Əsas səhifə

понедельник, 29 февраля 2016 г.



    SİNİF RƏHBƏRİNİN FƏALİYYƏTİNİN
                       DÖVRİ QRAFİKİ

Sinif rəhbərinın fəaliyyətinin dövri  qrafiki sinif rəhbərinə Fəaliyyət Planına əsasən görəcəyi işləri sistemli şəkildə müəyyən etməyə imkan verir.Dövrü qrafiki ,müəllimlər otağından və ya təşkilat işləri üzrə direktor müavininin otağının divarından görünən şəkildə asmaq tövsiyyə olunur eyni zamanda,yaddaş kimi də sinif rəhbərinin portfoylusunda olmalıdır.

Dövrü qrafiq aşağıdakı formada tərtib olmalıdır.

                                                   HƏR GÜN-GÜNDƏLİK
1.Dərsə geçikən şagirdlərlə iş,dərsə gecikmələrin səbəblərini araşdırmaq.
2.Məktəbin nizam –intizam qaydalarını pozan (dərsdənqaçan,məktəbli formasına ,saç düzümü və baş örtüyünə əməl etməyən,davranış qaydalarını pozan) şagirdlərlə iş
3.Sinif növbətçiliyinin yerinə yetirilməsinə nəzarət etmək
4.Sinif şagirlərinə verilmiş tapşırıqların yerinə yetirilməsinə nəzarət etmək
5. Şagirlərlə fərdi iş (plan üzrə )
                                                      HƏR HƏFTƏ
1.Şagirdlərin gündəliklərini ( səliqəli saxlanmasını,valideyinlərin imzasını, fənn müəllimlərin şagird naliyyətlərini vaxtında yazmasını,lazımı qeydlərin yazılmasını və s)həftəsonu yoxlamaq

                                                    HƏR AY
1.Sinif jurnalına nəzarət etmək,lazım olduqca yeni səhifələrə şagirdlərin siyahısını yazmaq ,şagird naliyyətlərini izləmək
2.Məktəb həkimi  ilə görüşmək ( şagirlərin sağlamlıq vəziyyətini nəzarətdə saxlamaq,lazım gələrsə valideyinlərlə əlaqə saxlamaq, ehtiyacı olan şagirdin valideyni tərəfdən daha ciddi müayinəyə götürülməsini tövsiyyə etmək)
3.Məktəb kitabxanaçısı ilə görüşərək şagirlərin mütaliə vərdişlərinə yiyələnməsini və mütaliə vərdişlərinin inkişafını izləmək.
4.Məktəb psixoloqu ilə görüşərək şagirdlərin xarakter və davranışlarının təhlili,analizi üçün lazım olan tövsiyyələri almaq,müxtəlif sorğular  keçirməklə bağlı  məsləhətlər almaq.
5.Valideyinlər üçün məsləhət saatları ayırmaq,şagirdlərin təlim naliyyətləri,xarakter və davranışlarını fərdi şəkildə müzakirə etmək.
6.Dərsdinləmələr (ayrı-ayrı fənlər üzrə dərsləri dinləməklə,şagirdlərin təlim naliyyətlərini izləmək)
7.Şagirdlərin məktəbdə olan dərnəklərdə,fakultativ və qrup məşğələlərdə,məktəbdənkənar qlublarda iştirakını izləmək.
8. Müxtəlif psixoloji-sosioloji sorğular,testlər keçirtməklə şagirdlərin dünyagörüşü,meylləri,xarakterlərini müəyyən etmək, psixoloji pasportlara lazımi qeydlər etmək
9..Ay ərzində sinifdə görülən işlərlə bağlı hesabat hazırlayaraq təşkilat işləri üzrə direktor müavininə təhvil vermək
                                             YARIMİLDƏ
1.     Şagirlərin yarımillik naliyyətlərini haqqında hesabat hazırlamaq
2.     Şagirdlərin yarımil naliyyətlərini şəxsi işlərə yazmaq
3.     Hesabt xarakterli sinif valideyin iclasını keçirtmək
4.     Yarımil ərzində görülmüş işlərin analizi və hesabatı
                                            İL ƏRZİNDƏ
1.  Şagirlərin illik naliyyətlərini haqqında hesabat hazırlamaq
2.  Şagirdlərin illik naliyyətlərini şəxsi işlərə yazmaq
3.  Hesabt xarakterli sinif valideyin iclasını keçirtmək
4.  İl ərzində görülmüş işlərin analizi və hesabatı

пятница, 26 февраля 2016 г.


