrini ləyaqətlə yaşadan bir mahir sənətkar idi. 
Şeiriyyata aşinalığı, səsinin ecazkarlığı, muğam yollarına dərindən bələdliyi, təmkini, sanbalı, xeyirxahlığı, nəcibliyi, oturuşunu-duruşunu, danışdığı sözün çəkisini bilməsi, bir məclis adamı üçün mühüm olan şuxluğu, duzu ilə o, bir bütöv idi və təkrarsız idi. 
O qədər də sinli olmamasına rəğmən ağsaqqal sayılan, canlı klassik kimi qavranılan şəxsiyyətli xanəndə idi.
Onun gedişi ilə muğam səltənimizdə yeri heç vəchlə doldurula, əvəzlənə bilməyəcək dərin bir boşluq yaranır.
Əlbəttə, yetirmələri var, dəst-xətti, yolu, mıəktəbi davam edəcək.
Lakin ikinci Ağaxan daha heç vaxt olmayacaq! 
...Əziz Ağaxan ustadla kədərli ayrılıq anı da yetişdi!
Neyləməli, ölüm Allahın əmri!
...Onun yeri həmişə görünəcək, amma onun səsi də həmişə, bütün gələcək illərdən eşidiləcək!
Əcəlin insana, onun vücuduna gücü çata bilir. 
Ancaq ölüm qələmin, sözün, ilahi avazın qarşısında acizdir!
Hünəri var Ağaxanın səsini də aparsın! 
Bacarmaz!
O səs daim bizimlədir!
25 dekabr, 2016uqca 2-3 dəfə mənə baxdı. Gözləri dolurdu, qəhərlənirdi.
Elə Ağaxan özü də oxusundan çox məmnun idi. Bu məmnunluq çöhrəsində də görünürdü. Axı həmişə lap candan istəsən də, çalışsan da tam könlün uman alınmır axı.
O günsə Ağaxan yerdə deyildi, buludların üstündə, duyğuların fövqündə idi!
İrəlicədən bütün iştirakçılarla şərtləşmişdik ki, bu yubiley axşamında hərə yalnız bir musiqi nömrəsi ifa edəcək.
Ağaxan oxuyub qurtardı. Zal əl çəkmirdi. Filormoniya alqışlardan titrəyirdi.
Və Ağaxan Abdullayev o axşam tək xanəndə, yeganə müğənni oldu ki (təbii, yubilyardan savayı) ikinci dəfə oxumağa vadar edildi.
O gecə bir ayrı gecə idi!
...Çox ağırdır. Mənə son dərəcə əziz olan insanla bir daha həmsöhbət ola biləməyəcəyimə, bir daha onu görə bilməyəcəyimə inanmaq və bu acı həqiqətlə barışmaq çətindir.
Ağaxan Abdullayev XX yüzil Azərbaycan xanəndəlik məktəbinin ən parlaq ulduzlarının ənənələrini ləyaqətlə yaşadan bir mahir sənətkar idi.
Şeiriyyata aşinalığı, səsinin ecazkarlığı, muğam yollarına dərindən bələdliyi, təmkini, sanbalı, xeyirxahlığı, nəcibliyi, oturuşunu-duruşunu, danışdığı sözün çəkisini bilməsi, bir məclis adamı üçün mühüm olan şuxluğu, duzu ilə o, bir bütöv idi və təkrarsız idi.
O qədər də sinli olmamasına rəğmən ağsaqqal sayılan, canlı klassik kimi qavranılan şəxsiyyətli xanəndə idi.
Onun gedişi ilə muğam səltənimizdə yeri heç vəchlə doldurula, əvəzlənə bilməyəcək dərin bir boşluq yaranır.
Əlbəttə, yetirmələri var, dəst-xətti, yolu, mıəktəbi davam edəcək.
Lakin ikinci Ağaxan daha heç vaxt olmayacaq!
...Əziz Ağaxan ustadla kədərli ayrılıq anı da yetişdi!
Neyləməli, ölüm Allahın əmri!
...Onun yeri həmişə görünəcək, amma onun səsi də həmişə, bütün gələcək illərdən eşidiləcək!
Əcəlin insana, onun vücuduna gücü çata bilir.
Ancaq ölüm qələmin, sözün, ilahi avazın qarşısında acizdir!
Hünəri var Ağaxanın səsini də aparsın!
Bacarmaz!
O səs daim bizimlədir!
25 dekabr, 2016

четверг, 22 декабря 2016 г.

UŞAĞIN TƏRBİYƏSİNDƏ 15 QIZIL QANUN
Uşağın tərbiyəsi hövsələ, sevgi, müəyyən güc tələb edən kifayət qədər mürəkkəb və uzunsürən prosessdir. Amma tərbiyə zamanı valideyinlər düzəlməz nəticələrə gətirən bir çox səhflərə yol verirlər. Gəlin tərbiyə prosessini düzgün təşkil etmək üçün uşaq psixoloqları tərəfindən tətbiq olunmuş əsas prinsiplərə nəzər yetirək.
1. Uşağı şərtsiz qəbul etmək lazımdır. Yəni onu gözəl, bacarıqlı, ağıllı, köməkçi olduğuna görə deyil, sadəcə Var Olcuğu üçün sevmək lazımdır.
2. Əgər uşaq Sizdən xahiş etmirsə, onun gördüyü işə qarışmayın. Bununla siz ona bildirmiş olursunuz ki, «Sən bacaracaqsan!».
3. Əgər uşaq çətinlik çəkirsə və Sizin köməyinizi qəbul etməyə hazırdırsa, ona mütləq yardım edin. Bu zaman yalnız onun bacarmadığını edin, digər işləri ona buraxın.
4. Bu gün Sizinlə birgə etdiklərini Uşaq sabah təkbaşına edəcək.

5. Tədricən üzərinizdən uşağınızın şəxsi işlərini götürüb, ona ötürün.
6. Uşağın şəxsiyyəti və bacarıqları yalnız onun sevdiyi və məşğul olduğu istiqamətdə inkişaf edir.
7.''Uşağı vurmaq olar'' deyə heç bir vəziyyət mövcud deyil.
8. Uşağı yalnız ayrı-ayrı hərəkətlərinə görə danlamaq olar. Onu hislərinə və istəklərinə görə muhakimə etmək olmaz!
9. Gün ərzində uşağınızı bir neçə dəfə qucaqlayın. 4 dəfə qucaqlaşmaq hər kəs üçün vacibdir.Yaxşı əhval üçün isə gün ərzində 8 dəfə qucaqlaşmaq lazımdır.Və yalnız uşaqlar üçün yox, böyüklər üçün də yaxşı olardı.
10. Uşaqla birgə bir neçə məşğuliyyət, ev işi və ya adət düşünün, hansı ki, sevinc zonası yaradacaq.
11. Ən yaxşı cəza – uşağı incitmək yox, onun istəyini yerinə yetirməməkdir.
12. Uşaqlara böyüklərə nisbətən daha çox hərəkət etmək, irəli getmək, yeniliklərlə tanış olmaq gərəkdir. Odur ki, onlara çox şeyi qadağan etmək, gur axan çayın qarşısını almaq istəyinə bənzəyir. Bu isə qeyri mümkündür. Daha yaxı olar ki, siz ona düzgün və təhlukəsiz halda mecraya düşməsi üçün yol göstərəsiniz.
13. Uşaqlara nizam-intizam və ədəb-ərkan nəinki lazımdı, hətta onlar bunu istəyir və gözləyirlər. Bu onların həyatını daha aydın və təhlükəsiz edir.
14. Sizin istiliyinizi duymaq üçün, uşağın təlabatlarını anlamaq lazımdır.
15.Uşağınızda nə isə dəyişmək istəyən zamanı düşünün: bəlkə bu dəyişiklikləri ilk növbədə özünüzdə gerçəkləşdirəsiniz?!

среда, 14 декабря 2016 г.

