Rafael Huseyn HƏMİŞƏ BİZİMLƏ
Qədim, gözəl Türkan torpağı dekabrın 26-da əziz bir övladını qoynuna
alaraq daha da müqəddəsləşəcək.
Böyük sənətkarımız Ağaxan Abdullayev Azərbaycanı qarış-qarış
gəzib-dolaşdı, dünyanın çox ölkələrinə səfərlərə çıxdı.
Bütün gördüklərini görəndən sonra onun üçün şəhərlərin, kəndlərin,
məskənlərin ən munisi Türkan imiş.
Həyatdakı son arzusu da məhz ata-baba yurduna, sevimli Türkana qovuşmaq
oldu.
Əslində Ağaxan lap çoxdan məlahətli avazında əbədiləşmiş oxuları ilə bu
xalqın varlığına, ruhuna qarışıb və indən belə yüzillər boyu Ağaxan bu
millətdən, bu eldən ayrılmaz!
Abşeronda – muğam aşiqləri və bilicilərinin bu bol yerində Ağaxanı elə
sənətə lap təzə gəldiyi çağlardan seviblər, xətrini də, sənətini də uca
tutublar. Lakin Ağaxan bir Abşeronun istəklisi deyildi ki!
Onu Azərbaycanın dörd bucağında sevirdilər.
Xatırlayıram, 1991-ci ilin oktyabrında, Azərbaycanımız üçün çox əlamətdar
və unudulmayacaq bir gündə, Dövlət Müstəqilliyimizin bərpa edilməsi haqqında
Konstitusiya aktının qəbul edildiyi tarixi saatlarda Ağaxan mənim xahişim və
dəvətimlə əmoğlumun toyunu aparmaq üçün Kürdəmirdə idi.
Camaat ona oxumağa imkan
vermirdi.
Hər zənguləsini, hər şirin
boğazını, hər gəzişməsini kəsilməyən alqışlarla müşayiət edirdilər.
Oxuduğu misraların sözləri
bu heyran alqışların selində əriyib-itirdi.
Mən Ağaxana lap yaxın yerdə
oturmuşdum. Dinləyənlərin belə ifrat vəcdə gəlməsindən, xanəndəyə tam ürəyi
istəyən kimi asudə oxumasına maneçilik törədiliyindən bir az narahat kimi
oldum, elə bu ovqatla yerimdə qurcuxdum, sual dolu nəzərlə Ağaxan sarı
baxdım.
Arif adam idi, ustad xanəndə
olduğu kimi məclisin damarını dərhal tutan meydan ustası, hal əhli idi və
nigaranlığımı sezərək gülümsündü, gözü ilə “hər şey əladır” işarəsini verib
məni toxtatdı.
Tar-kaman rəngə keçəndə
əyildi mənə sarı: “Hayıf deyil! Ölmürəm belə qulaq asanlardan ötrü! Onlar
özləri coşduqca məni də coşdururlar.”
...Ağaxan Abdullayev nə
oxuyubsa yaxşı oxuyub və həmişə yaxşı oxuyub. Amma şəxsən şahidi olduğum iki
məclisdəki xüsusi şövqlə oxuması mənə bütün sənət yolu boyu oxuduqlarından daha
üstün gəlib.
Bir Kürdəmirdəki həmin
toyda, bir də 1989-cu ilin martında Filormoniya səhnəsində, Hacıbaba Hüseynovun
70 illiyi gecəsindəki oxuları.
Kim nə deyir desin,
xanəndədən ötrü, əsl sənətkar üçün məclisin, ətrafındakıların, onu kimin
dinləməsinin, hansı şəraitdə oxumasının müstəsna əhəmiyyəti var.
Çoxda ki səs həmin səsdir!
Mühit, şərait, məqam o səsin də açılmayan qatlarını, başqa vaxtda zühur
eləməyən lətafətlərini üzə çıxara bilir.
Hacıbaba ustadın gecəsinə
toplaşan və həmin axşam oxuyanların hamısı, başda Hacıbaba özü olmaqla
nəhənglər idi.
O axşam filormoniya səhnəsi
elan edilməmiş bir yarış meydanına çevrilmişdi.
Ağaxan o gecə, mənim
nəzərimcə bütün səhnə yolunun zirvəsində idi.
Elə oxudu ki, hamı valeh
oldu.
Hacıbaba müəllimlə yanaşı
oturmuşduq. Ağaxan oxuduqca 2-3 dəfə mənə baxdı. Gözləri dolurdu,
qəhərlənirdi.
Elə Ağaxan özü də oxusundan
çox məmnun idi. Bu məmnunluq çöhrəsində də görünürdü. Axı həmişə lap candan
istəsən də, çalışsan da tam könlün uman alınmır axı.
O günsə Ağaxan yerdə
deyildi, buludların üstündə, duyğuların fövqündə idi!
İrəlicədən bütün
iştirakçılarla şərtləşmişdik ki, bu yubiley axşamında hərə yalnız bir musiqi
nömrəsi ifa edəcək.
Ağaxan oxuyub qurtardı. Zal
əl çəkmirdi. Filormoniya alqışlardan titrəyirdi.