Azərbaycan dünyanın cənnət diyarı, şah ərazisidir. Bu şahın tacı isə Qarabağdır. Elə buna görə də tarixin müxtəlif dönəmlərində ermənilər tərəfindən Azərbaycan xalqı zaman –zaman soyqırıma məruz qalmışdır. Növbəti belə faciə ilə xalqımız 1992-ci ilin o qarlı, şaxtalı, soyuq qış gecəsində Xocalıda üzləşdi. Xocalı faciəsi əsrin ən dəhşətli faciəsi kimi  ölkəmizin yeni tarixinə qara hərflərlə yazıldı. Xocalı soyqırımı qurbanlarının xatirəsinin anılması gimnaziyamızda artıq ənənə şəklini almışdır. Bir həftədir ki, soyqırımın 24-cü ildönümü ilə əlaqədar tədbirlər keçirilir. Rəhbəri olduğum 2b sinfi “Xocalı, sağalmaz yaram mənim!” adlı ədəbi-bədii kompozisiya ilə bu gün - 26 fevralda akt zalında  çıxış etdilər. Çıxışdan əvvəl soyqırım qurbanlarının, o cümlədən Azərbaycanın ərazi bütövlüyü uğrunda, azadlığı üğrunda  canını qurban verən şəhidlərimizin əbədi xatirəsi bir dəqiqəlik sükutla anıldı. 

















Ağlama Xocalım
Bir zaman üstündən qara yel əsdi,

Yel qarı sovurdu,qar yolu kəsdi.

Ağlatmaq vaxtıdır,ağlama bəsdi

Son qoy dərdə,qəmə,naləyə,aha-
Ağlama Xocalım,ağlama daha.


Od saçır bu odlar yurdumuz bizim,

Dünyanı isidir odumuz bizim,

Elə bir gücdədir ordumuz bizim,

Bu döyüş düşmənə gələcək baha-
Ağlama Xocalım,ağlama daha.

Bitsin əfqanımız,bitsin ahımız

Bizə səbr vermə ey Allahımız,

Əsir məzarlardır səcdəgahımız,

Səni and verirəm o səcdəgaha-
Ağlama Xocalım,ağlama daha.

Ağlasan sevinər türkün düşməni,

Ağlama,ağlamaq qorxudur məni.

Gəlib əsarətdən qurtarar səni,

İgidlər sarılar topa,silaha-
Ağlama Xocalım,ağlama daha.

Gülümsə çatlasın düşmənin bağrı,

Bilirəm,dəhşətdir çəkdiyin ağrı.

Az qalıb,gəlirik qoynuna doğru

Ümidlə baxırıq üzü sabaha-
Ağlama Xocalım,ağlama daha.

Ali Baş Komandan bir kəlmə dinə,

Hamımız müntəzir onun əmrinə.

Ana dediyimiz vətən naminə,

Əli qana batan batmaz günaha-
Ağlama Xocalım,ağlama daha.



Çəkilər üstündən qara bulutlar,

Sənin Əlifin var,İnqilabın var.

Varsa Mübariztək igid oğullar,
Başqa bir ehtiyac yoxdur izaha-
Ağlama Xocalım,ağlama daha.


Səndə qalmayacaq düşməndən bir iz,

Bitəcək bu həsrət,bu ahnaləmiz.

O günlər olacaq,güvənirik biz

Yerdə ordumuza,göydə Allaha-
Ağlama Xocalım,ağlama daha.


















вторник, 23 февраля 2016 г.