Təhsil Nazirliyi: Təmayül siniflərdə şagirdlər marağı olmayan fənlərdən azad ediləcək


Təhsil Nazirliyi: Təmayül siniflərdə şagirdlər marağı olmayan fənlərdən azad ediləcək

“2011-ci ildən Təhsil Nazirliyi pilot qaydada tam orta təhsil səviyyəsinin təmayüllər üzrə təşkil olunmasına dair layihənin icrasına başlayıb. Növbəti ildən layihənin respublika üzrə tətbiqi nəzərdə tutulub”.
 
Bunu Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsil şöbəsinin aparıcı məsləhətçisi Gülarə Xudiyeva deyib. O bildirib ki, tam orta təhsil səviyyəsi üzrə təmayüllər təşkil olunduğu siniflərdə şagirdlər meyl və marağına uğun olaraq təhsil alacaqlar.
 Nazirlik rəsmisi qeyd edib ki, əgər şagird gələcəkdə təbiət sahəsi üzrə mütəxəssis olmaq istəyirsə, tam orta təhsildə onun maraq və meyllərinə uyğun fənlərin tədrisi daha da gücləndirilir, digər fənlər isə tədris planından çıxarılır: “Gələcəkdə şagird həkim olmaq istəyirsə, biz onu marağı olmayan fənlərdən azad edirik. 8-10 fənn saxlanılmaqla hər bir təmayül üzrə ümumi fənlərin sayı dəyişə bilər. Nəticədə şagirdlərin izafi təlim yükü xeyli azaldılır, maraqları olan fənlər üzrə saatların sayı isə artırılmaqla onlara daha dərin biliklərin verilməsi təmin olunur. Tam orta təhsil səviyyəsinin təmayüllər üzrə təşkilinin bir müsbət cəhəti var ki, şagird öz marağına uyğun fənn tədris olunur”.
 
G. Xudiyeva əlavə edib ki, bu günə kimi şagirdin attestatında yalnız həmin fənlər üzrə qiymətlərin yazılması məsələsi valideynləri narahat edirdi. Onun fikrincə, nazirlik valideynlərin narazılığına əsasən təhsil sənədlərinin forma və məzmununda gələcəkdə şagirdlərin profillərini dəyişə bilmək, xaricdə təhsil almaq kimi ehtimalları da nəzərə alıb. Buna görə təmayül sinifləri bitirən şagirdlərin attestatlarında qeyri-fənn üzrə də qiymətlər yazılacaq”

Dovşan




Təhsil Nazirliyinin "Elektron təhsil" müsabiqəsində  Multimedia vasitələrindən istifadə etməklə qurulan ən yaxşı resurs nominasiyası üzrə 
 2-ci sinif Azərbaycan dili dərsi üçün  Pover point proqramı və Veb2 veb3 alətlərində hazırladığım “Dovşan”  elektron dərsi ilə fərqlənərək qalib olmuşam.

суббота, 8 октября 2016 г.


 http://azertag.az/…/2014_2015_ci_tedris_ilinde_kechirilmis_…
https://www.facebook.com/irada.melikova
          İkinci dəfə qalibiyyətim...
Uğurlarım zəhmətimin nəticəsidir...Bircə onu bilirəm ki, insan sevib-seçdiyi, elə buna görə də bütün bacarığını, qəlbinin hərarətini verdiyi, ömrünü həsr etdiyi sənətində həmişə uğur qazanır...Əsrin yarısını arxada qoysam da ömrümü hədər yaşamadım....bu uğurlarımda mənə həmişə dəstək olan canım anama, atama, AİLƏMƏ, vaxtilə mənə dərs demiş müəllimlərimə, bir də məni sevən əhatəmdəki bütün insanlara, zəhmətimi itirməyən şagirdlərimə minnətdaram!..Var olun!...



             


четверг, 25 августа 2016 г.



23 avqust  Cəbrayıl rayonunun işğalı günüdür.Cəbrayıl rayonunun tarixi keçmişi haqqında.......
1993-cü il avqustun 23-dən həsrətini çəkdiyimiz rayonlardan biri də Cəbrayıldır. Ərazisi 105 min hektardır. Bu torpaq onlarla tarixi abidənin məskəninə çevrilib. İşğala qədər rayonda tikiş, xalça, cihazqayırma sexləri, səkkiz sənaye obyekti fəaliyyət göstərirdi. Cəbrayıl milli aşıq-ozan sənətimizin baniləri – Dirili Qurbaninin, Aşıq Pərinin, Mücrüm Kərəmin, Aşıq Humayın vətənidir.
Cəbrayıl rayonu Azərbaycan Respublikasının cənubunda Kiçik Qafqaz dağlarının cənub Şərqində, Araz çayının sol sahilində, cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, Şimaldan Xocavənd, Şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. Qarabağın öz dilbər guşələri ilə seçilən buz bulaqları, zümrüd meşələri, əzəmətli dağları, zəngin tarixi-mədəni abidələri ilə yadda qalan gözəl yerlərindən biridir bu torpaq. İran tarixçisi Həmdullah Qəzvininin (XIII-XIV əsrlər), Azərbaycan tarixçiləri A. Bakıxanov, Əhməd bəy Cavanşir, Mirzə Camal Cavanşir, Mirzə Adıgözəl bəy və başqalarının əsərlərində zəngin tarixi keçmişi olan Cəbrayıl haqqında qiymətli məlumatlara rast gəlinir. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Qasım bəy Zakir, Cəlil Məmmədquluzadə vaxtilə Cəbrayıl qəzasının əhalisinin güzəranı, onların adət-ənənələri, mədəniyyəti barəsində maraqlı fikirlər söyləmişlər. Alimlərin fikrincə, Cəbrayıl əraziləri insanın formalaşdığı yerlərdən biri olmuşdur. Belə ki, məhşur Azıx mağarasının Cəbrayıl qəzası ərazisində olması, eyni zamanda Dağtumas kəndi yaxınlığındakı yaşayış üçün təbii məhsulların və əmək alətlərinin bol olduğu “Nəfəsli dərə” deyilən ərazidə yerləşən “Divlər sarayı” mağarası deməyə əsas verir ki, ibtidai insanın yaşadığı yerlərdən biri də məhz Cəbrayıl ərazisidir. Bəzi tədqiqatçılara görə, Azıxda yaşayan ulu əcdadlarımızla “Divlər sarayı”nda yaşayan qədim insanlar arasında müəyyən əlaqələrin olması istisna deyildir. Rayonun Diridağı zonası, Ziyarət və Gordubaba dağ əraziləri yaşayış üçün əlverişli olmuşdur. Bunlar bitki örtüyü ilə daha zəngindir. Diridağın cənub ətəklərində, Arazboyu zolaqlarında, Qız qalası yaxınlığında, hətta XX əsrin əvvəllərinə qədər də keçilməz meşələr var imiş. Fikrimizcə, bu dağın Diri adlandırılması da burada insanın yaşaması üçün hər şəraitin olması ilə bağlıdır. Şübhəsiz ki, hələ Cəbrayıl yer adının  formalaşmasından çox-çox əsrlər öncə bu torpağın insanları ayrı-ayrı yaşayış məskənləri salmışlar.