Və Ağaxan Abdullayev o axşam
tək xanəndə, yeganə müğənni oldu ki (təbii, yubilyardan savayı) ikinci dəfə
oxumağa vadar edildi.
O gecə bir ayrı gecə idi!
...Çox ağırdır. Mənə son
dərəcə əziz olan insanla bir daha həmsöhbət ola biləməyəcəyimə, bir daha onu
görə bilməyəcəyimə inanmaq və bu acı həqiqətlə barışmaq çətindir.
Ağaxan Abdullayev XX yüzil
Azərbaycan xanəndəlik məktəbinin ən parlaq ulduzlarının ənənələrini ləyaqətlə
yaşadan bir mahir sənətkar idi.
Şeiriyyata aşinalığı,
səsinin ecazkarlığı, muğam yollarına dərindən bələdliyi, təmkini, sanbalı,
xeyirxahlığı, nəcibliyi, oturuşunu-duruşunu, danışdığı sözün çəkisini bilməsi,
bir məclis adamı üçün mühüm olan şuxluğu, duzu ilə o, bir bütöv idi və
təkrarsız idi.
O qədər də sinli olmamasına
rəğmən ağsaqqal sayılan, canlı klassik kimi qavranılan şəxsiyyətli xanəndə idi.
Onun gedişi ilə muğam
səltənimizdə yeri heç vəchlə doldurula, əvəzlənə bilməyəcək dərin bir boşluq
yaranır.
Əlbəttə, yetirmələri var,
dəst-xətti, yolu, mıəktəbi davam edəcək.
Lakin ikinci Ağaxan daha heç
vaxt olmayacaq!
...Əziz Ağaxan ustadla
kədərli ayrılıq anı da yetişdi!
Neyləməli, ölüm Allahın
əmri!
...Onun yeri həmişə
görünəcək, amma onun səsi də həmişə, bütün gələcək illərdən eşidiləcək!
Əcəlin insana, onun vücuduna
gücü çata bilir.
Ancaq ölüm qələmin, sözün,
ilahi avazın qarşısında acizdir!
Hünəri var Ağaxanın səsini
də aparsın!
Bacarmaz!
O səs daim bizimlədir!
25 dekabr, 2016uqca 2-3 dəfə
mənə baxdı. Gözləri dolurdu, qəhərlənirdi.
Elə Ağaxan özü də oxusundan çox məmnun idi. Bu məmnunluq çöhrəsində də görünürdü. Axı həmişə lap candan istəsən də, çalışsan da tam könlün uman alınmır axı.
O günsə Ağaxan yerdə deyildi, buludların üstündə, duyğuların fövqündə idi!
İrəlicədən bütün iştirakçılarla şərtləşmişdik ki, bu yubiley axşamında hərə yalnız bir musiqi nömrəsi ifa edəcək.
Ağaxan oxuyub qurtardı. Zal əl çəkmirdi. Filormoniya alqışlardan titrəyirdi.
Və Ağaxan Abdullayev o axşam tək xanəndə, yeganə müğənni oldu ki (təbii, yubilyardan savayı) ikinci dəfə oxumağa vadar edildi.
O gecə bir ayrı gecə idi!
...Çox ağırdır. Mənə son dərəcə əziz olan insanla bir daha həmsöhbət ola biləməyəcəyimə, bir daha onu görə bilməyəcəyimə inanmaq və bu acı həqiqətlə barışmaq çətindir.
Ağaxan Abdullayev XX yüzil Azərbaycan xanəndəlik məktəbinin ən parlaq ulduzlarının ənənələrini ləyaqətlə yaşadan bir mahir sənətkar idi.
Şeiriyyata aşinalığı, səsinin ecazkarlığı, muğam yollarına dərindən bələdliyi, təmkini, sanbalı, xeyirxahlığı, nəcibliyi, oturuşunu-duruşunu, danışdığı sözün çəkisini bilməsi, bir məclis adamı üçün mühüm olan şuxluğu, duzu ilə o, bir bütöv idi və təkrarsız idi.
O qədər də sinli olmamasına rəğmən ağsaqqal sayılan, canlı klassik kimi qavranılan şəxsiyyətli xanəndə idi.
Onun gedişi ilə muğam səltənimizdə yeri heç vəchlə doldurula, əvəzlənə bilməyəcək dərin bir boşluq yaranır.
Əlbəttə, yetirmələri var, dəst-xətti, yolu, mıəktəbi davam edəcək.
Lakin ikinci Ağaxan daha heç vaxt olmayacaq!
...Əziz Ağaxan ustadla kədərli ayrılıq anı da yetişdi!
Neyləməli, ölüm Allahın əmri!
...Onun yeri həmişə görünəcək, amma onun səsi də həmişə, bütün gələcək illərdən eşidiləcək!
Əcəlin insana, onun vücuduna gücü çata bilir.
Ancaq ölüm qələmin, sözün, ilahi avazın qarşısında acizdir!
Hünəri var Ağaxanın səsini də aparsın!
Bacarmaz!
O səs daim bizimlədir!
25 dekabr, 2016