SU ÇƏRŞƏNBƏNİZ MÜBARƏK!       Yolunuz su kimi aydın,     arzularınız su kimi saf olsun!
Böyük çillədən sonra Novruzun gəlişinin ilk müjdəçilərindən biri çərşənbələrdir. Bayram məhz çərşənbələrdən başlayır. Bu gün birinci - su çərşənbəsidir.
Novruz bizim diyara su çərşənbəsi ilə qədəm qoyur. Su çərşənbəsi suyun təzələnməsi kimi anlaşıldığından həmin gün bütün mərasimlər su ilə bağlı olur. İnsanlar həmin gün sübh tezdən axar suyun üstünə gedir, üstündən atılır.  Bu o deməkdir ki, insanlar yeni suyu qarşılayır, xəstəliklərdən azad olacaqlarına inamla birgə onlarda həyata sevgi, gözəllik, sayğı düşüncələri aşılayır.
Çərşənbə süfrəsinə gəlincə isə, süfrədə təmiz sudan hazırlanmış pürrəngi çayın olması mütləqdir. İmkanı çatan qədər plov bişirilməli, süfrədə 7 adda nemət olmalıdır. Süfrədə səməninin olması elə də vacib deyil.
Su çərşənbəsi qədim zamanlardan “Əzəli” çərşənbə də adlanır. insanlar sudan onun kimi şəffaf və gözəl bir ilin keçməsini arzulaya bilərlər. Bunu da qeyd etmək yerinə düşərdi ki, su çərşənbəsinin ilk tonqal kimi yandırılması buzların açılması, artıq qışın arxada qalmasının göstəricidsidir. Çünki kiçik çillə artıq öz yerini boz aya verir  Su çərşənbəsi stolun üzərində su qoymaq, stolda suyun aşması xeyirliyə yozulur. Əgər süfrənizdə su aşıb, tökülərsə həmin ilin sizin üçün bol bərəkət gətirəcəyi gözlənilir.
 Su çərşənbəsində stolun üzərində bir çox şirniyyatlar və yeməklər də qoyulur. Bu hər ilin həmin formada keçməsi üçün əhəmiyyətli rol oynayır. Hətta qadınlar, qızlar su çərşənbəsində birbaşa su ilə bağlı olan fallara da baxırlar. Onlar öz üzüklərini çıxararaq suyun içərisindəki tavaya atır və üzərini də parça ilə örtürlər. Su çərşənbəsində baxılan fallardan birinə görə stəkana su doldurub, saçınızdan bir tel qopardaraq ona üzük bağlayıb, suya salıb çıxartmaq lazımdır. Əgər sapa bağlanmış üzük stəkanın kənarlarına neçə dəfə dəyib səs çıxarsa siz həmin yaşda evlilik həyatına qədəm qoyacaqsınız. Xatırladaq ki, üzüyün nişan üzüyü olması daha vacib rol oynayır. Bu başqasının da nişan üzüyü ola bilər. 
Bəzən su çərşənbəsi zamanı qadınlar, qızlar gedib, lal axan su dərələrindən su gətirirlər. 2 iynənin arxasına pambıq bağlayıb, suya buraxmaq lazımdır. Əgər iynələr bir tərəfə getsə deməli sevgililər qovuşacaqlar, əgər ayrı dayansalar deməli ümid yoxdur. Bəzi hallarda isə iynə suda batır bu isə lal vəziyyət adlandırılır.
  həmçinin övladı olmayan bir qadının başından bu günü qırxaçar qabla su töksən onun övladı dünyaya gələ bilər  Həmin günü insanların bir – birinin üzərinə su atması və yaxud su çiləməsi də uğura işarədir.
Novruza qovuşan dörd çərşənbənin hərəsinin özəl adət və ənənələri var.Su çərşənbəsi aydınlıq,saflıqla bağlı olduğundan istər--istəməz ruhumuza xüsusi təzəlik,təravətlilik gətirir,qəlbimiz aydınlıqla dolur,mənəviyyatımız saflaşır...
 Bu gün Novruzaqədərki bayram çərşənbələrinin ən birincisi - su çərşənbəsidir! Bayram ənənələrinə uyğun olaraq, su çərşənbəsində su ilə bağlı bütün adətlər həyata keçirilir: ev-eşik yuyulub təmizlənir, qızlar su falı açır, vəfat etmiş şəxslərin yaxınları mərhumlarını ziyarət edərək onların məzarına su dolu cam qoyurlar. Su çərşənbəsi insanların cisminə və qəlbinə su təmizliyi, su rahatlığı gətirir, işlərini uğura calayır!Bu çərşənbəyə “Əzəl çərşənbə”, “Sular Novruzu” da deyirlər. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər.
Xalqın inamına görə, Su çərşənbəsi günü “təzə su”dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları sayılan Aban və Yadanın şərəfinə nəğmələr oxunur. Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, fallar, türkəçarələr, bayatılar, əfsanələr və rəvayətlər var.
Məsələn, inanclarda deyilir:
Süfrəyə su dağılması aydınlıqdır,
Su içən adamı qəfil vurmazlar,
Su içən adamı ilan çalmaz,
Lal axan sudan keçməzlər.
Bir çox atalar sözündə də suyun müqəddəsliyi əks olunur:
Su olan yerdə dirilik olar,
Su ehsandır,
Su murdarlıq götürməz,
Suyu çirkləndirənin nəşini yumağa su tapılmaz.