Cəbrayıl rayonunun adı rayonun mərkəzi olan Cəbrayıl kəndinin adından götürülmüşdür. Cəbrayıl kəndinin əsasını qoymuş Cəbrayıl ata VIII əsrdə yaşamış Sultan Əhməd adlı bir hökmdarın yaxın adamlarından biri olmuş və Ziyarət dağından Araz çayına qədər ərazilər Cəbrayıl ataya və onun övladlarına məxsus olub. (XVII-XVIII-ci yüzillərdə “Cəbrayıl” sözü ilə bağlı dolaşıq izahlar olub. Belə ki, 1873-cü ildə Tiflisdəki “Qafqaz” qəzetinin əməkdaşı H.Kokçayev yazırdı ki, “Cəbrayıl” tatar sözüdür, ona rusca “Qavril” deyilir. Bunu 19-cu yüzildə rus qafqazşünası K.Qan da təsdiqləyərək əlavə edir ki, bu adın islam dini ilə daha çox bağlılığı var. 1876-cı ildə Azərbaycana ikinci dəfə gələn Kokçayev bu dəfə etnoqrafik məlumatlara əsaslanaraq Cəbrayılı tarixi şəxs adlandırır, əvvəlkindən fərqli fikir söyləyir. Yazır ki, Cəbrayıl keçmiş zamanlarda yaşamış Soltan Əhməd adlı bir hökmdarın yaxın adamlarından olub. Ziyarət dağından Araz çayına qədər torpaqlar da məhz Cəbrayıla və onun qohumlarına məxsus imiş“.)
Cəbrayılın “ağa”, “müqəddəs şəxs”, nəhayət, “ata” adlandırılması sübut edir ki, o, həqiqətən, bu ərazilərin çox nüfuzlu adamı, doğma elini sevən, övladlarına, tələbələrinə doğru yol göstərən xeyirxah bir el ağsaqqalı imiş. Bu səbəblərə görə, Cəbrayıl ata ümumi qəbiristanlıqda deyil, o dövrün adətinə uyğun olaraq ona məxsus torpaqların lap yuxarı başında – Alpaşa dağının hündür və tamaşalı bir yerində ayrıca dəfn olunmuşdur.

Cəbrayıl kəndinin şimalında “Cəbrayıl ata” adı ilə məşhur olan bu məqbərənin uzunluğu 4,5 metr, eni 2,4 metr, hündürlüyü 1,8 metrdir ki, oradakı məzar və qədim yaşayış yerlərinin izləri indiyə qədər qalır. Cəbrayıl atanın Mirzəcan, Yarəhməd, Şahvələd, Bünyad, Qurban, Xubyar, Hasan və b. adlı oğlanları olduğu mənbələrdə göstərilir. Sonralar onun adından Cəbrayıllı tayfası formalaşmışdır. Orta əsrlərdən bəhs edən mənbələrdə məşhur şahsevən, Cavanşir, Əfşar və b. tayfalarla yanaşı, Cəbrayıllı tayfasının da adı çəkilir. Rus imperiyası işğaldan sonra vergi yığmaq məqsədilə siyahı tərtib edərkən (1823-cü il) Cəbrayıllı tayfasında 17 tirə, 443 ev, 2200 nəfərdən ibarət əhalini qeydə almışdır. XIX əsrin ikinci yarısında və XX əsrin 50-ci illərində Cəbrayıl kəndinə Qıraxdın da deyilmişdir. Bu da 1831-ci ildə Daşkəsən kəndində “Karantin” (qırx gün deməkdir) idarəsinin yaranması və 1848-ci ildə həmin idarənin Cəbrayıl kəndinə köçməsi ilə əlaqədardır. Yerli əhalinin dili dönmədiyindən “Qraxdın” kimi tələffüz etmişlər. Cəbrayıl ərazisi Midiya (e.ə. VII-IV əsrlər), Əhmənilər imperiyasının (e.ə. IV-III əsrlər), Albaniya (e.ə. IV-III əsrlər) dövlətlərinin tərkibində olmuşdur. Albanların dövründə Cəbrayıl ərazisi Pazkank, Əhristan və Dizak adlanan mahalın tərkibində olub.


971-1086-cı illərdə Cəbrayıl Şəddadilərin, 1250-ci illərdən monqolların, 1387-ci ildən Teymurilərin, 1412-ci ildən Qaraqoyunluların, 1478-ci ildən Ağqoyunluların və nəhayət, 1501-ci ildən Səfəvilərin tərkibində olmuşdur. 1841-ci ildə Cəbrayıl ərazisi Mərkəzi Şamaxı şəhəri olan Xəzər vilayətinin, 1846-cı ildə isə Şuşa qəzasının tabeliyinə verilmişdir. 1873-cü ildə Cəbrayıl və ona qonşu olan ərazilər Şuşa qəzasının tabeliyindən çıxarılıb Yelizavetpol (Gəncə) quberniyasının tərkibində müstəqil Cəbrayıl qəzası təşkil edildi. Bu dövrdə Cəbrayıl qəzasının ərazisi 66,3 min kv.km, əhalisi 66360 nəfər olmuşdur. Qəza indiki Füzuli, Xocavənd, Qubadlı, Zəngilan rayonlarının ərazilərini əhatə edirdi.
Cəbrayıl rayonu Azərbaycanın tarixi abidələri, eyni zamanda dini təyinatlı abidələri ilə zəngin rayonlarından hesab olunur. Rayonun köhnə qəbiristanlığında qədim yazılar yazılmış bir lövhə parçası aşkar olunmuşdur. Həmin yerdə, yolun qırağında isə iki başdaşı vardır. Başdaşılarının yuxarı hissəsində heyvan təsvirləri – dağ keçiləri və Qobustan qayaüstü təsvirlərini xatırladan müxtəlif tamqalar həkk edilmişdir. Cəbrayılın ətrafında müxtəlif bədii formaya malik qəbirdaşları vardır, onlardan qoç heykəli olan ikisi Azərbaycanın digər dağətəyi rayonlarındakı abidələrin analogiyasıdır.
ziyaret
Cəbrayıl rayonunda müxtəlif türbələr – Dağtumas kəndində XIII-XVI əsrlərə aid türbə, Şıxlar kəndində yerləşən Şıxbaba türbəsi (XIV əsr), Xubyarlı kəndində XVI əsrə aid səkkizguşəli türbə və onlarla başqa tarixi-dini memarlıq nümunələri vardır. “Canqulu” və “Qumtəpə”kurqanları, Tatar kəndi yaxınlığındakı Qızılqaya dağındakı Sigeon tikintisi, Şıxlar kəndi yaxınlığında “Şəhərcik qalıqlar”, “Qışlaq yerləri”, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Dağtumas kəndindəki “Başıkəsik Gümbəz” Sirik kəndindəki “Qala”, “Qala”, Diri dağındakı “Qız qalası”, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbələr və məqbərələr , türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri nəsildən-nəsilə ötürülmüş canlı tarixdir.
xuda
Vahid Azərbaycan rəmzi kimi qəbul edilən Xudafərin körpüsü də Cəbrayıl rayonunda yerləşir. Bu körpü haqqında ilk məlumat VIII-IX əsrlərə aiddir. Xudafərin körpüsü Cənubi Azərbaycanla Şimali Azərbaycanın orta əsr şəhərlərini birləşdirən, karvan yolunun üstündə tikilib. O, həm də mühüm hərbi-strateji əhəmiyyət daşıyır. Araz çayının ən dar, qayalıqla əhatələnən yerində inşa edilmiş ilk körpü VIII əsrin sonu – IX əsrin əvvəllərindən başlayaraq, XIX əsrə kimi fəaliyyət göstərmişdir. Azərbaycan Abidələrini Müdafiə Təşkilatının sədri Şaiq İsmayılov bildirir ki, Xudafərin körpüsü Azərbaycanı birləşdirən simvolik bir abidədir: “Xudafərin deyiləndə ilk növbədə yadımıza Araz çayı üzərində salınan körpü düşür.
Xudafərin Azərbaycan memarlıq sənəti tarixinin bəzəyi sayılan möhtəşəm tarixi abidələrimizdəndir. Araz çayı üzərində salınan iki Xudafərin körpüsü bizə məlumdur. Onlardan birincisi “Baş Xudafərin körpüsü” adlanır, uzunluğu 130, eni 6, hündürlüyü isə 12 metrdir. İkinci körpü isə 15 aşırımlı olmaqla uzunluğu 200, eni 4,5 metr, hündürlüyü 10 metrdir. Azərbaycanın memarlıq sənətində bu əzəmətli abidələr haqqında dünyanın bir çox alimləri qiymətli fikirlər söyləsələr də, körpülərin nə vaxt inşa edilməsi haqqında tarixdə yekdil fikrə rast gəlinmir.
Baş Xudafərin körpüsünün daha qədim olması ehtimal edilir. Belə ki, bu körpünün Əhəməni imperiyası zamanında ağacdan tikilməsi və Eldəgizlər dövləti zamanında isə daş və kərpiclə üzləndiyi güman edilir. Bəzi mənbələrdə isə ikinci körpünün (e.ə.558-529) ağacdan müvəqqəti qurğu kimi inşa edilməsi, Elxanilər dövləti zamanında (13-cü yüzil) isə daş və kərpiclə üzlənməsi haqqında mülahizələr yürüdülür. İran tarixçisi Həmdullah Qəzvini əsərlərində körpülərin adını “Xuda-Afərin” kimi yazır ki, bu da farsca “Allah tərəfindən yaradılmış”, “Allaha Mərhəba” mənalarını verir. Qəzvini yazır ki, Xudafərin körpüsü Məhəmməd peyğəmbərin yaxın adamı olan Bəkir ibn Abdulla tərəfindən miladi tarixlə 736-cı ildə inşa etdirilib. Bəziləri isə iddia edir ki, həmin şəxs körpünü tikdirməyib, yalnız təmir etdirib. Xudafərin körpüsünün Makedoniyalı İsgəndər, ya da Roma sərkərdəsi Pompey tərəfindən tikilməsi barədə də fərziyyələr irəli sürənlər var. Ancaq bu körpüləri inşa etdirən şəxsin adı barədə tarixi mənbələrdə heç bir dəqiq yazılı məlumat yoxdur. Araşdırmaçıların çoxunun fikrincə, hər iki körpünün dayaqları çayın ortasında olan təbii sal daşlar üzərində qurulduğundan onlara “Xudafərin” adı verilib. Hələlik Xudafərin körpüləri sirlərini açmayıb. Tarixçilər sirlər arasında ünvansız dolaşaraq gah körpülərin səmtini dolaşıq salıb onları Culfa yaxınlığında abidə kimi göstərir, gah da 1027-ci ildə Şəddadi hökmdarı 1-ci Fəzl və I Şah Abbas tərəfindən tikildiyini deyirlər. Bu körpünün Hindistandan başlayaraq Yaxın və Orta Şərq ölkələri, Rusiya və Qərbi Avropa ölkələri arasında Azərbaycanın iqtisadi və mədəni əlaqələrinin inkişafında böyük əhəmiyyəti olub”.
Tarixən Xudafərin körpüsü Azərbaycanın quzeyi ilə güneyinin əlaqəsini möhkəmləndirən yeganə vasitə olub: “Bu körpülər həm də yüzillər boyu yadellilərin Azərbaycanın Quzeyinə basqınlarına da şərait yaradıb. Hər halda bu körpülər Azərbaycan inşaatçılarının müstəsna mühəndislik qabiliyyətinin ən gözəl nümunələrindən sayılır”.
Cəbrayılda baramaçılıq, xalçaçılıq ilə məşhur olmuşdur. Qəzada 5 ipək fabrik olub. 1873-cü ildə Cəbrayıl və ona qonşu olan ərazilər Şuşa qəzasının tərkibindən çıxarılaraq Yelizavetpol quberniyasının tərkibində Cəbrayıl qəzası yaradılıb. Bu vaxt qəzanın ərazisi 6,63 min km², əhalisi 66.360 nəfər olmaqla indiki Cəbrayıl, Füzuli, Xocavənd, Qubadlı və Zəngilan rayonlarının ərazisini əhatə edib. 1876-cı ildə Cəbrayılda ilk rus məktəbi, 1912-ci ildə isə qızlar məktəbi açılıb. XIX-XX əsrin əvvəllərində Rusiya-İran dəmir yolu xəttinin Cəbrayıl ərazisindən keçən hissəsi çəkilib. 1905-1918-ci illərdə qəza Qaryagın qəzası adlandırılıb.
1930-cu il avqustun 8-də mərkəzi Cəbrayıl kəndi olmaqla, Cəbrayıl rayonu təşkil edildi. Rayonun ərazisi indiki hüdudları daxilində sahəsi 1050 km², əhalisi 24.300 nəfər olmuşdur.
İşğaldan əvvəl rayonda 72 orta və natamam məktəb, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtokulub, 78 kitabxana, 3 daimi, 4 səyyar kinoqurğusu fəaliyyət göstərirdi. Zəngin ekspanatları olan tarix – diyarşünaslıq muzeyi vardı. Əhaliyə 210 çarpayılıq mərkəzi xəstəxana və ümumi çarpayı sayı 245 yer olan kənd xəstəxanaları, Dağ Tumas, Quycaq, Balyand kəndlərində 11 həkim, 52 feldşer – mama məntəqəsi sakinlərə xidmət göstərirdi. İnsanların yeganə gəlir yeri torpaq idi.
1970-ci ildən başlayaraq rayonda quruculuq işləri geniş vüsət almışdı. Rayon mərkəzində bir vaxtlar “Dəyirman dərəsi” kimi tanınan boş ərazi ötən əsrin 80-ci illərində geniş yaşayış massivinə çevrilmişdi. Yaşı əsrlərlə hesablanan Xan çinar bu yurdun simvoluna çevrilmişdi. Rayonda irili – xırdalı 90 kənd vardı. Həmin illərdə camaatın güzəranı daha da yaxşılaşmağa başladı. Sözügedən dövrdə irəliləyişə səbəb olan əsas amil üzüm bağlarının salınması idi.
Rayon mərkəzini kəndlərlə birləşdirən yolların hamısına asfalt döşənmişdi. Hər 5-10 nəfər sakindən biri özünə minik maşın almışdı. Rayonda elmə, təhsilə maraq günbəgün artırdı. Çoxsaylı alimlərimizin, ziyalılarımızın şərəfli, şanlı ənənələri uğurla davam etdirilirdi. Cəbrayılın adı çox yerdə hörmətlə və məhəbbətlə çəkilirdi. Amma…. 1988-ci ildən başlayaraq rayonun “bəxtində qara zolaqların” sayı artmağa başladı. Cəbrayılın ərazisində ermənilərin yaşadığı iki kənd var idi: Hərəkül və Banazur.
Cəbrayıl torpaqlarımızın müdafiəsində çox şəhidlər vermiş, onların bir çoxu «Azərbaycanın Milli Qəhrəmanı» yüksək fəxri adına layiq görülmüşlər: Şikar Aslanov, Kazım Məmmədov, Mətləb Quliyev və başqaları. Ümumiyyətlə, döyüşlərdə 180, atəşkəs dövründə isə 6 nəfər həlak olub. 14 nəfər polis, 60 nəfər mülki şəxs dünyasını dəyişib, 90 nəfərə yaxın isə əsir və itkin düşüb. Cəbrayıllılar içərisində 180 nəfərə yaxın Qarabağ müharibəsi əlili statusu alıb, 6 nəfər isə Azərbaycanın Milli Qəhramanı fəxri adına layiq görülüb.
Hazırda cəbrayıllılar arasında 351 nəfər şəhid ailəsi var. İşğaldan sonra cəbrayıllılar ölkənin 58 bölgəsinə səpələniblər
Yazıda Qorxmaz Abdulla, Arif Xəlilov, Tariyel Abbaslı SÖNMƏYƏN MƏŞƏL Bakı, “Adiloğlu” nəşriyyatı, 2006, 124 səh. kitabından istifadə edilmişdir.