воскресенье, 21 февраля 2016 г.


 21 fevral Beynəlxalq Ana Dili Günüdür!
 Beynəlxalq Ana Dili gününüz mübarək! 

Həyatımız boyu biz bir çox dillərə yiyələnə bilərik, lakin Azərbaycan dili bizim üçün doğma olaraq qalacaqdır. Gəlin, dilimizi qoruyaq və ona daim hörmət edək! 
   Ana Dilim!.. Möhtəşəmdir !... Dillər içində çox incədir, Qəlbə yatandır ana dilim. Sərhədləri aşandır. Ölkələri dolaşandır, Ürəklərdə yaşayandır, şirdaşımdır ana dilim. İgidlərin nərəsidir, Çobanların tütək səsidir, Bulaqların zümzüməsidir, Ləpələnən dənizdir ana dilim. Tarixlərin yaddaşıdır, Nizaminin Xəmsəsidir, Xanın muğamıdır, Üzeyirin notlarıdır ana dilim. Şağirdlərə sevdirdiyim, Əcnəbilərə öyrətdiyim, Həmişə fəxr etdiyim, Qədim dilim ana dilim. Qılınc kimi kəsən dilim, Düşmənin gözünə ox kimi batan dilim, Heç vaxt məni tərk etməyən, Hər un mənə sirdaş olan ana dilim. Sən heç zaman unudula bilməyəcəksən. Qərinələr qədər yaşayacaqsan. Hələ mənə ruh verəcəksən. Səni sevə-sevə öyrədəcəm ana dilim!


Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır.
Azərbaycan dili əsrlər boyu inkişaf edərək zamanlardan süzülə-süzülə gəlmiş, kamil bir dilə çevrilmişdir. Bu incə və lətafətli dil bütün dövrlərdə öz gözəlliyi və şirinliyi ilə dünya dillərinə meydan oxumuşdur.
Azərbaycan dilinin formalaşma tarixi VII-IX əsrlərə təsadüf edir. Hələ qədimdən, orta əsrlərdən insanlar "Doğma vətəndən gözəl, doğma dildən şirin dünyada heç nə yoxdur" sözləri ilə döyüşə qalxmışlar. XVIII əsrdən başlayaraq Azərbaycan dili zənginləşdi, inkişaf etdi və yaşadı.
Dilimiz zaman-zaman qol-qanad açdı, elm dili, sənət dili kimi daha da inkişaf etdi. Səfəvi hökmdarı Şah İsmayıl Xətai Azərbaycan-türk dilinin dövlət dili səviyyəsində istifadə edilməsini ilk dəfə olaraq həyata
keçirdi.
1999-cu ilin noyabrında keçirilmiş YUNESKOnunbaşkonfransının qərarı ilə 21 fevral Beynəlxalq Ana Dili Günü elan edilmişdir.
İkinci dəfə 1918-1920-ci illər arasında Azərbaycan Demokratik Respublkası bərqərar olduğu dövrdə "Türk dili" adı ilə dilimiz Dövlət dili hüququ aldı. İlk dəfə Dövlət himni yarandı. Cümhuriyyətin ömrü uzun olmadığı kimi, dil haqqında tədbirlər də milli əsaslarla davam edə bilmədi.
Bununla belə Azərbaycan dilinin inkişafı dayanmadı. O, əsrlərin sınaqlarından keçib, bu günümüzə gəlib çatmışdır.
Azərbaycan dili də dünyanın ən zəngin dilləri sırasındadır. Bu gün dünyanın müxtəlif ölkələrində 50 milyondan çox azərbaycanlı yaşayır və Azərbaycan dilində danışır. Ana dilimiz Altay dilləri ailəsini türk qoluna daxildir.
2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qəbul edilib. Bu, Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində atılmış çox mühüm addım olub.
Ölkəmizdə müxtəlif xalqlar yaşadığından respublikamızda da çoxlu dillər var. Hazırda işğal altındakı Dağlıq Qarabağ istisna olmaqla respublikamızın məktəbəqədər müəssisələrində və ümumtəhsil məktəblərində təlim 3 dildə (Azərbaycan, rus və gürcü) aparılır.
Ölkəmizdəki məktəbəqədər müəssisələrdən 1451-də təlim Azərbaycan, 11-də rus, 6-da gürcü, 225-də Azərbaycan-rus, 2-də Azərbaycan-gürcü dillərində aparılır. 4180 ümumtəhsil məktəbində təlim Azərbaycan, 18-də rus, 6-da gürcü dilində, 335-də Azərbaycan-rus, 5-də Azərbaycan-gürcü, 1-də isə Azərbaycan-rus-gürcü dilində aparılır.
AzərbaycandakI ümumtəhsil məktəblərində şagirdlərə 6 xarici dil (ingilis, fransız, alman, rus, ərəb, fars) tədris olunur. 
                     ANA DİLİ
Dil açanda ilk dəfə ana söyləyərik biz,
"Ana dili" adlanır bizim ilk dərsliyimiz.
İlk mahnımız laylanı anamız öz südüylə
İçirir ruhumuza bu dildə gilə-gilə.
Bu dil, - bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil, - bir-birimizlə əhdi-peymanımızdır.
Bu dil, - tanıtmış bizə bu dünyada hər şeyi.
Bu dil, - əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək.
Bizim uca dağların sonsuz əzəmətindən,
Yatağına sığmayan çayların hiddətindən,
Bu torpaqdan, bu yerdən,
Elin bağrından qopan yanıqlı nəğmələrdən,
Güllərin rənglərindən, çiçəklərin iyindən,
Mil düzünün, Muğanın sonsuz genişliyindən,
Ağ saçlı babaların əqlindən, kamalından,
Düşmən üstünə cuman o Qıratın nalından
Qopan səsdən yarandın.
Sən xalqıının aldığı ilk nəfəsdən yarandın.
Ana dilim, səndədir xalqın əqli, hikməti,
Ərəb oğlu Məcnunun dərdi səndə dil açmış.
Ürəklərə yol açan Füzulinin sənəti,
Ey dilim, qüdrətinlə dünyalara yol açmış.
Səndə mənim xalqımın qəhrəmanlıqla dolu
Tarixi varaqlanır,
Səndə neçə min illik mənim mədəniyyətim,
Şan-şöhrətim saxlanır.
Mənim adım, sanımsan,
Namusum, vicdanımsan.
Millətlərə, xalqlara xalqımızın adından
Məhəbbət dastanları yaradıldı bu dildə.
Moskvada Puşkinə heykəl qoyulan zaman,
Ona abidə qoydu bu dildə Şirvani də.
Bu dil, - tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil, - əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub nəsillərə biz də hədiyyə verək.
Ey öz doğma dilində danışmağı ar bilən,
Bunu iftixar bilən
Modalı ədəbazlar
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.
Qoy bunlar mənim olsun.
Ancaq Vətən çörəyi,
Bir də ana ürəyi
Sizlərə qənim olsun.

Xətai taxtında sən fərman oldun,
Dillərə hökm edən qəhrəman oldun.
Tarixin yolunu keçdin uğurlu
Sənə batammadı bir qolu zorlu.

Hər nemətdən şirindir,
Öz ana dilim mənim.
Doğmadır və əzizdir,
Öz ana dilim mənim.

Ən gözəl dil bizimdir,
Tariximdir, izimdir.
Vətən qədər əzizdir,
Öz ana dilim mənim.