понедельник, 30 мая 2016 г.

http://muallim.edu.az/content/?category=arxiv&issue=20&content_id=39


                 http://muallim.edu.az/content/?category=arxiv&issue=20&content_id=39



İradə MƏLİKOVA, S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın ibtidai sinif müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2009, 2015) qalibi, “Tərəqqi” medallı 


Fəal (interaktiv) təlimlə dərsə motivasiya ilə başlayıram, problem qoyub şagirdləri problemin həllinə yönəldirəm. Bu zaman şagirdlərlə əks-əlaqə yaranır. Sonra qoyulmuş problem birgə əməkdaşlıq nəticəsində həll edilməyə başlanır. 
Dərs sanki kiçik tədqiqata oxşayır: şagirdlər düşünür, axtarır, təhlil edir, araşdırır, nəticə çıxarırlar. Beləliklə, yeni bilik şagirdlərin özləri tərəfindən əldə edilir, şəxsiyyət formalaşır. Belə dərslərdə şagirdlərin müstəqil fikir yürütməsi və sərbəst olmaları üçün şərait yaradıram. Qarşılıqlı hörmət və əməkdaşlıq şagirdlər arasında da bir-birinin fikrinə hörmətlə yanaşmaq, mehribanlıq və səmimiyyət hissləri formalaşdırır. Əgər ənənəvi dərsdə yeni məlumatlar dərsin əvvəlində müəllim tərəfindən şagirdə çatdırılırdısa, fəal dərsdə bu məlumatlar dərsin axırında şagirdin öz vasitəsi ilə (tədqiqat nəticəsində) əldə edilir. Hər iki dərsdə tətbiqetmə mərhələsi axırda olur, lakin fəal dərsdə bu mərhələ yaradıcı şəkildə təşkil olunur. Fəal dərsin fərqli mərhələlərindən biri refleksiya mərhələsidir. Refleksiya nəticəsində şagird öz tədqiqat fəaliyyətinin əsas mərhələlərini dərk etmiş olur.
Fəal dərsin üstünlüklərinə baxmayaraq, ənənəvi metodlardan da yeri gəldikcə istifadə edirəm. Belə ki, dərsin məqsəd və məzmunundan, şagirdlərin hazırlığından asılı olaraq təkrarlama və ya izahedici-illüstrativ metodlardan, müstəqil işlərdən istifadə edirəm ki, bu da bacarıqların formalaşmasına böyük kömək edir. Əsas məsələ isə fənnə maraq oyatmaq, “öyrənməyi öyrətmək”, şagirdləri dərsə həvəsləndirməkdir. Həvəsləndirmə məqsədi ilə həftə sonu ən çox “əla” alan şagirdə özümün kompüterdə “Publişer”, “PowerPoint” proqramlarında tərtib etdiyim “Həftənin ulduzu” emblemini təqdim edrəm. Emblemi alan və həftə boyu yaxasında gəzdirən şagird var qüvvəsi ilə çalışır ki, emblemi növbəti həftə də qoruyub saxlasın, beləliklə, bütün sinif bilik uğrunda çalışır və dərslərə hazırlıqlı gəlir. 
İnteraktiv (fəal) təlimlə keçdiyim dərslərdə çalışıram ki, yeni mövzu, keçilmış dərsin sorğusu ilə bağlı əyani və didaktik materiallardan, testlərdən, krossvordlardan, məntiqi çalışmalardan, cədvəl və sxemlərdən geniş istifadə edim.
Təfəkkürü formalaşdırmaq üçün oyun-yarışlardan, oyun-tapmacalardan da çox istifadə edirəm ki, bunlar da şagirdləri fəallaşdırır, onlarda sərbəst fikir söyləmək qabiliyyətini, yaradıcılığı artırır. Azərbaycan dili dərsində “Sifət” bəhsini keçərkən əşyanın əlamətini təyin etmək məqsədi ilə “Kim daha cəld” oyununu keçirirəm. Oyun zamanı şagirdlər dairəvi otururlar. Mənim yanımda içərisi meyvə dolu kiçik səbət olur. Uşaqlara deyirəm: səbətdəki meyvələrdən birini məsələn, almanı bir-birimizə ataraq onun necə olduğunu deyəcəyik. Diqqətli olun! Təkrara yol verməyin (bir nəfər də lövhədə deyilənləri cədvəldə rənginə, dadına, formasına, ölçüsünə, xarici görünüşünə görə qruplaşdırır).
Başqa bir variant: Şagirdlər dairəvi otururlar. Mənim əlimdə top var. Uşaqlara deyirəm: İndi biz topu bir-birimizə atacağıq. Topu atan hər hansı bir rəngi deyir, topu tutan isə bu rəngdə olan əşyanın adını deməlidir. Diqqətli olun, təkrara yol verməyin. Belə oyunlar həm söz ehtiyatını artırır, həm də nitqi inkişaf etdirir.
“Pantomimo” oyunu daha maraqlıdır. Məsələn, “Fel” bəhsini keçərkən sinif üç komandaya bölünür. Bir nəfər lövhəyə çıxır, növbə ilə əvvəlcə I komandaya bir hərəkət göstərir, şagirdlərdən bu hərəkəti düzgün adlandırmaq, sonra isə həmin feli keçmiş, indiki, gələcək zamanda dəyişmək tələb olunur. Növbə ilə hər komandaya 7-8 hərəkət göstərdikdən sonra fəal komanda - yəni hərəkətləri tez və düz adlandıran komanda mükafatlandırılır. Bu oyunu nitq hissələrini keçərkən, sinonim və antonim sözlər üzrə iş apararkən və s. dərslərdə məqsədəuyğun dəyişərək keçirmək olar. 
Fəal (interaktiv) təlim zamanı istifadə edilən çoxlu sayda metod mövcuddur. Hər bir metodun öz texnikası vardır. Dərsin səmərəsini artırmaq üçün metodları mövzu ilə əlaqədar düzgün seçmək vacibdir. Nitq və təfəkkürü inkişaf etdirmək üçün Azərbaycan dili dərslərində essedən tez-tez istifadə edirəm. 
Nağıl və hekayələr üzərində işləyərkən “Nağılı dəyiş” oyunu da vaxtaşırı müraciət etdiyim metoddur. Nağılı necə dəyişmək olar? Süjetdəki hadisələri, personajın xarakterini dəyişməklə, nağılı müasirləşdirməklə dəyişmək olar. Bu zaman uşaq fantaziyası işə düşür, bəzən elə gözəl fikirlər yaranır ki, həqiqi süjet xətti kənarda qalır.
Dərs vaxtı yorğunluğu aradan qaldırmaq məqsədi ilə fəallaşdırma oyunları da aparıram: Məsələn, “Müsahibə” oyununda (bu əsasən dərsin əvvəlində aparılır) uşaqlar otaqda gəzişirlər. Növbələşərək bir-birlərindən müsahibə alırlar. Bir adama iki dəfə yaxınlaşmaq olmaz. “Atom və molekullar” oyununda bütün uşaqları ayağa qaldırıram və onlara otaqda gəzişməyi tapşırıram. Məsələn, “Molekullar, dağılışın” deyə komanda verirəm. Sonra “molekullar beş-beş birləşin!” (üç-üç, dörd-dörd, beş-beş və s.) deyən kimi cütlüklər tez birləşməlidir. Cütlüklərdə birləşə bilməyən və ya təlimata görə düzgün birləşməyən uşaqlar uduzub oyundan çıxırlar. 
“Hədiyyənə görə sağ ol!” oyunu da maraqlıdır. Uşaqları dairə boyu düzürəm. Hər biri növbə ilə soldakı qonşusuna hədiyyə verir. Hədiyyəni sakitcə, pantomim şəklində vermək tələb olunur. Hədiyyəni alan onun nə olduğunu deyir, təşəkkür edir. Beləcə oyun sakitcə davam edir. 
Ayrı-ayrı fənlərin tədrisi zamanı Veb-2 və Veb-3 alətlərindən istifadə edərək düzəltdiyim oyun - resurslar şagirdləri fəallaşdırır, maraqlandırır və dərsin keyfiyyətini artırır. Bütün şagirdlər həvəslə, diqqətlə dərsi izləyir və az zaman ərzində dərs mənimsənilir. 
Şagirdlərimizin texnologiyaya, internetə çox böyük marağı var. Bəs nə üçün onların bu marağından dərsdə istifadə etməyək? Online öyrənmə resursları haqqında danışmaq istəyirəm. Online öyrənmə resurslar şagirdlərin daxil olub müəyyən öyrədici materialları, videoları əldə etdikləri, müəyyən tapşırıqları yerinə yetirdikləri internet səhifəsidir. 
Müasir təhsil tələb edir ki, tədris prosesi sinifdə yekunlaşmasın. Biz şagirdlərin istənilən yerdən və istənilən zaman öyrənə bilmələrini təmin etməliyik. Dərsdən sonra şagird bu resurslara daxil olub müəyyən tapşırıqları həll edir, dərsləri izləyir. Şagirdlərin görəcəyi iş, həll edəcəyi tapşırıqlar onlara oyun halında, onlar üçün daha cəlbedici formalarda təqdim olunur. Bu resurslardan istifadə etməklə dərsə qarşı marağı az olan şagirdlərin belə diqqətini dərsə cəlb eləmək mümkündür. Bu həm də şagirdin yaradıcılığını üzə çıxarır. Bu resurslardan istifadə zamanı yaranan problemlərdən biri dil problemidir. Çünki belə resurslar əksər hallarda rus, ingilis və ya qeyri dillərdə olur. Lakin digər tərəfdən şagirdin başqa dildə bu resurslardan istifadə etməsi onun xarici dil biliklərinin inkişafına da öz köməyini göstərir.
Hazırkı dərslik və proqramlar elə tərtib edilmişdir ki, dərsdə hər bir çalışmanın yerinə yetirilməsi şagirdin məntiqi mühakimə yürütməsinə, onun təfəkkürünün inkişafına daha çox yer verməyi tələb edir. Riyaziyyatın tədrisi zamanı müstəqil işin və onun bir növü olan riyazi oyunların böyük əhəmiyyəti vardır. Bütün bunları nəzərə alaraq mən dərsdə və dərsdənkənar vaxtlarda da riyazi oyunların keçirilməsinə geniş yer verirəm. 1-ci sinifdə “Onluq” mövzusunu keçərkən “Suallara cavab tap” oyununu belə təşkil edirəm. Ədədlər yazılmış kartoçkaları düzüm lövhəsində düzür və iki nəfəri çağırıb onların birinə bir kartoçka götürməyi təklif edirəm (məsələn, “3” yazılan kartoçka). Həmin şagird yoldaşına təklif edir ki, bu ədəd haqqında nə bilirsə desin. Şagird belə cavab verir: - 3 sayarkən 2-dən sonra gəlir, 4-dən əvvəl gəlir, 2 ilə 4 arasında yerləşir, 4-dən kiçikdir. Sonra şagird başqa kartoçka götürüb birinci şagirdə eyni sualla müraciət edir. Səhv cavabı şagirdlərlə düzəldirəm. Bu oyunu başqa variantda da aparıram: sualları özüm verirəm: 
- Sayarkən “3” neçədən sonra gəlir? 
- Bəs neçədən əvvəl gəlir? 
- Sırada hansı ədədlərin arasında yerləşir və s.
Oyunun bu variantı şagirdlərdə söz ehtiyatının çoxalmasına və təfəkkürün inkişafına kömək edir. 
“Mənim yerim haradadır?” oyunu. Rəqəmləri aşağıdakı qaydada düzüm lövhəsində düzürəm: 2, 1, 3, 6, 4, 5, 9, 7, 8. Yazı taxtasına çağırılan şagird bu rəqəmləri sıra ilə (1, 2, 3, 4, 5, 6, 7, 8, 9) düzür. Oyunu başqa şəkildə də aparıram. Dörd şagird çağırıb hərəsinə 1, 2, 3, 4 rəqəmlərindən biri yazılmış kartoçka verir və müraciət edirəm: - Kimdə ən kiçik rəqəm varsa qabağa çıxsın. Sonra qalanlara da belə sualla müraciət edirəm. Şagirdlərin əllərində 1, 2, 3, 4 rəqəmləri olan sıra alınır. Sıra pozulduqda kömək göstərirəm. Bu oyunun 100 dairəsində nömrələmə zamanı aparılması şagirdlərin sıra təlimi haqqındakı biliklərini möhkəmləndirir, ədədləri müqayisə etmək bacarığı təkmilləşir. 
“Ədədi tap” oyunu. Oyunun birində cəmə və verilən toplanana görə o biri toplananı tapmaq, o biri oyunda isə ədədin biri verildikdə, o biri məchul ədədin verilmiş ədəddən neçə vahid böyük və ya kiçik olmasını göstərməyi tapşırıram. Bu oyunu belə aparıram:

I 6 +□=10 4+2=□
□+6=10 4-2=□

Bu cür misalları şagirdlərin sayı qədər yazıb üzü aşağı qoyur, hər şagirdə bir dənə götürməyi təklif edirəm. Tez və düzgün cavab verən qalib sayılır.
Bəli, riyaziyyatın mənimsənilməsində əsas şərt onu öyrənməyə şagirddə həvəs yaratmaqdır. Həvəs yaratmağın əsas vasitəsi isə didaktik oyunlar və müxtəlif növlü əyləncəli məsələlərin müntəzəm aparılmasıdır. Oyun prosesində uşaq ətraf mühiti, həyatı əyləncəli şəkildə bir qədər dərindən və asan dərk edir. Oyunlardan istifadə etdiyim üçün dərslərim həmişə canlı və maraqlı keçir. Təcrübəmdən bilirəm ki, əyləncəli məsələ və misallar seçdikdə, onların şagirdlər tərəfindən həll edilməsi effektivliyi artır.
Lakin bu heç də o demək deyildir ki, hər çalışmaya əyləncəli xarakter verəsən. Əks təqdirdə dərsin, materialın ciddiliyi şagirdlərin nəzərində itər.

понедельник, 23 мая 2016 г.

Təhsil və Zaman qəzeti: Həyat qədər real

Təhsil və Zaman qəzeti: Həyat qədər real:   Uşaqlar torpağa yenicə sancılmış ağaclar, müəllim isə bağban kimidir. Ağacın necə boy atacağı,   bar verib-verməyəcəyi bağbanın ona necə...

пятница, 13 мая 2016 г.

                   Həyatın mənası

Bir adam: “Həyatın mənası nədir görəsən?” - deyə, elə hey düşünərmiş. Bir gün qərar verir ki, nə qədər uzaq məsafə qət etsə də bu sualının cavabını tapmalıdır..



Bir adam: “Həyatın mənası nədir görəsən?” - deyə, elə hey düşünərmiş. Bir gün qərar verir ki, nə qədər uzaq məsafə qət etsə də bu sualının cavabını tapmalıdır...
Çox kəndlər, şəhərlər gəzir. Bir kənddə ona deyirlər ki, qarşıdakı dağın arxasında bir müdrik qoca yaşayır. Sənin sualına cavab versə-versə, o verə bilər. Adam yolu əlinə alıb qocanın yanına yollanır.
Sualını ona verir. Müdrik adam deyir: “Bir şərtim var, əgər sən bunun öhtəsindən gəlsən mən sənin sualına cavab verərəm”. Müdrik bir qaşığın içinə zeytun yağı töküb: “Bununla o bağda gəz, amma elə et ki, sən qayıdanda qaşıqdakı yağdan bir damla da azalmasın.
Adam gedib bağı gəzib gələr və qaşıqda zeytun yağı olduğu kimi qalar. Müdrik deyər: “Bağ xoşuna gəldimi?” Adam deyər: “Qaşığa elə diqqətlə baxırdım ki, bağa baxa bilmədim.
Müdrik gülüb deyər ki, indi yenə qaşıqla bağı gəz, amma elə elə ki, bağı görə biləsən. Adam bağa baxır valeh olur. Lakin qayıdanda qaşıq tam boş olar. Qoca deyər: “Bax həyat da belədir. Həyat sənin baxışında məna qazanar. Ya sadəcə bir nöqtəyə baxarsan həyat axıb gedər, sən fərqinə varmarsan, ya da görə biləcəyin gözəlliklərin ortasında həyatı yaşayarsan, axıb gedən zamanın məna qazanar. Həyatın mənası sənin baxışında gizlidir”.

суббота, 7 мая 2016 г.

                  “Möhtəşəm plan”

Fatih Sultan Məhmət uşaq ikən çox dəcəl idi. Dərs əsnasında müəllimi Ağşəmsəddini çilədən çıxarırdı. Müəllimi ona hirsləndikdə isə "Mən padşah oğluyam, mənə heç nə edə bilməzsən" deyərək onu hədələyirdi. Ağşəmsəddin padşaha şikayət etməyi ədəbsizlik sayaraq vəziyyəti II Murada izah etməkdən çəkinir amma zaman keçdikcə Məhmətin etdiyi yaramazlıqlar dözülməz həddə çatır. Buna görə o, II Muradın yanına gəlib "Padşahım, sizə bir şey demək istəyirəm amma həya edirəm" deyir. II Murad dərhal "Nə sözün varsa çəkinmədən buyur" deyir. Bundan bir az rahatlanan Ağşəmsəddin "Padşahım, oğlunuz, ciyərparanız Məhmət çox dəcəldir, onun dəcəlliyinin ucbatından dərs keçə bilmirəm. Nəsə söz deyəndə də, məni sizinlə hədələyir." deyincə, II Murad onun qulağına nəsə fısıldayır. Bu sözlərdən Ağşəmsəddin özünü itirir, "Bu nə plandır, bu mümkün deyil" deyir. Padşah "Belə olmalıdır" deyə nöqtəni qoyur.
Ertəsi gün Məhmət yenə dərsdə dəcəllik edir və Ağşəmsəddin onu danladıqda, yenə atası ilə hədələyir. Bu vaxt padşah qəfildən qapını açaraq içəri girir. Ağşəmsəddin ayağa qalxaraq padşaha bir şillə vurur və sinfə belə girilməyəcəyini, içəri girəndə icazə almaq lazım olduğunu bildirir və dərhal çölə çıxmasını istəyir. Padşah boynubükük üzr istəyərək çölə çıxır. Gördüyü mənzərənin qarşısında Məhmətin nitqi quruyur. Güvəndiyi padşah atası şillə yemişdi. Az sonra qapı döyülür və padşah yenidən içəri gəlmək üçün icazə istəyir. Plan möhtəşəm bir şəkildə həyata keçirilmişdi. O gündən sonra Fatih Sultan Məhmət əsla dəcəllik etmir, çünki güvəndiyi dağlara qar yağmışdı.
Начало формы
Bəyən
Sevgi
Haha
Uyda

Qəmgin

SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ


SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........Azərbaycan Respublikası Təhsil nazirinin
05 mart 2009-ci il tarixli,
270 №-li əmri ilə təsdiq edilmişdir

Ümumi müddəalar
     Sinif rəhbərinin əsas işi təhsil alanları şəxsiyyət kimi formalaşdırmaq, onlarda vətəndaşlığı, mənəviyyatı, təşəbbüskarlığı və müstəqil tənqidi təfəkkürə malik olmağı tərbiyə etmək, insanın hüquq və azadlıqlarına hörmət, ətraf mühitə sevgi, vətənə, ailəyə məhəbbət hissləri aşılamaq, sağlam həyat tərzinə alışdırmaq, yaradıcı şəxsiyyət və dövlətçiliyə sadiq vətəndaş kimi formalaşdırmaqdır.
Sinif rəhbəri fəaliyyətində Azərbaycan RespublikasınınTəhsil Qanunu, Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu, BMT-nin Uşaq Hüquqları Konvensiyasını, məktəbin nümunəvi Əsasnaməsini rəhbər tutur.
     Sinif rəhbəri məktəb direktoru tərəfindən təyin edilir və vəzifədən azad edilir. Sinif rəhbərlərinin fəaliyyətinə rəhbərlik tərbiyə işləri üzrə direktor müavini tərəfindən həyata keçirilir.Müəyyən səbəb üzündən məktəbdən ayrı düşdükdə, əmək qabiliyyətini müvəqqəti itirdikdə sinif rəhbərinin vəzifələrinin icrası digər sinif rəhbər və müəllimə həvalə edilə bilər.
     Sinif rəhbərinin fəaliyyəti məqsədyönlü, sistemli, planlaşdırılan prosesdir. O, məktəb nizamnaməsi, tərbiyə işinin planlaşdırılması, əvvəlki fəaliyyətin, ictimai həyatın müsbət və mənfi tendensiyalarının təhlili əsasında, pedaqoji kollektiv qarşısında duran aktual vəzifələr nəzərə alınmaqla şəxsiyyətə yönəldilmiş yanaşma, sinif kollektivində vəziyyət, müxtəlif illətlərin nümayəndələri arasında etnik və dini münasibətləri tənzimləməklə şagirdlərin tərbiyəlilik səviyyəsi, onların sosial vəziyyəti, ailə şəraitlərinin özünəməxsusluğu əsasında qurulur