Türküstan mənim elim,
Azərbaycan vətənim.
Mənim həzin musiqim,
Öz ana dilim mənim.  
Bu dil əcdadımızın bizə miras qoyduğu qiymətli xəzinədir.
Onu gözlərimiz tək qoruyub, nəsillərə biz də hədiyyə verək



пятница, 19 февраля 2016 г.




Müasir dövr hər sahədə həm insana, həm də onun bilik, bacarıq və yaradıcılığına öz tələblərini qoyur. XXI əsr yüksək kompüter texnologiyaları əsridir. Bu gün etiraf etməliyik ki, özümüzdən asılı olmayaraq, kompüter və elektron texnologiyalar həyatımızın böyük bir hissəsini tutur. Elə buna görə də biz müəllimlər  təlim-tərbiyə verdiyimiz şagirdlərimizi müasir həyata hazırlayarkən  internetin, kompüterin onların həyatındakı təhsilyönümlü rolunu və məqsədli istifadəni istiqamətləndirməliyik. Bu məqsədlə də şagirdlərdə texnologiyadan düzgün istifadə bacarıqları aşılanmalı və inkişaf etdirilməlidir. Elə bu baxımdan S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü gimnaziyanın müəllimləri həm də Təhsil islahatının müvəffəqiyyətlə həyata keçirilməsində başlıca amil olan pedaqoji kadr hazırlığının keyfiyyətinin təmin edilməsi məqsədilə 15 günlük "İTE - Təhsildə İnnovativ Texnologiyalar"  təlimini bu gün yekunlaşdırdılar.Təlim  peşəkar təlimçi Aslanov Namiq tərəfindən  aparıldı.Müəllimlər əldə etdikləri yeni məlumatlara və bacarıqlara yiyələndilər.
  • Təhsildə informasiya və kommunikasiya texnologiyalarından məqsədəuyğun istifadə
  • Dərsləri şagirdlərin maraq və təlabatına uyğun qurmaq bacarığı
  • Kompüter və digər texniki avadanlıqlarla davranış qaydalarını öyrənərək dərslərdə səmərəli istifadə bacarığı
  • Əməliyyat sistemləri ilə tanışlıq, Əməliyyat sisteminin standart proqramlarından istifadə etməklə kompüterdən səmərəli istifadə vərdişləri
  • MS Office proqramlarında işləmə vərdişlərinə yiyələnərək dərslərin daha rəngarəng və maraqlı qurulması
  • Elektron testlərin, cədvəllərin iş vərəqlərinin, təqdimatların hazırlanma mexanizmlərini öyrənərək İKT-nin təhsilə tətbiqi və eyni zamanda vaxta qənaət
  • Sertifikatlar, broşurlar, diplomlar hazırlama bacarıqlarını mənimsəyərək şagirdləri stimullaşdırmaq imkanı
  • İnternet xidmətlərindən istifadə
  • İnternet resurlarından istifadə etməklə dərslərin innovativ təşkili
  • Elektron poçt xidmətindən istifadə
  • Fənlər üzrə müxtəlif interaktiv elektorn resursların hazırlanması. 
Bu 15 günlük  təlimdə müəllimlərimiz müasir texnologiyaların tədrisdə  imkanları,  müasir tələblərə uyğun dərs qurmaq yollarını təkmilləşdirdilər, şagirdlərinin daha çox uğur qazanması, dərslərə marağın artması məqsədi ilə praktik olaraq İKT-nı dərslərinə necə tətbiq etməyin yollarını araşdırdılar.  Bu yolda  öz bilik və bacarığını əsirgəməyən təlimçi müəllim Namiq Aslanova müəllimlərimiz adından təşəkkür edirəm!..Müəllimlərimizə isə çətin və şərəfli işlərində uğurlar arzulayıram!...
















четверг, 18 февраля 2016 г.

İTE təlimləri

S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü gimnaziyanın müəllimləri Təhsil islahatının müvəffəqiyyətlə həyata keçirilməsində başlıca amil olan pedaqoji kadr hazırlığının keyfiyyətinin təmin edilməsi məqsədilə İTE təlimlərində bacarıqlarını təkmilləşdirirlər. Hamınıza uğurlar!!!! Yorulmayasız fədakar müəllimlər!!!