Sinif rəhbərinin fəaliyyət istiqamətləri
Sinif rəhbəri öz fəaliyyətini aşağıdakı istiqamətlərdə qurur:
- sinif kollektivini formalaşdırmaq və inkişaf etdirmək;
- müdafiə olunma situasiyası, emosional rahatlıq, şəxsiyyətin inkişafı üçün əlverişli psixoloji-pedaqoji şəraiti yaratmaq;
- hər bir uşağın fərdi özünüifadəsi üçün lazımi şərait yaratmaq, şəxsiyyət kimi inkişaf etdirmək, təkrarolunmazlığını qoruyub saxlamaq və onun potensial u1075 qabiliyyətini aşkarlamaq;
- məktəblinin hüquq və maraqlarını müdafiə etmək;
- sinif kollektivi ilə sistemli iş təşkil etmək;
- şagirdlərlə şagirdlər, şagirdlərlə müəllimlər arasında münasibətləri humanistləşdirmək;
- şagirdlərdə əxlaqi və mənəvi dəyərləri formalaşdırmaq;
- şagird özünüidarə inkişafı vasitəsilə şagirdlərin sosial əhəmiyyətli, yaradıcı fəaliyyətlərini təşkil etmək.
Sinif rəhbərinin hüquqları
Sinif rəhbəri aşağıdakı hüquqlara malikdir:
- uşaqların fiziki və psixoloji sağlamlığı barədə müntəzəm olaraq məlumat əldə etmək;
- sinifdə dərs deyən fənn müəllimlərinin (həmçinin, məktəb psixoloqu və digər müəllimlərin) işini əlaqələndirmək;
- məktəbin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təşəbbüslə çıxış etmək, təkliflər irəli sürmək, işgüzar, yaradıcı, tənqidi fikir söyləmək, sinif kollektivi ilə razılaşdırılmış fikir və mülahizələri pedaqoji şurada baxılmaq üçün təqdim etmək;
- mövcud vəziyyəti nəzərə almaqla, uşaqlarla fərdi iş rejimi müəyyənləşdirmək;
- tərbiyə problemləri üzrə təcrübi-eksperimental iş aparmaq;
- valideynləri(onlar əvəz edən şəxsləri) təhsil müəssisəsinə dəvət etmək, onlarla işgüzar əlaqə yaratmaq;
- pedaqoji kadrların yenidən hazırlanması sistemi vasitəsilə pedaqoji ustalığın yüksəldilməsi formalarını seçmək, treninqlər vasitəsilə pedaqoji işin müxtəlif qrup və kollektiv formalarında iştirak etmək;
- məktəb özünüidarəetmə orqanlarında şəxsi şərəf və ləyaqətini qorumaq və sinif kollektivində sinifdənxaric işin vəziyyətinin qiymətləndirilməsində mövqeyini müdafiə etmək;
- ümumtəhsil müəssisəsinin rəhbərliyi ilə razılaşma əsasında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya (mütəxəssislərə) müraciət etmək.    
Sinif rəhbərinin fəaliyyətində aşağıdakılar yolverilməzdir:
- uşaqların şəxsiyyətini, ləyaqətini alçaltmaq, onu sözlə və ya hərəkətləri ilə təhqir etmək;
- şagirdi cəzalandırmaq məqsədilə dərs zamanı əsassız olaraq təlim müvəffəqiyyətini əks etdirən qiymətini aşağı salmaq;
- uşağın etimadından süni istifadə etmək, ona verdiyi vədə əməl etməmək, onu düşünülmüş şəkildə aldatmaq;
- şagirdin özü iştirak etmədiyi şəraitdə onun hərəkətlərini müzakirə etmək, onu pisləmək, nüfuzunu aşağı salmaq.
- şagirdlər qarşısında öz həmkarlarını u1086 onların iştirakı olmadan müzakirə etmək, onları pisləmək, müəllimin və bütün pedaqoji kollektivin nüfuzuna xələl gətirmək.
Sinif rəhbərinin vəzifələri
Sinif rəhbərinin vəzifələrinə aşağıdakılar aiddir:
Təlim prosesinin təşkili:
- sinifdə ümumməktəb kollektivinin fəaliyyəti çərçivəsində şagird şəxsiyyətinin müsbət potensialının inkişafı üçün əlverişli təlim-tərbiyə mühiti yaratmaq;
- şagirdlərin xarici görünüşünə, geyiminə nəzarət etmək;
- şagirdlərin dərsə davamiyyətinə nəzarət etmək;
- hər bir şagirdin tədris nailiyyətlərinə nəzarət etmək məqsədilə onların uğur və səhvlərini qeydə almaq və vaxtında kömək göstərmək;
- valideynlərlə əlaqə yaratmaq və onlara uşaqların tərbiyə olunmasında kömək göstərmək (şəxsən, məktəb psixoloqu və müəllimlər vasitəsilə);
- eyni yaşda olan uşaqlarla işin psixoloji və pedaqoji əsaslarını, ən yeni texnologiyaları, tərbiyə işinin üsul və formalarını bilmək;
- Azərbaycanın milli bayramları, əlamətdar tarixi hadisələri ilə bağlı tədbirlər təşkil etmək, mərasimləri qeyd etmək.   
Təşkilati-koordinasiya işi:
- ümumtəhsil müəssisəsi ilə ailələr arasında əlaqənin yaradılması, valideynlərin maarifləndirilməsi işinin təşkili;
- uşaqların tərbiyə edilməsində çətinliklə üzləşən valideynlərlə psixoloji və pedaqoji məsləhətlərin təşkili;
- fənn müəllimləri və məktəbin digər mütəxəssisləri ilə (uşaq birliyi rəhbəri, psixoloq, kitabxanaçı və s.) qarşılıqlı fəaliyyət və bu mütəxəssislərin yardıma ehtiyacı olan uşaqlara köməyinin təşkili;
- şagirdlərin təhsil fəaliyyətlərinin məktəbdənkənar təhsil sistemi də daxil olmaqla nəzərə alınması və stimullaşdırılması;
- təhsil fəaliyyətinin subyektləri qismində hər bir şagirdlə və bütövlükdə sinif kollektivi ilə fərdi və qarşılıqlı fəaliyyətin təşkili;
- sənədləşmənin aparılması (sinif jurnalları, gündəliklər, şagirdlərin şəxsi işləri, sinif rəhbərinin iş planı, sinfin sosial pasportu, istedadlı uşaqlarla, risk qrupu şagirdlərilə, yetkinlik
yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalarda qeydiyyatda olan şagirdlərlə iş planları);
- şagirdlərin fiziki və psixoloji sağlamlıqlarının müdafiəsi, qorunması və möhkəmləndirilməsi;
- məktəbin tibb işçisi u1080 ilə əməkdaşlıq;
- fiziki tərbiyə dərslərinə və məşğələlərinə müsbət münasibətin aşılanması;
- əməyin mühafizəsi qaydalarının, yol hərəkəti qaydalarının, şəhərdə, məişətdə təhlükəsiz davranış qaydalarının şagirdlər tərəfindən öyrənilməsinin təşkili;
- məzunların peşə seçmələrinə köməklik göstərilməsi;
- həftəlik sinif saatları keçirmək;
- hər tətildən sonra bir dəfə valideyn iclası keçirmək;
- sinif, məktəb, yeməkxana üzrə növbətçiliyin təşkili;
- təhkim olunmuş kabinetdə sanitar-gigiyenik vəziyyətin gözlənilməsi;
- hər bir hadisə barədə məktəb rəhbərliyinin operativ şəkildə məlumatlandırılması, ilkin tibbi yardımın göstərilməsi üzrə tədbirlərin həyata keçirilməsi.
Kommunikativ iş:
- şagirdlər arasında şəxsi münasibətlərin tənzimlənməsi;
- müəllim və şagirdlər arasında subyektlərarası (subyekt-subyekt) münasibətlərin yaradılması.
- müəllim və valideynlər arasında kommunikativ münasibətlərin tənzimlənməsi;
- sinifdə dərs deyən müəllimlər və məktəbin rəhbərliyi ilə kommunikativ münasibətlərin tənzimlənməsi;
Təhlil-proqnozlaşdırma işi:
- uşaqların ailədə tərbiyə olunma şəraitinin öyrənilməsi, sinfin sosial pasportunun tərtib edilməsi;
- şagirdlərin fərdi qabiliyyətlərinin və onların inkişaf dinamikasının öyrənilməsi, xüsusi diqqət kəsb edən uşaqlarla iş;
- sinif kollektivinin vəziyyətinin və inkişaf perspektivlərinin müəyyən edilməsi.
Sinif rəhbərinin iş formaları
   Sinif rəhbərinin iş formaları yaranmış pedaqoji vəziyyətdən asılı olaraq müəyyənləşdirilir.
- sinif kollektivinin dərsdənkənar, məktəbdənkənar işinin, asudə və tətil vaxtı tədbirlərin (kollektiv yaradıcılıq işləri, söhbətlər, debatlar, müşavirələr, tamaşalar, konsertlər, treninqlər, yarışlar, yürüşlər və ekskursiyalar, müsabiqələr, ictimai-faydalı və yaradıcı əmək) təşkili;
- fərdi iş (söhbətlər, məsləhətlər, fərdi köməyin göstərilməsi, problemlərin həllinin birgə axtarışı); 
- qruplarla (yaradıcı qruplar, uşaq parlamentləri, özünüidarəetmə orqanları, şuralar) iş. Dərs saatı müəllim və şagirdlərin ünsiyyətinin təşkili formasıdır və onun gedişində mühüm əxlaqi, mənəvi və etik problemlər qaldırıla və həll edilə bilər. Şagirdlərlə iş formalarının
seçimində aşağıdakıları rəhbər tutmaq məqsədəuyğundur:
- işin mövcud dövrü üçün müəyyənləşdirilmiş tərbiyə məsələlərinin nəzərə alınması;
- tərbiyə prosesinin təşkili prinsiplərinin, uşaqların imkan, maraq və tələblərinin, xarici şəraitin, müəllim və valideynlərin imkanlarının nəzərə alınması;
- tərbiyə işinin metod və formalarının məzmun bütövlüyünün təmin edilməsi.

Sinif rəhbərinin iş rejimi
   Sinif rəhbərinin iş rejimi ümumtəhsil müəssisəsi tərəfindən müəyyənləşdirilir və müəssisənin əsasnaməsində, daxili əmək intizamı qaydalarında, cədvəldə, tədbirlər planında və digər rəsmi sənədlərdə – protokollarda əks olunur.